Necə xoşbəxt olmaq olar? Çox qəliz sualdır. Xoşbəxtliyin 10, ya nə bilim 6 üsulu. Çox iddialı cavabdır. Xoşbextliyi hədəf olaraq həyatının mərkəzinə qoyan insan kimi müəyyən təcrübəllərim va bu barədə. Ilk olaraq onu deyim ki, məsələni bacardıqca sadələsdirmək lazımdır. Xoşbəxtlik anlayışı nə qədər adiləşsə, o qədər əlçatan olacaq. Tebii ki, baxır kimin xoşbəxtlik amili nədən keçir.
Əgər sizin xoşbəxtliyinizin açarı bir “Porşe”, ya hansısa brilyant dəstindən keçirsə o zaman bu yazı sizə aid deyil. Siz daha çox bəxtigətirənlərdənsiniz çünki ən azından istəyiniz konkretdir. Sizi nəyin xoşbəxt edəcəyini bilrsiz. Belə olan halda etməniz lazım olan yeganə şey ya
bank soymaq, ya lotariyada pul udub istəyinizi həyata keçirməkdir. O
maşını, ya zinyət əşyasını, ya o villanı əldə etdikdən sonra özünüzü yenə xoşbəxt hiss etməyə bilərsiz, bunu da
deyim.
Bəzən uğrunda mübarizə apardığımız şey bizi xoşbəxt etmir, nəinki ona
gedən yoldakı macəralar.
Amma bu başqa mövzudur.
Əgər bəxtiniz gətirməyibsə, sizi nə pul, nə ev, maşın xoşbəxt ətməz düşünürsünüzse o zaman işlər bir az çətinləşir. O zaman hər fərd bir qədər filisof olmalıdır.
Əgər bəxtiniz gətirməyibsə, sizi nə pul, nə ev, maşın xoşbəxt ətməz düşünürsünüzse o zaman işlər bir az çətinləşir. O zaman hər fərd bir qədər filisof olmalıdır.
Ən əsası düşünmək, fikrə getmək qabliyyəti formalaşdırmalısınız özünüzdə. Içindən çıxa bilmədiyiniz hər bir şey haqqında dibinə qədər gedərək düşünun.
Hansı anlar içinizdəki o yük hissi yox olur. Hansı ki, var
olarkən sinənizin üstündə ağır bir şey daşıyırmış kimi
hiss edirdiz. Hər nəfəs alanda
kürəyinizlə sinənizin
arasında bir
yerdə nəyinsə nəfəs almağınıza mane olduğunu hiss
edirdiz. Gülməli proqrama, komediya janrında bir filmə baxdığınız an, ən qələbəlik yığıncağda
səbəbini bilmədiyiniz kədər bütün varlığınıza hakim kəsilirsə
təbrik edirəm: siz bədbəxtsiniz.
Qarşınızda iki yol var, ya bu bədbəxtliyə boyun əyəcək, depressiyanın ən dibinə enəcək, yeyəcək- yeyəcək kökəlkəcək, bir iz qoymadan köçüb gedəcəksiniz bu dünyadan.
Qarşınızda iki yol var, ya bu bədbəxtliyə boyun əyəcək, depressiyanın ən dibinə enəcək, yeyəcək- yeyəcək kökəlkəcək, bir iz qoymadan köçüb gedəcəksiniz bu dünyadan.
Ya da ikinci yol: yənə kədərlənəcək, yeyəcək, kökələcək, ağlayacaq, amma bütün
bunlarla yanaşı əlinizdə olan bu xammaldan nistifadə edəcəksiniz.
Necə?
Kədərinizi yumşatmaqla. Onun haqqında düşünün,
düşünün və düşünün, onu o qədər o tərəf- bu tərəfə çevirin ki, yumşalsın, yumşaq
olduğunda onu istədiyiniz formaya sala biləcəksiniz.
Kədərinizi xarakterə
çevirin.
Onunla birgə
yaşamağa öyrənin. Nəticədə onu özünüzə tabe edin.
Burda diqqət verilməli
olan əsas şey budur: onun sizi udmasına imkan verməyin. Əksinə, onu özünüzə ram
edin.
Onu yaradıcılığa
çevirin.
Düşüncə olan yerdə
yeni bir şeylər hökmən yaranır. Yeni şeylər də materialdan, məhsuldan yaranır.bədbəxtliyiniz
məhsulunuz olsun.. Onun haqqında düşünəndə əlavə rənglər
yaranacaq. (məsələn: xəyal, təxəyyül,
ronantica)
Bu bədbəxtliyə o rəngləri
qatsanız əlinizdə rəngli, yumşaq bir oyun xəmiri var zənn edin. Artıq ona istədiyiniz
şəkli vermək sizin öhdənizdədir. Işin pik nöqtəsi səhər və axşamdan aslıdır. Ən pik nöqtəsi isə, bəlkə də inanmazsınız amma, havadan
aslıdır, Umara xanımın dediyi o havadan.
Hiç yorum yok:
Yorum Gönder