25 Mart 2019 Pazartesi

Paulo Coelho "Aldatmaq"



Paulo Coelhonun "Aldatmaq"əsəri ilk baxışdan natamam tesiri bağışladı mənə. Bizde belə bir roman yazılsaydi "məişət xırdalığında eşələnmək" adlanardı yəqin ki, amma dünya oxucu isə yazıçının bəşəri, psixoloji dəyişim ideyasına böyük həvəslə sahib çıxır. Coelho bu baximdan cox şanslı yazıçılardan hesab oluna bilər. "Kimyagər"i anlamaq olar, bəs yazıçının bir-birinə oxşayan digər kitabını bestelleredən səbəb nədir?


Lakin, kitab irəlilədikcə, əsərin qəhrəmanının atdığı addımlar, verdiyi qərarlar ustalıqla məntiqi-psixoloji faktlarla təqdim olunur. Hər nə qədər bu dəyişimin səbəbi yetəri qədər məntiqlə açıqlanmasa da. 
Qarşımızda demək olar ki, bütün dünya qadınlarının ifadəsi ola biləcək obraz var, normal ailəsi, övladları, işi, etibarı və s. 
Və bir gün bizim qəhrəman bütün bunların əslində xoşbəxtlik ifadəsi yox, əl-qolunu bağlayan zəncirin halqaları olduğunu hiss edir. Böyük ruhi müvazinətsizlik yaşayan qadın ən çılğın qərarları verir. Və bu qərarlar nəticəsində oxucuya onun keçirdiyi hisslər o qədər tanış gəlir ki. Onu günahlandırmaq ağlımızın ucundan bele keçmir.

Hiç yorum yok:

Yorum Gönder