“Don Juan “ deyərkən çox insanın ağlına xarici
personaj gəlir. Bu günlərdə oxuduğum roman sayəsində bu Don Juanın əslində Oruc
xan Bayat olduğunu öyrəndim. Bütöv adı “On üçüncü həvari – 141-ci Don Juan”
olan əsərin müəllifi azərbaycanlı yazıçı Elçin Hüseynbəylidir.
Ilk olaraq müəllif haqqında bəzi məlumatları qeyd
etməyi özümə borc bilirəm: içi mən qarışıq , çox mütailə edən (ən azından bunu
iddia edən) hər kitabsevər təəssüf ki, maraq dairəmizə ya etalon halını almış bədii
nümunələri ya da müasir xarici ədəbiyatı o qədər daxil etmişik ki, öz ədəbiyyatımızda
olan kifayət qədər qiymətli imzalardan bixəbərik...
Elçin
Hüseynbəyli (Təxəllüsü: Qaraçuxa) 1961-ci ildə doğulub, ali təhsilini Moskvada
alıb, müxtəlif vaxtlarda “Ulduz” jurnalına və “Ədəbiyyat” qəzetinə rəhbərlik
edib, bir çox nüfuzlu ədəbi mükafatların sahibi, əməkdar incəsənət xadimidir. "Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün
oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar",
"Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan",
"Şah Abbas", "Metro vadisi", "Yolayrıcında
qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir
axşam", "İki Od arasında" kitablarının, səkkiz romanın, yüzdən
çox hekayə, esse və bədii məqalənin müəllifidir.
Onun roman və dram əsərləri əsasən sintetik
janrlardadır: dünən, bu gün və gələcək. Təhkiyəsi axıcı, üslubu fərdidir.
Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və
dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur.
Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrayna, litva, koreya, fars və
s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb.
Avropa
Birliyinin regionda münaqişə tərəflərilə
bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir.
Doqquz pyesi dövlət teatrlarında oynanılıb.
Əsər tarixi-macəra
janrında olsa da, öyrəşdiyimiz macəra formasında yazılmayıb. Müəlliflə əsas qəhrəman
arasında qəribə bir bağ, bağlılıq var. Sanki ədib ulu babasının yolu ilə getməklə,
onun yaşadığları ilə maraqlanıb, qaranlıq yollarına işıq salarkən şəcərəsinin,
Oruc bəyin qarşısında mənəvi borcunu yerinə yetirir. Bu ona rahatlıq verir.
Müəllif araşdırma
dövründə getdiyi yerlər, qarşılaşdığı adamlar, yaşadığı hadisələr haqqında
zaman problemi yaşamadan Oruc bəyin taleyi ilə paralel verməyi bacarmışdır. Yazıçının
ustalığı seçdiyi marşrut, məkan ardıcıllığı onun zaman ardıcıllığını asanlıqla
qoruyub saxlayıb inkişaf etməsinə imkan verir.
Romanda hər surətdə
qısa, lakin dərin baxış bucağı var. Dolayısı ilə hər surət qısa müddətli olsa
belə səhnəyə çıxanda müəllif onun xarakterini, tipoloji xüsusiyyətlərini açmağa
çalşır. Nəticədə də roman zəngin xarakterik təsvir daşıyır.
Ən geniş şəkildə
yer alan isə, təbii olaraq, əsərin əsas qəhrəmanı Oruc bəydir. Yazıçı onun
uşaqlığı, valideyinləri, həyat yolu, Avropa səfəri, taleyinin qəfil dönüş nöqtəsi
və b. nüanslar haqqında geniş məlumat verir.
“Don Juan” əslində
bizə orta əsrlər qərb ədəbi əfsanələrindən tanış gəlir. Onun haqıında
formalaşmış fikridə nədənsə sadəcə əyləncəli həyata və qadınlara düşkün olan müəmmalı
obraza rast gəlirik. Elçin Hüseynbəylinin romanında isə Oruc bəy oxucuya çox
doğma gəlir. Gözlədiyimizin əksinə həssas, vətənpərvər, ağıllı, köklərinə bağlı
bir Don Juan görürük.
Don Juan»da müəllif özü
də romanın personajlarından birinə çevrilir, Azərbaycanlı Don Juanının keçdiyi yolları sanki
addım-addım izləyir, həm tarixi yeni gözlə «oxuyur», həm də ulu babasının hərəkət
və əməllərini, yanlışmı, doğrumu düşündüyünü maraqlı, cəzbedici bir süjet
daxilində oxucuya təqdim edir. Romanın janrı aydın şəkildə seçilir lakin iki janr diqqətçəkir:
müasir və tarixi roman janrı. Əsərin əsas sujet xətti səfəvi dövlətinin elçiliyi tərkibində İspaniyaya gedərək
hansısa müəmmalı məqsədlə, ani qərarla (roman
irəlilədikcə bu məqsədə aydınlıq gəlir) adından, dilindən,
dinindən və təmsilçisi оlduğu dövlətdən imtina edib xristianlığı qəbul
ediərək Don Juan olmuş Bayat nəslinin qiymətli sərərdələrindən biri olan Oruc bəyin
dumanda itən taleyinə işıq saçılıb. Müəllif bu dumanda güclə zezilən, cüzi
olaraq rastlaşdığı izləri tutub gedir. Və bu izlə gedərkən İspaniyada tanış
olduğu gözəl Qayde ilə qısa müddətlik də olsa bir “donjuanlıq” edir. Bu yəqin
ki ulu babasını daha dərindən duymaq və onun taleyini hiss etmək baxımından
qurulan nüansdır.
Romanın təhkiyəsi, dil və üslub xüsusiyyətləri
kifayət qədər uğurludir. Oxucu hansısa yaxın adamının yol qeydlərini oxumuş
kimi olur. Özümə belə bir roman kəşf etdiyim üçün sevinirəm. Sırada isə müəllifdən
növbəti əsər- “Balıq adam” var...
Hiç yorum yok:
Yorum Gönder