3 Nisan 2019 Çarşamba

“Şahsiyet”



Bəzi layihələr var ki, hansı formada olmasından aslı olmayaraq (roman, dizi, film, sənədli) çatdırmaq istədiyi çox ciddi bir mesaj var və bu mesajı uğurlu şəkildə çatdırır.
Bir cəmiyyətdə qadına və uşağa təcavüz olunursa, bu xronoloji şəkildə, azalmadan, qarşısı alına bilmədən, görülən tədbirlərin heç bir faydası olmadan, cəmiyyətin yarı faizi bir şəkildə bu cinayyətdə iştirak edirsə, (iştirakçı,tamaşaçı, göz yuman, susan, ört-basdır edən və s.) hər dəfəsində sadəcə bir-neçə gün danışılıb unudulursa, o cəmiyyətin başqa bir məsələyə gündəm ayırması ən yumşaq ifadə ilə: haqsızlıqdır, vicdansızlıqdır...

Əgər təbliğat, tədbirlər, cəza, göz yaşı, parçalanan ürəklər, dağılan həyatlar, məhv olan ömürlər, yarıda qırılan xəyallar, artıq gəlməyəcək olan gələcəklər...bütün bu sadalananlar bir işə yaramırsa, yenə də bu təcavüz davam edirsə, (ayrı-ayrı fərdlər, zaman və məkan fərqi ilə) o zaman vay o məmləkətin halına...
Demək ki, bu o cəmiyyətin qanında, canında var olandır, və bəzi şeylərin qarşısını almaq üçün tədbirin tökülməsi belə utanc vericidir. Çünki qarşısı alınmaq üçün aparılan mübarizə o şeyin mövcudluğundan xəbəbr verir. Çünki tarix hələ heç bir zaman hansısa təbliğin işə yaradığının şahidi olmayıb. Insanlar ətrafı zibillləyirsə onlar bunu həmişə edəcək. Istəyirsən 100 il təbliğat apar. Japonları elmə, fransızları incəliyə, almanları dəqiqliyə, rusları soyuqluğa, hindlilərı pozğunluğa, yəhudiləri ağıla heç kim öyrətməyib. Təbliğatla, təlim tərbiyə ilə olmayıb bunlar. Hansısa cəmiyyətə necə öyrədəsən qadına şiddət, uşağa təcavüz etmə ?? faydası yoxdur. Olmur. Çünki davam edir hər şey. Yağış yağmaq təbiətin qanununudur. Onun qarşısını almaq mümkün deyil. Ağlamaq buludun canındadır. Islanmaq torpağın qismətində...

Torpaq buluda tabedir, torpaq buluda məhkum...
Biriləri var ki bütün bunları görür. Görmək heç, bunu qavrayır, o göynəltini ürəyində hiss edir, və hansı fomrmada olmasından aslı olmayaraq (roman, dizi, film, sənədli)mövzuya diqqət çəkir. Və insanlar məhz bu filmlərə, dizilərə baxarkən anlayırlar, xatırlayırlar vaxtikən göz yumduqları mənzərə gözlərindən içəri, beyninin içindəki o şüur gözü ilə xatırladır onlara.
Bu yaxınlarda “Şahsiyet” dizisini izlədim. Serial gözəl bir romanın mənalı cümlələri kimi hər biri aforizm olacaq repliklərlə dolu idi. Hər səhnəsi zəlzələ, hər cümləsi şillə effektli bir serial. Əlimdə olsaydı baxdıqca hər cümləsini yazıb saxlayardım...
Bir unutmaq heç vaxt bu qədər utanc verici olmamışdı, bir xatırlamaq bu qədər ağrılı...
Dizinin ümumi ideyası o qədər təsir etdi ki, mənə sujet, heyət, musiqi bu kimi şeylərə diqqət çəkməyi artıq hesab edirəm.

Lakin bir şeyə toxunmamaq olmazdı, serialda hadisələrin kökündə dayanan, cinayətə göz yuman, unudan, adı çəkilən o Kamburanın əslində Türkiyə coğrafiyasında var olamaması dəqiq düşünülüb, əksi olsaydı bütün bədəni saran qara yaranın bir orqanla məhdudlaşdırmaq, bir adla tanımlamaq  kimi olardı...

Hiç yorum yok:

Yorum Gönder