5 Haziran 2017 Pazartesi

Sünni və şiə haqqinda


Bu məqalə üzərində işləyərkən müxtəlif mənbələrdən müraciət etdim. Hər nə qədər obyektiv, hərtərəfli yanaşdıqlarını yazsalar da, müəlliflərin tərəf tutduğu açıq-aydın hiss olunurdu. Belə olan halda sünni-şiə anlayışının ən düzgün, obyektiv və aydın izahına məqaləmi oxuyanların şərhlərində rast gələcəyimə ümid etməkdən başqa çarəm qalmadı. Öncə bu terminlərin etimologiyasına aydınlıq gətirməyə çalışaq.
“Şiə” sözün etimologiyasıni araşdıranda məlum olur ki, “şiətul-Ali” yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. 
Bəs səhabələr niyə Əliyə tərəf idi? Yəni bu sözün yaranması hansı zərurət və ehtiyacdan doğub? Əli doğurdanmı Peyğəmbərin varisi idi? Bu barədə  hədislərdə Həzrət Peyğəmbərin (s.a.s) buyurduğu «min» kəlməsi ya “mini bəyaniyyədir” yəni «Mənim ölümümdən sonra» və ya mini ibtidaiyyədir; yəni «Öldüyüm andan etibarən sən ümmətimin xəlifəsisən». Hər iki halda da Əlinin Hz. Peyğəmbərdən sonra, bütün ümmətə Allah və Rəsulunun xəlifəsi olduğu qeyd edir.
Belə məlum olur ki, bu terminlərin yaranması və nəticədə müsəlman dünyasının iki böyük qola parçalanması məhz varislik bölüşməsi səbəbindən zəruri olmuşdur.
Şiəlik təriqəti nümayəndələrinin iddiasına görə, Peyğəmbər (s.) ölümündən sonra xəlifəlik qanuni olaraq Hz.Əli (ə.s.) çatmalı idi. Arqumentləri də budur ki, Peyğəmbər (s.) bir neçə dəfə Hz.Əli (ə.s.) və onun islam qarşısındakı xidmətləri barədə çox yüksək fikirlər söyləyib. Amma əks tərəfin də arqumenti bundan ibarətdir ki, peyğəmbər (s.) eynilə Hz.Əbu-BəkrHz.OsmanHz.Ömər və b. barədə də ayrı-ayrı vaxtlarda bu kimi dəyərli fikirlər söyləyib, onların islam yolundakı fəaliyyətini yüksək qiymətləndirib. Burada məsələni ayrıseçkiliyə salmağın yeri yoxdur.. 
Hz. Əlini Əbu-Bəkr, Osman və Ömərdən heç də artıq hesab etməyən bir qrup səhabə peyğəmbər öləndən dərhal sonra öz aralarında seçki keçirib müsəlmanlara xəlifə təyin etdilər. Şiələr bu seçkini ədalətli hesab etmir çünki Hz. Əli və təfəfdarlarının başı dəfn işlərinə qarışdığı üçün seçkidə iştirak etməmişdilər beləliklə də, peyğəmbərin tərəfdarlarının iştirakı olmadan xəlifə seçilmişdi. Təbii olaraq Hz. Əlinin tərəfdarları buna etiraz etdilər amma nəticə dəyişmədi məhz o vaxtdan etibarən islam dini “sünni- şiə” terminləri adı altında böyük parçalanmaya məruz qaldı. Tarixdən bu günə qədər də müxtəlif qruplar müxtəlif bəhanələrlə bu ikiliydən istifadə edib müsəlmanları bir-birinin ətini yeməyinə vasitəçi olur....
Indinin özündə də bu məsələ ən qızğın mübahisələrin yaranmasına rəvac verir. Şiə və sünni məzhəbləri arasında ən böyük mübahisə mövzusu isə "Xəlifəlik" — ümmətə imamət məsələsidir. Şiələrə görə Allah Məhəmməddən sonra Əlini rəhbər təyin edib və Məhəmməd də Qədir-Xum günündə bunu qeyd edib. Xəlifə də o olmalı idi. Lakin Əbu Bəkir və Ömər başda olmaqla səhabələrin əksəriyyəti bu əmri pozmuşdur. Sünnilərə görə isə Məhəmmədlə birlikdə ümmətə ilahi təyinatla rəhbərlik sona çatmışdır və bu səbəbdən də ümmətdən seçilmiş adil şəxslərdən ibarət bir qrup rəhbəri seçmişdir.
                   


