19 Mart 2017 Pazar

Jane Austen "Qurur ve qerez" tehlil ve ozet

Ceyn Ostinin hər cür dəbdəbədən uzaq, böyük hisslərdən sakit şəkildə yazdığı roman- “Qürur və qərəz” sözsüz ki, kişi və qadın münasibətlərinin, insanların öz fikirlərini ifadə etmək üçün istifadə etdiklərin bir cümlənin belə əhəmiyyət daşıdığı bir dövrdə, ən incə məqamları uğurlu şəkildə cəmiyyətdən fərdlərin ruhuna xitab edən ən uğurlu ədəbi əsərlərdən biridir.
Roman ilk baxışdan adi məişət məsələlərini əks etdirirmiş kimi təsir bağışlaya bilər. “Qürur və qərəz”i oxumaq kifayətdir ki, o dövrün cəmiyyət içində mədəniyyət, məişət, ədəb-ərkan, insan münasibətləri haqqında dolğun məlumat almış olaq. Amma daha dərinə vardıqca romanın adının şifrəsi açılır. Niyə məhz “Qürür və qərəz”?
Əsərin ideyası, məzmunu ilə yaxından tanış olduqdan sonra oxucu qənatə vara bilər: bu əsərə ikinci uğurlu bir ad belə formada seçilə bilməzdi.
Biz əslində əsərin baş qəhrəmanlarından biri, ola bilsin ki, birincisi Elizabet Bennetin gözü ilə görürük hər şeyi. Yazıçı ona təqdim etdiyi qədər icazə verir bizə hadisələri qiymətləndirməyi. Elizabetin düşüncə pəncərəsindən çıxaraq, onun qərəzli münasibəti, qürürlü rəftarının imkan verdiyindən daha artığını bilmək, başa düşmək oxucudan həddindən artıq həssaslıq tələb edir.
Amma Ceyn Ostin Lizzinin istər mister Darsi, istərsə də Uikhem və digər insanlara olan münasibətlərində çox qərarlı olduğu vaxtlarda belə, özünəməxsuz yumşaqlıqla oxucuya işarə verir sanki, hər şey daha başqa məcrada axış edə bilər deyə. Lizzi o qədər arxayındır ki, öz qənaətlərində,  bir gün yanıldığı həqiqəti ilə üz-üzə dayananda qərəzli münasibətinin haqsızlığını bütün dəhşəti ilə başa düşür.
Əsər Bennetlər ailəsinin tanışılığı ilə başlayır. Xanım Bennetin bütün həyat məqsədi beş qızına münasib ər tapmaqdır. Bu həm o düvrün ən real, bütün anaların, evdə qeybətləşməkdən başqa işi gücü olmayan qadınların qayğısı, həm də xanım Bennetin bir az da xarakteri ilə bağlı məsələdir. Missis Bennet xasiyyət etibari ilə öz həməsirlilərinə nisbətən daha artıq bəsit və meşşan düşüncə tərzi ilə yaşayır. Onun nəinki bütün fikri-zikri qızlarına ər tapmaqdır, eyni zamanda o, bunu bütün eybəcərliyi ilə nümayiş etdirir. Ifrat hala gətirir və iki böyük qızını hər zaman cəmiyyətdə pis vəziyyətdə qoyur. Missis Bennet dar düşüncəli, hər şeyi maddi vəziyyətlə, gözqamaşdıran göstərişlə dəyərləndirir. Insanların mənəvi keyfiyyətləri onu maraqlandırmır və onun keyfiyyət ölçülərinə bu məsələlər daxil deyil. Əsər boyu bir damcı belə olsun inkişaf etmir. Ən çətin məqamlarda belə paltar, kareta, qonşu qadınlara lovğalanmaq istəyi onu məşqul edən ən vacib məsələlərdəın biri olur. Kiçik qızı Lidyanın ailəsinin şərəfini nəzərə almadan Uikhemə qoşulub qaçması xəbərini eşidən ana, ailənin digər fərdləri kimi narahatlıq keçirməkdənsə qızının geyəcəyi gəlinlik paltarının kurjevaları haqqında qayğılarını paylaşır.
