22 Nisan 2020 Çarşamba

Ilham pərisi qadınlar





Ədəbiyyat tarixində yeri olanlar, haqqında danışılanlar ya şairlər olur, ya yazıçılar, ya da ədəbiyyatşünaslar. Lakin bəzi adlar var ki, onların ədəbiyyata qatdığı fayda sadəcə hansısa müəlliflərin ilham pərisi olmaqdan ibarət idi. Məsələn, Frans Kafka məktub yazmasaydı kim biləcəkdi Milena Yasenka adını?
Yaxud, Qala kim idi? Dali soyadı olmasaydı biz bu suala cavab tapa bilərdik? Bu məqalədə o qadınlardan sadəcə üçü haqqında danışacam.
Milena Yasenka

Melana Kafka ilə tanışlığına qədər psixoloji cəhətdən böyük sınaqlardan keçmiş, dəlixanadan tutmuş, narkotik maddəyə qədər hər şeyin dadına baxmışdı. Onların münasibətləri işgüzar səbəbdən başlasa da çox keçmədən sevgiyə çevrilmişdi. Milena Kafkanın əsərlərinin tərcüməsi ilə məşğul idi.
Milena gənclik illərindən başlayaraq macəralı bir həyata atılmışdı. Atası ilə didişməli bir münasibət yaşayan Milena gənc tələbə ikən sevgilisi yəhudi Ernst Pollakdan hamilə qalır, abort etdirir və nəticədə bütün kübar cəmiyyətin dilinə düşür.  Həm  vərəm xəstəliyindən əziyyət çəkmiş, həm təlatümlü bir sevgi yaşamış, buna görə ailəsi ilə arası açlmış, problemlər yaşamış, atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanada qaldığı bir il müddətində yəhudi sevgilisi ilə ayrılmamış, daha sonra onunla evlənərək ailəsi ilə münasibətini kökdən kəsmişdir. 
Ernst Pollakdan münasib bir ər hesab olunmurdu, Milenanı ac-susuz buraxıb sevgililərinin ağuşunda gəzərkən Milena əvvəl hamballıq, sonra dövrün kiçik qəzet və jurnallarında yazarlıq, tərcüməçilik edirdi.  Kafka ilə də tanışlığı bu illərər təsadüf edirdi. Təsadüfən bir kafedə tanış olanda Milenaın 23 Kafkanın isə 36 yaşı var idi. Daha sonra işgüzar söhbətdən məktublaşma başladı və bu prosses 2 il davam etdi. Məhz bu iki il dünya ədəbiyyatı tarixinə Milenaın adını romantik cizgilərlə həkk etdi...
Bu iki il ərzində sadəcə iki dəfə görüşmüşdü Milena ilə Kafka. Kafkanın həyatında sevdiyi, bekar olanda darıxdığından ayrılıb nişanlandığı, yazışdığ qadınlar çox idi (Hətta, nişanlısı da var idi) lakin bu dəfəki mövzu Kafkanın sevgililəri yox, Milena olduğu üçün o nüanslara toxunmayacayıq. Amma böyük ehtimal ki, Kafkanın Mielanayla məktublaşmasına son qoymağa və ümumiyyətlə ondan ayrılmağa yönəlik radikal addımında  bu sevgililərin təsiri böyük idi.
Milena doyumsuz idi, gərgin, iddialı, təlatümlü, enerjili, cəsur, inadkar, nə vaxt haradan əsəcəyi məlum deyildi, dolayısı ilə, yoran qadın idi. Onunla münasibət qurmaq, o münasibəti davam etdirmək böyük enerji, psixoloji sabitlik tələb edirdi.
Farans Kafka bu müvazinətə sahib deyildi.
Qalanın Daliyə olan misilsiz xidmətlərindən fərqli olaraq,Milenanın Kafkaya mənəvi ilham pərisi olmaq xaricində heç bir faydası yox idi. Bu “pərilik” hətta elə bir səviyyəyə çatmışdı ki, Kafka ondan zərər gördüyünü hiss edirdi və beləliklə Kafkanın istəyi ilə bu münasibətə son qoyuldu. Milena xarakter etibari ilə adam yoran idi.. Bütün bunlar onun bir qadın olaraq ruhi müvazinətini sarsıtmış, daha enerji əmən, daşınması ağır yükə çevirmişdi. Milena nə qədər gözəl olsa da, Kafka onun üçün nə qədər heyranlıq bəsləsə də, bu ona Milenanın qısqanclığını, sinir tutmalarını, uzun-uzadı günahlandıran məktublarını həzm etməyə kifayət etmədi.
Kafkayla sevgili olduğu müddətdə Milena ərdə idi. Kafkadan əlavə iki sevgilisi daha olacaqdı, hətta onlardan birindən uşaq belə dünyaya gətirəcəkdi. 
Bütün bunlara baxmayaraq, Milena, əqidə sahibi, siyasi baxışları olan bir vətəndaş idi. Narsistlrə qarşı gələrək bolşevik partiyasına rəğbəti ilə bilinirdi, almanların işğalından sonra qadın göndərildiyi həbs düşərgəsində ağır şəraitə dözməyərək böyrək çatışmazlığından vəfat etdi...
Nahit Fıratlı

