10 Ocak 2019 Perşembe

Hermann Hesse “Liliput”


H. Hessenin “Liliput” əsəri, qəribədir ki, XIX əsr rus ədəbiyyatı dəsti-xəttindədir. Xüsusən də, Turgenevin hansısa povestini oxuyurmuş kimi hiss etdim özümü.
KİÇİK İNSANLAR, BƏZƏN, ÇOX BÖYÜK QƏRARLAR VERƏ BİLİRLƏR...
“Ovod” romanında belə bir hissə var; Feliçe Rivares sirkdə işlədiyi günlərdən bəhs edərkən insanların fiziki qüsurl, başqaları tərəfindən adam yerinə qoyulmayan zavallılara münasibətinə belə üsyan edir: “siz onların görnüşünə baxırsız və ağlınıza da gəlmir ki, axı onların ürəyi də var!”

Bu cümlə Hessenin “Liliput” əsərinin bütün xülasəsini əvəz edə bilər. Amma bədənləri təpiklənən, hesiyyatları heçə sayılan bu sirk təlxəklərindən fərqli olaraq bu əsərin qəhrəmanı passiv aqressivlik nümayış etdirmir, gec də olsa elə bir addım atır ki, bütün həyatını həsr etdiyi sahibəsi- xanım “Cücəsinin” belə bir şeyə cəsarət edə biləcəyini ağlına belə gətirməmişdi. Ona güvəndiyi, etimad etdiyi üçün yox, onun belə potensiala sahib ola biləcəyini düşünmədiyi üçün. Onun nə vaxtsa tapdanmış qürurunu, əlindən alınmış yeganə həmdəminin qisasını alamağa cəsarət göstərəcəyinə ehtimal vermədiyi üçün. Amma necə deyərlər, kiçik insanlar bəzən çox böyük addımlar ata bilirlər. Onlar buna təkbaşına cəsarət etməzlər bəlkə də, lakin onları sadəcə sümük və ət parçasından ibarət kütlə görüb, ürəkləri olduğunu gözardı edən insanların rəftarları çox güclü təkan olur.

Əmin olun ki, sizə olunan pisliklərin toxumunu özünüz nə vaxtsa torpağa basdırmısınız...

Hiç yorum yok:

Yorum Gönder