Mister Bennet daha sakit rəftarı ilə seçilsə də yazıçı azacıq hiss olunan tərzdə onu da laqeyidlikdə, arvadının qarşısında dura bilməməkdə, ixtiyarı öz əlindən ona verməkdə günahlandırır. Cənab Bennet qızlarını çox sevir. Amma onun sevgisi xanım Bennetin sevgisindən fərqlidir. O qızlarının xoşbəxtlik yolunun varlı ər tapmaq tərəfdən keçdiyinə inanmır. Mənəvi keyfiyyətlər onun üçün daha vacibdir. Bir qədər passiv olsa da , o, qızlarına, xüsusi ilə də ikinci qızı Elizabetə insanlara dürüstlüyü, düzgünlüyü, alicənablığı üçün qiymət verməyi öyrədib. Mehriban ata nə baş verməsindən aslı olmayaraq hər bir qayğının öhdəsindən təmkin və sevgi göstərişləri ilə gəlməyə çalışır. Qızının qaçmaq xəbəri onu da sarsıtsa da bir ata kimi öhdəliklərinin məsuliyyətlə dərk edib lazımı tədbirləri görür. Qızı üçün heç bir fədakarlıqdan qorxmayan cənab Bennet məhz bu vaxtlar başa düşür ki, lazımından artıq güzəştə gedib övladlarının tərbiyəsində.
Ceyn Bennetlərin böyük qızıdır. Hansı ki, əsərə canlılıq gətirən hadisənin adamı- cənab Binqlinin əraziyə gəlməsi ilə həyəcanlanır və ətrafdakıların da yaraşdırmalarına görə mister Binqli üçün ən münasib namizəd ola bilər. Lakin hər zamankı kimi, missis Bennetin yersiz hərəkətləri Ceynin xoşbəxtliyini bir mövsümlük gecikdirir.
Ceyn əsl 18-ci əsr Avropa tərbiyəsinin mücəssəməsi hesab oluna bilən bir obrazdır. Hər şeyi sakit bir itaətkarlıqla qəbul edən Ceyn, xoşbəstlikdən uçduğu vaxt bunu necə içində boğurdusa bədbəxtlikdən üzüldüyü vaxt da eyni təmkinlə baş verənləri içində yaşayır. Ceyn hər şeyin yaxşılığa doğru olduğu qənaitindədir. Əgər başına bir iş gəlibsə, əgər belə olubsa demək belə münasib imiş. Onun kimisə günahlandırmaq, kimisə mühakiə etmək heç ağlına da gəlmir. Insanların xoş niyyətlərinə sona qədər inanan gənc qız hadisələrinin məcrasını dəyişdirməkdə özü istəməsə də rolu olan anasının hərəkətlərinin tənqid etməyi, hətta ürəyində belə fikriləşməyi cəhd etmir. Ceynin aldığı tərbiyə də bir az səbəbdir bütün bunlara. Ikinci bacısı Lizzi qədər mütaliə etməyən Ceyn mühakmə edib nəticə çıxarmağı o qədər də bacarmır. Humanizm mücəssəməsi olan miss Ceyn laiq olduğu xoşbəxtliyi bir az gec də olsa, mister Binqliylə əldə edir.
Elizabet əsərdə xarakterinin açılmasına, düşüncələrinə, daxili dünyasına ən çox yer verilmiş surətdir. Lizzi əsl qürur mücəssəməsidr. Ləyaqətini, ailə şərəfini hər şeydən üstün tutan qız, vaxt gəlir bunda ifrata vardığını, qürurunun ona bəzi məsələlərə və hadisələrə, insanlara qərəzlə yanaşmasına səbəb olduğunu dərk edir. Lizzi əsər boyu inkişafda verirlir. Lizzi humanzimi, ağlr və ciddi xasiyyəti, ədalətli mühakimələri ilə cəmiyyətdə və qohumlar arasında çox rəğbət qazanmışdırsa da, düşündüyünü açıq şəkildə demək bacarığı bəzən riskli dialoqlara girməsinə səbəb olur. Məhz bu xasiyyətinə görə anası tərəfindən həmişə danlağa məruz qalır. Anası bu rəftarla, işvə-cilvəsi olmaması ilə əlaqədər onun münasib bir kişiyə ərə gedəcəyi ehtimalından tamamailə əlini üzüb. Bütün bunlar azmış kimi Lizzinin böyük bir sınaq gözləyir. Belə ki, mister Bennetin oğlu olmadığına görə varis uzaq qohumlardan birinin tabeliyinə keçəçəyi kimi bir həqiqət var və bu həqiqət xanım Bennetin mütəmadi olaraq ağlayıb sızlamasına, şikayətlənməsinə səbəb olur. Bu uzaq qohum isə bir gün gözlənilmədən onlara gəlib tanışlıq və qohumluq təklif edir və bununla da vicdanının rahatlandığını düşünür. Indi Lizzi mister Kollinzi sevməsə də, onun düşüncə və intellekt səviyyəsinin  bəyənib təqdir etməsə də ailəni müflis vəziyyətə düşmək ehtimalından xilas edə bilər. Bunun üçün o, mister Kollinzə ərə getməlidir. Sevgisiz, maraqlar üzərinə duran bir evlilik Lizzinin xasiyyətinə və həyat məqsədinə tamamilə ziddir. Hisslər üzərində qurulan xoşbəxt yuvanı hər cür dəbdəbə və madiyyatdan üstün tutan Lizzi heç düşünmədən Kollinzə rədd cavab verir. Primitiv düşüncəli cənab isə missin bu cavabını başa düşmür. Lakin Kollinz hər cür romantiklikdən uzaq adamdır və rədd cavabı aldığına görə ağlayıb dərd çəkmək niyəti yoxdur. Tezliklə o Lizzinin rəfiqəsi Şarlottayla izdivac qurur. Şarlotta isə ona və ailəsinə hərtərəfli maddi rifah təqdim etmək gücündə olan adamın təklifini düşünmədən qəbul edir. Lizzinin fikrincə bu tamamilə yanlış addimdir lakin zaman keçdikcə o da hə kəsin xoşbəxt olmaq üslünun fərqli olduğu həqiqəti ilə barışır.
