11 Ocak 2020 Cumartesi

Elçin Hüseynbəyli "Balıq adam"

Keçən ilin son günlərini özünəməxsus yaradıcılıq üslubu ilə seçilən Elçin Hüseynbəylinin əsərləri ilə keçirmişdim. Ədibin “Don Juan”ına yazı həsr etsəm də “Balıq adam”a bu günlərdə qayıtdım.
Romanda oxucunu addım-addım izləyən mistik bir ruh var. Əslində janr etibarı ilə mistik roman olmaqla yanaşı mətnaltı cümlələri çox da uzaq olmayan keçmişə tez-tez səyahət edir.
Eyni zamanda mütəmadi olaraq, bir təkrarlıq rast gəlinir romanda. Demək olar ki, hər səhifədə telefon zəng çalır, adam ona cavab vermir. Hər cümlə başı arvadı ilə yaşadıqları ayrılıq sonrası düşüncələri, yuxular və s. Geniş yer alıb.
Roman yuxu ilə reallıq arasındakı o dumanlı, yarıgerçək abu-havada cərəryan edir.
Təsəvvür edin, bütün roman boyu, özünüzü hansıısa partlamaya hazırlaşırmış kimi hiss edəcəksiniz. Yəni müəllif fikrində tutduğu əsas ideyanı dilində sona qədər sürüyür, sonda bütün dərdini açıb tökür.
Əsəri oxuyərkən əvvəlindən sona qədər gələn təkrarçı, bəzən mənasız görünən təsvirlər, nüanslar sizi sıxa bilsə də bütün diqqətinizi finala toplayın.
Reallıqla utopiya arasında baş verən hər şey həssas yanaşma tələb edir.
“Balıq adam” Azərbaycan ədəbiyyatında özünəməxsus üslüb və mövzuya sahib romandır. Simvolika, rəmzilik, eyhamlar romanın əsas qanı-canını təşkil edir.
Bütün bunlar fərdi problemlər fonunda verilsə də, bəşəri narahatlıq bildirən mövqe xarakteri daşıyır.
Cəmiyyətdə dəyişən hər şeyin forma deyil, mahiyyətdə olduğunu işarə vuran yazıçı insanların yaşadıqları dünyanı akvariuma, özlərinin o akvariumdakı balığa çevrilməsindən ürək ağrısı ilə söz açır.
Yazıçının önə çəkdiyi, onu narahat edən və bu əsərin əsas ideyası kimi qarşımıza çıxan “mənəvi buxov” məsələsi özünün ən mükəmməl qoyuluşu ilə bu əsərdə boy göstərir.

Hiç yorum yok:

Yorum Gönder