10 Mayıs 2017 Çarşamba

Şaftalı haqqında və faydaları


Şaftalı mənim çox sevdiyim meyvədir. Bu tərcümə məqaləmdə şaftalı haqqında və onun faydalarından ətraflı söz açmışam.Dənəlilər ailəsindən gələn sağlam və uzun həyatın simvolu olaraq göstərilən şaftalı bənzərsiz bir yaz meyvəsidir. Ana vətəni Çindir və Dünyaya da Çindən yayıldığı bilinir. Ölkəmizdə şaftalının ən yaxşı olduğu zamanlar iyun və avqust ayları arasındadır. Şaftalı içərisində olan zəngin vitamin və minerallar sayəsində həm çox qidalandırıcı bir meyvə, həm də içərisində yağ olmaması və lifli quruluşu sayəsində pəhriz siyahılarında olması lazım olan bir meyvədir. İçərisində 10 fərqli vitamini bir yerdə saxlayan şaftalı xüsusilə C, E və K vitaminləri baxımından olduqca zəngindir. Ayrıca kalium, maqnezium, fosfor, mis, sink, manqan, kalsium və dəmir kimi mineralları bol miqdarda saxlayar. Antioksidan baxımından da zəngin bir meyvədir. Qonşu ölkə Türkiyədə Bursa şaftalının ana vətəni kimi tanınır, Türkiyə xaricində bütün Dünyada “bursa şeftalisi” adıyla səs salmışdır. Türkiyədə çıxarılan ortalama 400 min tonluq şaftalını 50%-ini Bursa torpaqlarından qarşılanır. Şaftalı ağacı təxminən 30 il qədər yaşayır. Bursa da şaftalı yetişdirilməsinin əhəmiyyətli xüsusiyyətlərindən biri şaftalı ağaclarının 15 il sonra kəsilməsidir. Şaftalının məxməri və tüklü toxuması bir çox adam tərəfindən sevilməz. Bu vəziyyətə qarşı Bursa vilayətində "nektar" deyilən tüksüz şaftalı növü məşhur olaraq istehsal edilir.
Şaftalı növləri haqqında qısa məlumat:

Şaftalılar dənəsindən asan ayrılan hissəsinə yarma şaftalı, ətə yapışıq olan növünə isə ət şaftalisi deyilər. Yarma şaftalı növü təzə meyvə olaraq istehlak edilə bilər. Ət şaftalisi isə ümumiyyətlə konserv istehsalında seçim edilir. Ət şaftalisinin bilinən 2 növü var. Bunlar ağ ətli və sarı ətli növləridir.
Şaftalının başlıca faydaları içərisində ki E vitamini dəri sağlamlığı üçün çox faydalı bir vitamindir. K vitamini qan laxtalanmasını önləyər. Sümüklər üçün faydalı bir vitamindir. Şaftalı böyrək daşını qarşısını almaqda əhəmiyyətli bir mineral olan kalium baxımından zəngindir. Antioksidant baxımından zəngin olması bədəni zərərli maddələrdən təmizləyərək, xəstəliklərə tutulma riskini azaldır. Klorojenik turşu antioksidandır baxımından zəngin olması xərçəngə qarşı qoruma təmin edər. Lifli quruluşu sayəsində həzmi asanlaşdırır, qəbizliyi önləyər. Kalorisi olduqca aşağıdır və toxluq hissi verir. Zəifləmək istəyənlərin seçdiyi bir meyvədir. Diabet və ürək xəstəliklərinə qarşı qoruma təmin edər. Sağlam saçlar üçün şaftalının faydası əhəmiyyətlidir. Saç dərisindəki faydaları sayəsində saç tökülmələrinə azaldar. Bağırsaq qurdlarını təmizləyər. Əhəmiyyətli bir sidik qovucudur. İçərisində olan maqnezium stress və qayğıya qarşı fayda təmin edər. A və C vitamini baxımından zəngin olması göz sağlamlığı üçün faydalıdır. Xüsusilə katarakta qarşı qoruyucudur. Şaftalı dənəsinin istifadəsi haqqqında:
Şaftalı dənəsi alternativ bir enerji qaynağıdır, dənə içindəki toxumacıqlar heyvan yemi olaraq istifadə oluna bilər. Çəyirdəyin xarici qabıqları yanacaq olaraq istifadə edilər. Bəzi fiziki əməliyyatlar sonrasında dənənin içərisində olan dənəcik heyvanlara yem olaraq istifadə edilə bilər. Şaftalı nüvəsinin qabığı kül və kükürd nisbəti az, təmiz bir enerji qaynağıdır. Qızdırıcı qazanlarında, seralarda, fermalarda, hamamlarda və sobalarda alternativ enerji qaynağı olaraq istifadə edilər. Şaftalı nüvəsi biokütlə olaraq adlandırılan maye ilə qaz yanacaqları xaricində tutulan yenilənə bilər enerji qaynağı olaraq qlobal çirklilik, istiləşmə və təbii ehtiyatların azalması kimi səbəblərdən ötəri məsləhətdir. Şaftalı Suyu Faydaları Şaftalının sıxılmasi ilə əldə edilən şaftalı suyu əgər təbii yəni üzvi şaftalı suyu isə bir çox faydası olan bir içkidir. Ayrıca A, C və B3 vitaminləri baxımından zəngin olub bir çox orqana faydası olan bir içkidir. Şaftalı suyunun digər faydaları; Qanı təmizləyər. Təmiz qan damarların tıxanma riskini minimuma endirir. Şaftalı suyu qızdırma salıcıdır. Yüksək atəş olduğu vəziyyətlərdə istehlak edilməlidir. Həzmi asanlaşdırır. Qəbizlik problemini həll edir. Bağırsaqları yumşaldır. Yuxusuzluq problemi yaşayanlara tövsiyə edilir. Yatmadan əvvəl içilən 1 stəkan təbii şaftalı suyu yaxşı bir yuxu çəkilməsini təmin edər. Şaftalı suyundan maksimum fayda almaq istəyirsinizsə öz şaftalı suyunuzu evdə hazırlamanızı tövsiyə edirik. Marketlərdə satılan şaftalı sularında qatqı maddələri ola bilər. Bu da şaftalının faydasını minimuma endirməkdə, hətta zərərli belə ola bilməsinə yol açar.
Şaftalı marmeladı necə edilir?
Vəsaitlər:
  500 qram şaftalı,
1 çay qaşığı kərə yağı,
2 su stəkanı toz şəkər (500 qram),
1 çay stəkanı su (100 ml),
yarım limon.
Əvvəlcə şaftalılarımızın qabıqlarını soyuruq, dənələrin çıxararaq, dördbucaq şəklində doğrayın. Doğranılmış şaftalıların üstünə su əlavə edərək blendırdan keçirin. Ardından toz şəkəri əlavə edin və təkrar yaxşıca qarşdırılana qədər blendırdan keçirin. Hazırlanan bu qarışıq qazana boşaldılır. İçərisinə kərə yağı əlavə olunaraq yüksək odda hərdənbir qarışdırılaraq ortalama 7 dəqiqə qaynadılır. Üzərində yığılan köpükləri qaşıqla alın. Daha sonra limon suyunu da əlavə edib 1-2 dəqiqə daha qaynadın. Hazırlanan şaftalı marmeladı isti olaraq qablara doldurularaq qapaqları möhkəmcə bağlanılar. Şaftalı marmelad daha sonra sərin bir yerdə və ya şkafda mühafizə edilir.

1 yorum: