Müharibə
janrında olan ədəbiyyatı sevmirəm. Ujas filmlərə baxmadığım kimi, müharibədən, əsirlikdən,
işkəncədən bəhs edən əsərləri də oxumaqdan qoruyuram özümü. Söhbət əlbəttə, aftobioqrafik
məzmunlu romanlardan gedir. A. Kaveliusun “Leyla” romanı bu qərarımı daha da dəqiqləşdirdi.
Ona görə də Anna Frankın “Gündəlik” romanını, əsərin mövzusu ilə tanış olandan
sonra, məşəqqətli günlərin təsvirinə başlanan məqamda kitabı oxumaqdan vaz
keçdim.
Ikinci
dünya müharibəsində fiziki əziyyətlə dolu, çətinliklər çəkmiş bir yeniyetmənin
həyatı ilə niyə tanış olmalıyam? Nə verəcək o mənə? Heç nə. “Leyla”dan sonra 1
həftə yemək yeyə bilmədiyimi xatırlayıram. Həyatına müharibə girmiş insanlar,
müharibə bitsə belə, o təsiri öz üzərindən ata bilmir. Leyla kimi.
Insanlar
Şahruk Xanın Hindistanla Pakistan arasında, yaxud son illər daha da irəli gedərək,
super dövlətlərlə islam ölkələri arasında sülh, qardaşlıq toxumlarından bəhs edən
filimlərə mütəəssir olaraq baxır, baxır, baxır amma...
Film
bitdikdən sonra, içindəki nifrətlə, şovinist, millətçi fikirlərlə davam edir.
Müharibədən
bəhs edən filmlərin heç birinə baxmıram. Təsadüfən rast gəldiyim kadrlarda da
üzünü kameraya tutub çığıran, şüar səsləndirən, ədəbi dildə söyüş söyən artist
heyətini görürəm. Müharibə şüar meydanı deyil. Filmlərdən göstərilən faciyəvi həyatı
yaşamaq istəməyən cəmiyyət gənc nəslini nifrətlə yox, sevgi ilə böyütməlidir. Bir
qərar verin yəni, ya Şahruk Xanın sülhpərvər filmləri, ya 12-14 yaşlı uşaqların
bayraq davası. “Təbii ki, bayraq!” deyənlərdənsinizsə o zaman o filmlərdə sərhədlərin
yıxılıb, iki düşmən xalqın insanlarının qucaqlaşmasına göz yaşları ilə
baxmayın. Bu səbəbdən, müharibədə günahsız tərəf olmur...
Dərdin
zamanı olmur. Kədərin təsviri olmur. Hissiyatın reklamı vacib deyil. Bir sutkalıq
dəyişən cover photoların səmimiyyətinə inanmıram.
Hiç yorum yok:
Yorum Gönder