25 Nisan 2018 Çarşamba

Abbas Səhhətin hekayələri




Abbas səhətin yaradıcılığının ilk illəri özünəqədərki ənənələrin davamından ibarət idi. Şair, illər sonra bu üslubunu kədərlə xatırlayır. Daxili inqilab yaşayan Abbas Səhət epiqonçu şeirə qarşı qətiyyətlə çıxır, yeni dil, mövzu, texnikanın ədəbiyyatda bir an öncə daxil etməyin əhəmiyyətini başa düşürdü.
Publisist, şair,tərcüməçi, nasir Abbas Səhətin yaradıcılığından üç hekayə oxudum:
Birincisi “Cərrahlıq” adlanırdı. Çexova nəzirə kimi yazılıb. Əksər əsərləri kimi burda da peşəkar bədii təsvir özünü göstərir. Digər tərəfdən, cahillik, geridəqalmışlıg, inkişafdan uzaq olmaq və natəmizlik hekayənin ana xəttidir. Usta Əskər çirk içində üst-başı, natəmiz dəlləkxanasında dəlləklik edir. Amma belə görünür ki, onun fəaliyyəti bununla yekunlaşmır. Bir azdan içəri gələn molla Eyvazın diş ağrısı şikayəti ilə ona müraciət etməyindən də görünür ki, usta, əməlli başlı “cərrahdır” diş çəkir, baş qırxır, qan alır, ət yarır və s. hər şeyi “bacarır”

Molanın söhbət əsnasında ağrıyan dişinə etdiyi “əlaclar” dan danışmağı onun cahilliyinin göstəricisidir. Amma əsl məsələ elə bundan sonra başlayır, usta özünü tərifləyə-tərifləyə mollanın ağrıyan dişini öz çirkli kəlbətini ilə çəkməyə çalışır...
Ikinci hekayə “Bədbəxt ailə”dir. Bir ailənin faciəsi fonunda müharibələrin, çətin həyat şəraitinin ürəkdağladan nəticələrini göstərir. Bütün ailəsi öldürülmüş Həmid kişi bir nəvəsini xilas edib qaça bilib lakin o da möhkəm xəstədir. Xeyirxah insanların köməyi ilə uşağa həkim baxır amma çox gecdir. Qoca Həmidin dili ilə, Abbas Səhət, o qədər inandırıcı, kədərli formada hisslərini ifadə edib ki. əsəri təsirlənmədən oxumaq mümkin deyil.
Üçüncü hekayə “Qaragünlü Həlimə” dir. Adından da göründüyü kimi son iki hekayə yoxsul, bədbəxt insanların həyat faciələrini əks etdirir. O insanlar başqaları tərəfindən görülmür amma A. Səhhət onları öz əsərlərində yaşatmaqla öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışır.

Son hekayədəki təsvir o qədər dəhşətlidir ki, oxucu özünü hansısa müharibə meydanında, alovların içində, soyuqdan donanda, acından öləndə görür sanki. Buna baxmayaraq hekayələr bir qədər natamam təsir bağışlayır. Xüsusilə də son hekayə. Insanların faciəli taleyilə tanış olan oxucu istər-istəməz onun aqibəti ilə maraqlanır, amma ədib, sanki bunun o qədər də əhəmiyyətli olmadığını, hazırkı vəziyyətin bir nəfərin taleyi fonundan daha artıq düşündürücü olduğunu vurğulamaq istəyib.

Hiç yorum yok:

Yorum Gönder