Ipuclarından da təxmin
etdiyiniz kimi, bu dəfəki seçimim çoxdandır
oxuyacaqlarım siyahısında olan M. M. Dostoyevskinin
“Karamazov qardaşları” romanıdır. Təhlilin gec gəlməsinin səbəbi də bu romana
layiq təhlil alınmasını istədiyim üçün idi. Əsərin qalınlığı sizi qorxutmasın.
Ən pis halda audio dinləyə bilərsiz və beləcə hər cümləsinin daha rahat
qavramaq şansınız olar.
Butun kitabsevərlərin
bildiyi kimi, Dostoyevski bir etalon, ədəbiyyat "brendi"dir. Amma onu
bu mərtəbəyə qaldiran səbəb mənim üçün hər zaman maraqli olub.
"Idiot", "Alçaldılmış və təhqir edilmis insanlar" və s əsərlərini
oxuyanda demək olar ki, məktəbli idim. O zamanlar və keçən bu illər ərzində
Dostoyevskinin ən çox söz bazasının zənginliyi, yazmaq əzmi, sürəti və
psixoloji dərinliyi məni cəlb etmişdi.
Uzun illərdən sonra
yenidən Dostoyevski yaradıcılığına qayıtdığım üçün sevinirəm. Roman klassik
Dostoyevski üslübu, ustalığını xatırlamağımla yanaşı, yeni cəhətlərini kəşf etməyimə
səbəb oldu.
Romana ədibin çoxillik ədəbi
yaradıcılığının yekunu kimi baxmaq olar. Rus folklorundaki mujikin 3 oğlu və bu
oğlanların bir-birindən fərqli tərəfləri, istək və hədəfləri romanın əsas məğzi
kimi görünsə də, əslində Dostoyevski bu üç qardaşın
simasında ucsuz-bucaqsız Rusiyanın cəmiyyətindəki təbəqələşmə ziddiyyətini göstərir.
Bu təbəqələşmə maddi baxımdan deyil, mənəvi-psixoloji baxımdan diqqət çəkir. Kiçik
oğlan Alyoşa dinin dərinliklərində, tərəddüdlərində var gəl edərkən (hərçənt
Alyoşa ilk vaxtlar çox əmin görsənir) ortancıl oğlan- İvan qərb, Avropa təsirinə
meyillidir, dinə, allaha inamsız yanaşan İvan hər nə qədər “Şeytan yoxdur” desə
də romanın gedişatında şeytanın varlığının təsirini ən çox da o hiss edir. Dmitri.
Karamazovların böyük
oğlu, atasının “ədalət tərəzisi”ndən ən sərt şilləni dadmış, tipik rus insanı,
çılğın, həyatla özünəməxsus şəkildə mübarizə aparan, öz haqqını yumruq-təpiklə
arayan, ən məsum, ən “günühkar” Dmitri Karamazov.
Əsər boyu Mityanın
daxili tərəddüdləri, müvazinətsizliyi seçilsə də sonlara yaxın içindəki sağlam
xarakterin vicdan aırlığı daha qabarıq görünür. Oxucu dəqiq bilir ki, məhkəmədə
vəkilin də dediyi kimi, əgər Mityanın arxasında onu sevən, dəstəkləyən atası
olsaydı o zaman Rusiya özünün ən faydalı insanının xeyrini görəcəkdi.
Ekranı sola çevirərkən
gördüyünüz videoya diqqətlə baxın. Kiçik dialoq əsərin dolğun səhnəlirdən
birinin sadəcə bir parçasıdır. Bu parçada
İvanın dinə, allaha, şeytana iztehzalı, soyuqqanlı münasibətinin şahidio
oluruq. Eyni zamanda, əsərin sonrakı hissələrində ədəbiyyatın qızıl səhifələrinə
yazılmağa layiq, ən mükəmməl, ən tilsimləyici, düşündürücü səhnələrindən birnin
şahidi olarkən qarşımızdan həmin bu İvanı və təsirindən başını itirdiyi şeytanı
(daxilindəki “mən”i) görürük. Bu səhnədəki dialoq bəlkə də rus ədəbiyyatının ən
nadir ədəbi incisindən biridir.
Digər tərəfdən, diqqətlə
baxmalı olduğunuz simanın biri də otağa sonradan daxil olan, sakit hərəkətləri
ilə içindəki məkri, hiyləni gizlətməyi bacarmış- Smerdyakov- şeytanın “ta
kendisi.!”
Romandakı istintaq və
məhkəmə xətti mənə T. Drayzerin “Dahi” romanını xatırladırdı. Dostoyevski “Karamazov
qardaşları”nı yazmaqla sadəcə ədəbiyyat tarixinə deyil, film, teatr, musiqi və
s incəsənət sahəsinə qiymətli matreal miras buraxmışdlr.
Hiç yorum yok:
Yorum Gönder