Necip Fazıl Ksayürək, Cemal Süreyya, Sabahattin Ali, Hasan Ali Yücel, oğlu Can Yücel, Orhan Veli Kanık, Cahit Sıtkı, Ece Ayhan, Turgut Uyar, Halil Vedat Fıratlı, Arif Damar, Peyami Safa, Edip Cansever, Gülten Akın və b...
Bu adların hamısı türk ədəbi-bədii-maarifçilik tarixində öz yerləri olan şəxslərdir. Lakin onları birləşdirən başqa bir cəhət də var;
Bu kişilərin hamısı Nahit hanım deyilən o əsrarəngiz qadına aşiq idi. Evində qonaq etdiyi, dostum dediyi demək olar ki, hər kəs Nahit Fıratlıya şeirlər yazıb, söyləmişdilər.
1909-cu ildə Kritdə anadan olan Fıratlı bir neçə il sonra İstanbula köçdü və fəlsəfə şöbəsini bitirdikdən sonra ədəbiyyat müəllimi kimi işə başladı. Fıratlı ilk evliliyini Milli Təhsil Müfəttişi və Dövlət Gözəl Sənətlər Direktoru Halil Vedat Fıratlı ilə, ikinci evliliyini isə 1955-ci ildə şair Arif Damarla etdi. İki evlilik arasında Orhan Veli ilə əfsanəvi bir eşq yaşadı.
Nahit xanımı kəşf edən, onun tilsiminə qapılan insanlardan ilki yəqin ki, Sabahattin Ali olub. Sabahattin Nahidi görəndə 21 yaşında idi. Nahit xanımın isə o zamanlar 19 yaşı var idi və ədəbiyyatla yaxından maraqlanırdı. Onu da qeyd edim ki, gələcəkdə Nahit xanımın evi ədəbiyyatçıların ən çox yığışıb söhbətləşdiyi məkan olacaqdı.
Sabahattin Alinin sevgisi qarşlıq görmədi. Nahit xanım nədənsə ədibin hərarət dolu məktublarından, şeirlərindən təsirlənmirdi. Bəlkə də hələ gənc olduğu üçün qarşılıq göstərməkdən çəkinmişdi. Hətta bir dəfə yazıçı, Nahit xanıma göndərdiyi məktubun açlmadan geri qaytarıldığı zaman, göndərilmə kağızında Nahitin imzasın görərkən, öz dili ilə desək: ”dəli olmuş!”, bu imzaya da ayrıca məktub həsr etmişdir:
 “Qayıtma kağızında imzanı gördüm. Tək imzanı... Dəli olurdum. İmza məni dəli etməyə sürükləyəcək qədər xoşbəxt etdi. Onu yazan əlini gördüm, tutmaq istədiyim zaman məndən qaçırdığın əlini ... Bu əlin üzərində incə bir qol gördüm, daha sonra çiyinlərini, incə çənəni, dodaqlarını, şəffaf burnunu, alnına tökülən qumral saçlarını gördüm. Səni gördüm, tamamilə gördüm. ”
Sabahattin Alinin özünün yazıb bəstələdiyi “Melankoli” şeirinin də Nahit xanıma həsr etdiyi məlumdur:
Beni en güzel günümde
Sebepsiz bir keder alır.
Bütün ömrümün beynimde
Acı bir tortusu kalır.
Anlıyamam kederimi,
Bir ateş yakar derimi,
İçim dar bulur yerimi,
Gönlüm dağlarda bunalır.
Ne kış, ne yazı isterim,
