12 Aralık 2018 Çarşamba

George Orwell "1984"

Və nəhayət George Orwelin “1984” romanının qarşısından ürəklə bir + yaza bildim. Roman  öz janrında, mövzusunda yazılan əsərlər içərisində ilk cərgədə  yer ala bilər, fikrimcə. Bəzən şişirtmələr, bəlağət təsiri bağışlasa da özümə sual verdim, məgər M. Müşfiq, Ə. Cavad, H. Cavid və b. Bu münasibətin qurbanı olub, talelərinə bir gecədə hökm verilməyib? Deməli tarix belə “silib-süpürülmələrin” həqiqi şahidi olub.
“1984” romanı yazıldığı gündən bu yana hər dövrün aktual ifadəsi ola biləcək potensialda əsərdir. Istənilən zamanda onu oxuyan oxucu “bizim günümüzü yazıb” deyə fikirləşəcək.
Insan ruhu bütün təmizləmələrə baxmayaraq, ən dərin qatında azadlığını saxlaya bilir, əgər ruda azadlıq varsa...

Nə qədər qatı rejim olur- olsun, manqurtlaşdırmağa nə qədər cəhd olsa da, insan yaddaşı bir mərhələdə bütün mexanizmlərdən, bütün qəzet, kitab, sənədlərdən güclüdür.
Roman sakit təhkiyə fonunda gərgin, qorxunc, “bu dəqiqə nəsə olacaq!” narahatlığını özü ilə sürükləyir. Hər nə qədər ümidsiz vəziyyət, ümidsiz sonluq olsa da, yenə də, bütün bunlar yazılırsa qavranılır, qavranıldığına görə də deməli heç də hər şeyin sonu deyil.
Dünya ədəbiyyatında totalitar rejimi bu şəkildə uğurla ifadə edən az sayda əsər var. Yazıçı totaltar rejimin ailə üzərində təsiri və tətbiqini elə əcaib iddialarla ifdə edir ki, oxucunun nəzərində qeyri – sağlam həyat, şəxsi hisslərin sıfırlandığı cəmiyyət, uşaqların belə valideyinlərini satdığı ailə yaranır.

Əsər hər nə qədər antiutopik janırda yazılan bir roman hesab olunsa da, reallıqla, hər bir zamandan bir parçanı ustalıqla özündə əks etdirmişdir. Bəlkə insanların mexanikiləşməsi fiziki baxımdan mümkün deyil, bəlkə hər evdə, otaqda, ofisdə bir teleekranın olması inandırıcı deyil, amma istər insanların həyatlarının mərkəzinə qoyduqları amillər, istər günümüzün hər addımını texnoloji vasitələr romandakı “antiutopiya” deyilən o reallıqla üst-üstə düşür.
Romanda bir dənə də olsun inqilab yaradacaq, ortaya real güc qoyacaq, necə deyərlər; ürəkdən tikan çıxaracaq obraz yoxdur. Baş qəhrəman Uinston Smit vaxtilə əlinə keçən dəlili yox edən passiv aqresiyalı, qorxaqın biridir. Illər keçdikcə içində olduğu, xidmət göstərdiyibu cəhənnəm rejiminə qarşı dözülməz nifrəti artır. Qəlbinin dərinliyində hardasa bir gizli təşkilatın mövcudluğuna inanır, o təşkilata qoşulmağı xəyal edir, bir gün təşkilatdakı qardaşlarla partiyanın sonunu gətirəcəyinə ümid edir. Uinston o qədər kor aşiqdir ki, öz aləmində xəyalı silahdaşlar uydurur, bu silahdaşlardan biri də O’Braundur. Uinston onun öz tərəfində, özü ilə bir əqidədə ola biləcəyini düşünür. O’Braun isə fikir polisinin ən yüksək rütbə sahiblərindən biridir... Uinston ona bel bağlayaraq elə bir səhvə yol verir ki...

Romanın digər diqqət çəkən obrazı Juliyadır. O da partiyaya nifrət edir, lakin Uinstondan fərqli olaraq mübarizə aparmağa meyilli deyil, çünki faydası ola biləcəyinə inanmır. Juliyanı işin tarixi, sosioloji, etimoloji, kitab- dəftər tərəfi maraqlandırmır. Bacardıqca bu çətin şəraitdə gizlidən də olsa özünə, həyatına rəng qatmağa çalışır. Onu başqalarının həyatı maraqlandırmır. Onu ümumiyyətlə heç nə maraqlandırmır...
Əsərin sonunda iki qəhrəmanın qarşılaşması, gəldikləri nəticə, formalaşdıqları əqidə yazıçının 40 il sonranı necə görməsi haqqında işarədir...

Hiç yorum yok:

Yorum Gönder