Xalqın təkidli tələbi ilə J
Öz bişirdiyim ləvəngi reseptini sizinlə
paylaşacam. Bildiyimiz kimi ləvənginin müxtəlif yemək formalarına daha çox cənub
bölgəsində rast gəlinir. Bakıda mən “Tava ləvəngi”sinə çox az rast gəldim. Burda
çoxu ləvənginin quru varyantını bişirir. Bizim rayonda (Cəlilabad) tava ləvəngisi,
Lənkəranda isə sulu ləvəngi deyilən o yeməyi sevməyən az tapılar. Bu reseptdə
öz bişirdiyim formada təqdim edəcəm. şəkillərin bəzilərin asan olsun deyə
internetdən götürdüm. Amma resept öz bişirdiyimdəndir.
Lazım olan ərzaqlar:
Soğan.
Qoz ləpəsi.
Turşu.
Duz.
Istiot.
Yağ.
Cücə, yaxud ördək, qaz o artıq sizing zövqünüzə
baxır. Mən ördək əti yemədiyim üçün onun dadını bilmirəm, amma qaz ləvəngisi
digərlərinə nisbətən bir addım öndədir məncə. Bir də qaşqaldağ. Əgər ətiniz gec
bişəndirsə əvvəlcədən bir az pörtün.
Ərzaqların qədəri də quru ləvəngidə olduğu qədərdir
və yeməyi az-çox bişirmək planınıza uyğun dəyişəcək. Mən adətən ləvəngini qış üçün əvvəldən tədarük
edib buzluqda saxladığım üçün hazırlayanda birdəfəlik edirəm. yəni tutaq ki, 1
kq qoz ləpəsi, 1 kq soğandan ləvəngini hazırlayıb, duzun, istiotun, turşusun
vurub buzluğa qoyursunuz, hər dəfə ləvəngi bişirəndə təzədən dəsgah açmağınıza
ehtiyac olmur, hazır içlikdən istifadə edirsiniz.
Əvvəlcə soğanı çəkib suyunu sıxın. Nə qədər çox
sıxsanız o qədər yaxşıdır.
Qoz ləpəsini də çəkin və onları qarışdırın. Sonar tərkibə
duz, istiot və palçıq turşu turşu vurun.
Palçıq turşunun necə düzəldilməsi isə
ayrı mövzudur. Bəzən nar yaxud sumax vururlar. Nar bişəndən sonar ağızda
narahatlıq hissi yaradır. Sumax isə turşunun dadını vermir. Palçıq turşu eyni
zamanda ləvənginin özünəməxsus tünd rəng almağına səbəb olur.
Sonar cücəni tikilərə ayırıb tavaya düzün. Hazır
ləvəngini ət tikələrinin yanına, tavanın hər tərəfində yayılmaq şərti ilə yerləşdirin.
Mən yarım st su da əlavə edirəm. bişdikcə lazım olarsa yenə su tökürəm. Qaz və
ördək əti çox yağlı olduğundan bəzən əlavə yağa ehtiyac qalmır. Amma yox əgər ətiniz
yağsızdırsa ləvənginin suyu çıxandan sonar ona yağ da əlavə edə bilərsiniz. Yağı
isə zövqünüzə görə, duru yaxud quru seçim edə bilərsiniz. Ləvəngi hökmən asta
odda bişməlidir. Çünki suyu az olur və dibi yapışa bilər. tavanız da qalın
olsun. Tez-tez qarışdırmağı unutmayın. Ləvənginin bişməyi ətindən bilinir. Bir də
artıq tünd rəng alıbsa, yağı çıxıbsa deməli bişib.
Ləvəngi istiot sevən yeməkdir.
Çalışın bir az bol vurun. Amma əgər siz istiot sevmirsizsə o zaman özünüz bilərsiniz.
Nuş olsun!
Hiç yorum yok:
Yorum Gönder