Maksim Qorkinin "13 yaşındakı eşq" hekayəsi tam bir rus ədəbiyyatı nümunəsidir. Qorki yaradıcılığına xas aydınlıqla 13 yaşındakı yeniyetmənin hisslərini qələmə alaraq, eyni zamanda o dövrki rus cəmiyyətində ailə-məişət, əxlaq dəyərləri öz əksini tapıb. Yeniyetmənin durduğu, hadisələrə baxdığı yerlə digər insanların, həmçinin aşiq olduğu, özündən az qala 20 yaş böyük olan qadının baxış tərzi o qədər fərqlidir ki, oxucu qəhrəmanın keçirdiyi səmimi hisslərə həm gülür həm mütəəssir olur.
BİR SEVGİ ANCAQ 13 YAŞINDA İKƏN BELƏ GÖZƏL, SƏMİMİ, HƏSSAS OLA BİLƏR...
Yeniyetmə üçün yetkinlərin xoflandığı, düşünməyə belə qorxduqları radikal addimlar romantik safliqla mümkün görünür. Sevdiyi qadına "gəl burdan gedək, dağlarda, ormanlarda yaşayaq. Mən sənin qayğına qalaram!" Deyərkən o səmimi qəlbdən bunun mümkünlüyünə inanır, özünü bütün çətinliklərə sinə gələcək gücdə, hər maneəni aşacaq cəsarətdə hiss edir.
LAKİN HƏR KƏSİN 13 YAŞ VƏ O ƏRƏFƏLƏRDƏ YEDİYİ BİR "HƏYAT ŞİLLƏSİ" VAR...
Qəhrəmanımız da bu şillədən nəsibini alır. Bu şillə onun gözünü açır, həyata baxışını formalaşdırır, tapındığı "müqəddəs büt"parça-parça olur. 13 yaşında yaşadığı bu təcrübə onun gələcək sevgi münasibətlərində istiqamətləndirici rol oynayır.
Hiç yorum yok:
Yorum Gönder