18 Ocak 2019 Cuma

Çingiz Aytmatov "Cəmilə"


Cingiz Aytmatov keçmiş sovet dövlətlərində ən çox oxunan yazıçılardan biri idi. Yazıçıdan oxumaq istədiyim iki əsər var idi : “Əlvida Gülsarı” və “Cəmilə” sonuncunu bu günlərdə audio versiyada dinlədim. 
Əsəri dinləyərkən nədənsə ağlıma İ. Əfəndiyevin “Körpüsalanlar” romanı gəldi. Bu iki əsər arsında sadəcə mövzu etibari ilə bir xətt eynidir, evli qadın başqa birinə aşıq olur. Lakin Cəmilə Səriyyəyə nisbətən eqodan uzaq, fədakar, məkirsiz bir qadındır. Səriyyədə hiss etdiyim “toxluğundan darıxmaq” Cəmilədən çox uzaq idi. 

Povest yazıldığı dövrdə, bəhs olunduğu dövrdə heç də çox sıx rast gəlinməyən nüanslara toxunub, müharibənin gətirdiyi vəhşətin, insan dünyasından silib ata bilmədiyi sevgi, mərhəmətə diqqət çəkilib. Insanların ən çətin şəraitdə belə fədakar, zəhmətkeş duruşları oxucudan təqdir alır. Cəmilənin radikal addımı nədənsə məni hiddətləndirmədi. 
Məncə insanların, xüsusilə də qadınların boyuna biçilən “qadın” modeli reallıqla üst-üstə düşmyəndə bu şəkildə balans pozulur. Bu model isə şüuraltı amma məqsədyönlü şəkildə tərtib olunub.

Hiç yorum yok:

Yorum Gönder