Ne bir dost yüzü isterim,
Hafif bir sızı isterim,
Ağrılar, sancılar gelir.
Yanıma düşer kollarım,
Görünmez olur yollarım,
En sevgili emellerim
Önüme ölü serilir...
Ne bir dost, ne bir sevgili,
Dünyadan uzak bir deli...
Beni sarar melankoli:
Kafamın içersi ölür.
Amma bütün bu məktubların, şeirlərin bir xeyri olmadı, Nahit xanımdan ümidini kəsən Sabahattin Ali 1935-ci ildə Aliyə xanımla ailə qurur, məşəqqətli bir həyat yaşayır, nəhayət müəmmalı şəkildə qətlə yetirilir. (Türk ədəbiyyatının “qeybət kateqoriyasında” ədibin Atatürkə olan mənfi münasibəti nəticəsində sonuncunun sifarişi ilə öldürüldüyü deyilir).
Nahit xanımın heyranlarından biri də Necib Fazıl Kısakürək olub. Şairin son illerinden qalma Dede Qorguda oxsayan şəkillərinə baxib onun nə vaxtsa cavan, romamntik olub kiməsə sevgi şeri yazdığına inanmaq olmasa da, təsəvvür edin ki, olub))
Bekliyorum, gel artık. Muhakkak, muhakkak... Herşey hazır, İstanbul, sis, yağışlı havalar, ev, oda, soba ve ben.’
Bəzən Nahit xanımın diqqət mərkəzində olmağı ona bəla da gətirə bilirdi.  Məsələn, 1950-ci ildə bir ziyafətdə iqtidar məmuri birinin rəqs təklifinə rədd cavab verdiyi üçün Ankaradan əvvəlcə Ədirnəyə sürgün edilmiş, sonra təyinatını İstanbula aldıra bilmişdi.
Qarşılaşdığı hər kişidən sevgi etirafı alan Nahit xanım onlardanbiri,  ərinin şagirdi, şair Orhan Vəli ilə daha dərin münasibəti ilə bilinir.
 İkilinin
sevgi hekayəsi ətrafda açıq-aydın danışılırdı. Orhan Veli, Nahit xanıma demək olar ki, atdığı hər addımla əlaqəli məktublar yazırdı. Onun  məktiblar qarşılıqsız qalmırdı. (Gələcəkdə bu məktublardan ibarət “Yalnız Seni Arıyorum adlı kitab işıq üzü görəcəkdi)
Nahit xanımın Orhan Vəliylə münasibəti indi birmənalı təhlil olunmur. Bəzi mənbələrə görə, Nahit xanım şairin üzərində öz hegamonluğunu qurmuş, onu manipulyasiya edib, istədiyi kimi yönləndirirdi. Özü ərdə ola-ola şairi digər qadınlarla münasibətdən qaçmağa məcbur edirdi. Bir qadın eqoistliyinin bariz nümunəsini göstərən Nahit xanım buna nə qədər nail olurdu- o da sual altındadır)))
Bu əlaqə şairin 1950-ci ildə ölümü ilə sona çatdı. Ölərkən cibindən çıxan kağızda Nahit xanıma həsr olunan şeir var idi:
"hiçbirine bağlanmadım
ona bağlandığım kadar.
sade kadın değil, insan.
ne kibarlık budalası,
ne malda mülkte gözü var.
hür olsak der,
eşit olsak der.
insanları sevmesini bilir
yaşamayı sevdiği kadar."