Şiə məzhəbi Əli Həsən və Hüseynin vaxtında heç bir şöbəyə parçalanmamışdır. Lakin Hüseyn öldürüldükdən sonra şiələrin əksəriyyəti Əli ibn Hüseynə, digərləri Əlinin üçüncü oğlu Məhəmməd ibn Hənəfiyyəyə  beyət etmiş,və bu şəkildə parçalanma başlamışdı. Nəticədə şiələrin müxtəlif firqələri yarandı: (Babilik, Haşimil, Keysanilik və s.)Şiə məzhəbinin əsas prinsipi Allahı yeganə tanrı kimi tanımaq, Məhəmməd Peyğəmbərə (s) və onun Əhli Beytinə tabe olmaqdır. Şiəliyi sünnilikdən fərqləndirən isə ilk üç xəlifəni qəbul etməmələridir.
Şiəlik islama çox böyük dinamiklik gətirən bir təriqət oldu, belə ki, digər təriqətlər məhz onun sayəsində aktivləşmişlər.
“Sünni” sözünün etimologiyasını araşdırdıqda isə bəzi mənbələrdə bu tipli məlumatlara rast gəlinir ki, Sünnə - Allahın müsəlmanlar və  bəşəriyyət üçün təyin etdiyi yol, Peyğəmbərin hədislərinin cəmi, onun, Qurana əsaslanan yolu, etdiyi və bəyəndiyi hərəkətlər (və s.) bu sözlə ifadə edilir. Onun ərəb dilində çoxlu digər mənaları da mövcuddur: gözəl əxlaq, xoş təbiətlilik. 
“Əhli sünnə” ifadəsi Allahın və Onun Peyğəmbərinin yolunun, yəni bütövlükdə, İslam tərəfdarlarının – müsəlman sözünün sinonimidir.
Dinimiz eyni olsa da bu məhzəblərin müsəlman olaraq yerinə yetirdiyi ibadət və üsullarda bəzi fərqlər aydın şəkildə hiss olunur. 
 Məsələn sünni məzhəblərindən fərqli olaraq şiə mömin namazda əllərini birləşdirməz və yanında saxlayar (Sünni məzhəbindən olan qadın namazda sağ əlini sol əlinin üstünə qoyub sinəsi üstə tutar, kişi isə eyni qaydada əllərini göbəyinin üstündə saxlayar), sünnilər namazın sonunda başlarını sağ və sol çiyinləri istiqamətinə çevirərək salam verdiyi halda şiələr bunu yerinə yetirməzlər.
Azərbaycanda şiəlik geniş yayılıb. Amma bu heç də təsadüfi deyil və çoxluğun yaranma tarixi var.
“Azərbaycan Səfəvilər dövləti” kitabının müəllifi Oqtay Əfəndiyev Azərbaycanda şiəliyin tarixinin məhz 1501-ci ilin payızından başladığı qeyd edir. “Şah I İsmayılın Təbrizə daxil olmasının ilk günlərində, yəni 1501-ci ilin payızında islamın şiə təriqəti, dəqiq deyilərsə, imamilər (on iki imamın - ər “isna əşəri”, yaxud cəfərilər) təriqəti dövlət dini elan edildi. 
Əhalisinin əksəriyyətinin sünni olduğu geniş ərazidə 1501-ci ilin payızında şiəliyin dövlət məzhəbi elan olunması Səfəvi şahlarının qonşu, sünni məzhəbli müsəlman dövlətlərindən (Osmanlı Türkiyəsi, Şeybanilər dövləti) əsaslı şəkildə fərqlənən yeni dövlət yaratmaq niyyətinin təzahürü idi. Şah I İsmayılın keçirdiyi dini islahat onun şəxsi istəyi deyildi, dövrün ideoloji və siyasi çəkişmələrinin, dövlətlərarası hərbi-siyasi ziddiyyətlərin nəticəsi kimi meydana gəlmişdi. Bu islahat Osmanlı Türkiyəsinə və Şeybanilər dövlətinə qarşı hərbi-siyasi müxalifətin dini təzahür forması hesab oluna bilər. Şah İsmayıl Xətai də daxil olmaqla Səfəvi şeyxləri, hökmdarları məhdud şiə fanatikləri deyildilər”.
 Mənim şəxsi qənaitimə görə şiələrdə sünnilərə qarşı bitməz bir kin var. Bu da təsadüfi deyil təbii ki. Imam Hüseynin və ailəsinin başına gətirilən faciədə şiələr hər bir sünnini Yezid bilir, ən az onun özü qədər günahkar hesab edirlər.
Sünnilər isə şiə deyərkən iran gəlir ağıllarına və olmazın yaraşdırmalırın edirlər şiələrə qarşı. Bu yazını hazırlayarkən türk saytlarında çoxlu bu qəbildən məqalələrə rast gəldim. Məsələn bu saytda( http://www.irantehlikesi.com/ ) şiələr və şiəlik ünvanına təhqirlər, iftiralar bir sözlə dözülməz münasibət var.
Qərb dünyası, xristiyan aləmi isə bu parçalanmadan məharətlə istifadə edir.

Hiç yorum yok:

Yorum Gönder