Insanların heyvan sevgisi səmimi gəlmir mənə.
Heyvanı
qorumaq, ona yemək su vermək, onu sevmək hesab olunmur. Ona işkəncə verməmək
üçün də onu sevməyə ehtiyac yoxdur. Bütün canlılara, təbiətə münasibətin necədirsə
heyvana da elə olmalıdır. Ifrata varmaq lazım deyil. Amma vəziyyət elə hal alıb
ki, heyvan sevənlər insan sevməyi unudub. Heyvanı o qədər ön plana çəkiblər ki,
soruşsan son dəfə nə vaxt bu hissi insanlara qarşı keçirib bəlkə yadına gəlməz.
Mənə görə ən ali varlıq insandır. əvvəlcə onun mənafeyi,
onun sağlığı, onun təhlükəsizliyi. Daha sonra digər varlıqlar.
Heyvanlara qarşı belə münasibətin formalaşmağın,
ümümiyyətlə “heyvansevər” imicin hardan meydana gəlməsi, niyə bu qədər
aktuallaşması haqqında düşündüm və belə bir nəticəyə gəldim ki, insanlar
insanlıqdan əlini üzüb.
Insanlıq, bəşəriyyət elə bir vəziyyətdədir ki,
artıq onun xilasına ümid yoxdur. Ekologiyanın gəldiyi vəziyyət, insanların
ümidsizlik, depresiv vəziyyətdə olması, elementar həyat şərtləri üçün bütün
enerjinin çəkilməsi, tarıma çəkilən əsəblər, melonxolik “filosoflar”...
Bütün bunlar geden yol deyil, çatan mənzil
başıdır...
Insanların insanlıq üçün edə biləcəyi bir şey
yoxdur artıq. Insanlığın xilası üçün çox gecdir. Heç kimin gücü çatmır nəyinsə
qarşısını almağa. O qədər qeyri-real görünür ki bizə, məsələn, “pinqivin
salafanlar”ı ləğv etmək...
Heyvanlar üçün hələ hər şey bitməyib. Insan
daxilində olan “xilas etmək” motivi insanlıq üçün ortaya girməyə gücü
çatmayanda heyvanlar üçün özünü önə atır.
Uşaq baxçasına gedən balacaların yediyi
qeyri-sağlam qidalara əl qoymaq heç kimin ağlına gəlmir, nəinki aradan götürmək,
heç etiraz da edən yoxdur. Amma baxçanın həyətində zarıyan xəstə pişiyə hamı
toplanıb bir yer düzltmək istəyir... bu humanizm mənə səmimi gəlmir... insanlar
öz vicdanlarını rahatlatmaq üçün bunu edir. “Hələ də nəyisə dəyişməyə gücüm
çatır” fikrinə inanmaq üçün.
Yollarda qalan yüzlərlə ac-yalavac, evsiz-yurdsuz
insanlar var, onlara nəinki müdaxilə edilmir, onlar artıq görülmür.. onların
yolun qırağındakı uçmuş hasar parçasından fərqi yoxdur, həmin yerin görüntüsü o
qədər stabilləşib, kristallaşıb ki, işıqforun dirəyi nədirsə o “insancığazlar “
da odur... onlara kömək etməyə gücü çatmayan insanlar “Heyvan haqları” deyə
boğazını yırtır həvəslə...
Deyəcəklər ki, insan özü özünü xilas edə bilir,
heyvan yox.
Təbiət elə qurulub ki, insanların heyvanlara
müdaxiləsi olmadan da onlar qaydasında yaşaya bilərlər. Müdaxilə etməmək üçün
isə sevmək vacib deyil, heyvansevər yox, insansevər olsaydı insanlar nə insan həyatı
nə heyvan həyatı cızıqından çıxmazdı...
Yolda arvadını döyən kişiyə, uşağını döyən anaya,
işçisini alçaldan müdirə, həyatını başqaların həyatını müzakirə etməklə keçirən
xalaya heç kim müdaxilə etmir. Itin ayağı qırılıbsa o zaman hamı düşür ortaya,
çünki bu daha asandır...çünki buna hələ ki gücü çatır, hələ ki...
“heyvansevərlik” dəbinə o qədər qapılmısız ki,
insan sevməyi unutmusuz..
Where to buy titanium trim - Tithron Engineering
YanıtlaSilTitanium trim can help titanium mug improve the efficiency of burnt titanium the razor, reducing the amount of heat required titanium (iv) oxide to adjust citizen promaster titanium blade titanium white octane blueprint angle, ensuring smooth