Qala Dali

Incəsənətlə məşğul olan kişilərin ilham pərisi olan, onları yönləndirən qadınlardan biri də Salvador Dalinin həyatının eşqi: Qala idi.
Qala Dalinin nəinki sevgilisi, eyni zamanda ən böyük dəstəkçisi, işlərini nizamlayıb toparlayan pradüsseri, maliyə işlərinin idarəçisi, bir sözlə, hər şeyi idi.
Salvador Qala ilə rastlaşana qədər qadınlardan qaçır, hətta qorxurdu. Qala ilə ilk tanışlığında əslində hər zaman bu qadını gözlədiyini anlayacaqdı. Uzun illlər sonra o, "Gizli həyat" kitabında belə yazacaqdı: "Onun təni körpə vücudu kimi zərif idi. Çiyinləri olduqca dəyirmi idi, zahirən kövrək görünən bel əzələləri yeniyetmə qızlarınkı kimi gərilmiş, eyni zamanda da çox incə idi. Bütün bunların vəhdəti onu olduqca cəlbedici edirdi. O, çox arzu olunan qadın idi.
Qala ilk əri gənc fransız şairi Ejen Qrendel ilə İsveçrədəki sanatoriyalardan birində müalicə alərkən tanış olmuşdu. Daha sonralar Parisə köçən cütlük tez bir zamanda kübar cəmiyyətə ayaq açır, ətrafın diqqətini çəkmişdi. Bu, təbii ki, Qalanın xidməti idi. Müasirlərinin dediyinə görə, Qala qətiyyən gözəl qadın hesab olunmurdu. Lakin onun hər kəsi təsir altına salan zərif intellekti, orijinal stili, tilsimləyici ahəngi var idi. Qalanın sevgi macəraları hələ evliykən var idi və bunları ərindən gizlətməyi lazım bilmirdi. 1934-cü ildə ərindən boşanan Qala Polla Dalinin arasında istedad cəhətdən müqaisədə üstünlüyü Daliyə vermiş və bütün enerjisinin Dalinin imzasının tanınmasına sərf etmişdir. Məhz bu yorulmaz fəaliyyəti, ağıllı əlaqələri sayəsində  çox keçmədən ər-arvad var dövlət içində üzürdülər. Amma onların həyat tərzi, imicləri, özlərini aparmaqları cəmiyyətdə dedi-qoduya səbəb olurdu. Qala Dalini əlində bir oyuncağa çevirmişdi. Qadın nə deyrdisə rəssam qeyri-şərtsiz ona inanırdı. Qala əvvəlki vərdişlərini tərgitməmişdi. Dali isə onun gənc məşuqlarından rahatsız olmurdu. ən azından bundan şövq aldığını iddia edirdi.
 Artıq Qala öz qəsrindəyaşayır, Dalinin rəsm əsərlərindən gələn gəlirləri cavan sevgililiərinə xərcləyir, bu malikanədə orgiya (qədim yunanlarda şərab və kef allahı Vakx-Dionisin şərəfinə düzəldilən şənlik, eyş-işrət, azğıncasına kef) qurur. Ərini isə hərdənbir, əvvəlcədən ətirli kağızda yazılmış dəvətnamə göndərərək qəbul edir...1982-ci ildə isə Qala ölür. Dali ondan sonra dəlilik həddinə çatır, 7 il sonra isə o da həyatl avidalaşır.
Dalinin bir çox rəsminə model olmuş Qala incəsənət tarixinə ən sirli, cəlbedici və iyrənc motivlərlə həkk olunmuşdur.


2 yorum: