10 Ocak 2019 Perşembe

M. De Servantes "Qanın qüvvəti"





Növbəti audio əsər Servantesin "Qanın qüvvəti" oldu. Əsəri dinləyərkən oxucu gözləntisi və təlabatının necə dəyişdiyi, başqa əsrin, fərqli mentalitetlərin necə nəzərə çarpdığını heyrətlə gördüm. O zaman əsilzadə hesab olunan bir dəliqanlının, aşağı təbəqədən olan gənc qızı qaçırıb təcavüz edib küçəyə tərk etməsi sujeti, əgər bu günümüzün bir yazarı tərəfindən işlənsəydi əsərin içində dramatizm "kəllə-çarx" ola bilərdi. Oxucunun ürəyini soyutmaq üçün, yazıçı, əsilzadəyə fantaziyalı cəzalar düşünərdi, çox güman ki, lakin Servantesin əsərində ideya, məntiq, hadisələrin gedişati, inkişafı o qədər fərqli, günün oxucusuna o qədər heyrətli gələ biləcək formadadır ki, mən əsrlər, illər keçdikcə insan övladının həyatı faciyəvi şəkildə ciddiyə aldığını, daha iddialı, daha bağışlanmaz, daha eqolu olduğunu gördüm. 

Bəlkə də yazıçı məsələyə sadəcə xristiyan fəlsəfəsiylə yanaşmış "sənə pislik edəni unut və taleyinə təslim ol tale sənə mükafatını verəcək" ideyasını ortaya qoymuşdur. Özünə təcavüz etniş insanın 7 il sonra onunla evlənməsini, onu bəyənməsini lütf kimi görən qız bunu taleyin üzünə gülməsi kimi dəyərləndirir. 
İndinin oxucusu bu nüansdan istədiyi qədər xırdalıq çıxara bilər.
Bütün bu qarmaşa insanın xoşbəxt olma ehtimalını çətinləşdirir, iddia yoxdursa insan başına gələnləri daha rahat şəkildə həzm edər, və həyıtın ona təqdim etdiyi şans qırıntıları ilə qane olardı. Hər halda bu əsəri dinlərkən mən bu qənaətə gəldim.

Hiç yorum yok:

Yorum Gönder