Özünə belə tənqidi mühakiməylə yanaşmağı bacaran Lizzi mister Darsiyə olan münasibətində tələsik qərar verdiyini, onu düzgün qiuymətləndirmədiyini, onun gizli pərdə arxasında qalan alicənablığını görə bilmədiyini başa düşür. Lizzi Uikhemin yalan məlumatlarına inanıb Darsini haqsızlıqda günahlandırır.
Darsi obazı isə əsərdə bağlı sandıq kimi təqdim olunur. Sandıq əsərin sonlarına doğru açılır və özüylə birlikdə bir çox mətləblərə aydınlıq gətitir. Darsi ilə zabit Uikhemin arasında xoş olmayan bir keçmiş var. Uikhem ona təqdim olan şərəfli, təvazokar həyat tərzini pula, əyləncəyə, plan və proqram olmadan sərbəst yaşamağa dəyişir. Bunlar azmış kimi Darsinin bacısı miss Darsinin yaşının az olmasından istifadə edərək onu qaçırmaq istəyir. Miss Darsi son anda qərarını dəyişib qardaşına olanları danışır. Darsi haqlı olaraq bərk qəzəblənir və Uikhem onun bu qəzəbini ömrü boyu başının üstündə hiss edir. Onlar təsadüfən bir də miss Bennetlərin qarşısında raslaşırlar və Uikhem Lizziyə hadisələri öz xeyrinə dəyişməklə nəql edir. Hekayənin mahiyyətinə olduğu kimi yox təqdim olunduğu kimi baxaraq hökm çıxaran Lizzi Darsinin Uikhemə qarşı ədalətsiz rəftar etdiyini düşünür. Lakin hadisələrin məcrasi elə bir formada inkişaf edir ki, Lizzi qərəzli münasinbətinə görə xəcalət çəkməli olur. Darsi artıq Uikhemin xislətinə bələddir. Onun bütün məqsədinin və amalının tüfeyl həyatla, heç bir zəhmət çəkmədən varlı bir qızın cehizi hesabına yaşamaq olduğunu bilir. Və Lidya Uikhemə qoşulub qaçanda Darsi Lizzinin xəbəri belə olmadan məsələyə qarışır. Həm maddi, həm mənəvi tərəfdən Bennetlərə dəstək olur. Lidya əlbəttə ki, heç bir vaxt sevimli əri Uikhemin onu pul müqabilində nigaha aldığını bilmir.
Darsi çox tərəddüdlü və təzadlı obrazdır. Əlbəttə onun şərəf anlayışı qəti və dəyişilməzdir. Amma əsərin əvvəlində dosti Binqliyə, anasının meşşan hərəkətlərinə görə Ceyni layiq bilməyən Darsi, hətta cəmiyyət arasında böyük səs-küyə səbəb olan Lidyanın qaçmaq məsələsindən sonra da Lizziyə olan təmannasız sevgisi azalmır.
“Qürur və qərəz”  18-ci əsr Avropa həyatını mükəmməl formada bu günkü oxuculara inikas edən bir ədəbiyyat nümunəsidir. Yazıçı bütün insanı mesajlarını, dünyəvi,  mənvi düşüncələrini xırda məişət hadisələri fonunda o qədər peşəkar formada veiri ki, oxucu qətiyyən yorulmur. Insani münasibətlərin humanizm və anlayış timsalında qurulmalı olduğunu hiss etdirir. Romantik təhkiyə, axıcı dil, hər kəsə tanış hadisələr romanı neçə əsrlərdən bəridir dünya ədəbiyyatının qiymətli xəzinələrindən biri olmasına səbəb olub. 

Hiç yorum yok:

Yorum Gönder