Orxan Pamukun “Masumiyet müzesi” əsəri haqqında
yazmağı neçə müddətdir təxirə salırdım. Il
bitmədən bu işi də “həll edək” getsin))
Düzünü deyim, yazıçının bu əsəri niyə yazmağını
bilmirəm. Bəlkə də sadəcə hadisəni qələmə almağa çalışıb. Çünki mən əsərdə gözəl
heç nə görmədim. Bəzi məqamlarda toxunaqı bir şeylər var idi, məsələn muzeydəki
əşyaların şəkili.
Yenə də mənə bir “takıntı” uğruna insanın öz həyatını necə sərf
etməsi qəribə gəlirdi. Qəhrəman təbii ki, onu qınayanların olacağını təxmin
etdiyi üçün “mən xoşbəxt yaşadım” deyir amma yazıçı nə düşünüb bunu yazarkən
doğurdan da mənə qaranlıq qaldı.
Roman hər nə qədər oxucusunu qüvvətli bir
sevgi hekayəsini ifadə etdiyinə inandırsa da şəxsən mənim gözləntimi
qarşılamadı. Əsərdə mənə qaranlıq qalan nüanslardan biri də Füsunun xarakteri
idi. Yazıçı demək olar ki, qadının daxilinə nüfuz etməyib, onun mənəvi
dünyasını oxucu üçün açıb ağartmayıb. Füsunun nə düşündüyü, həqiqətdə nə hisslər
keçirtdiyi mənə aydın olmadı. Onun əli dəyən, ona aid olan əşyalardan, hər bir
şeydən bir parça götürüb “depo” yığıan əsərin qəhrəmanının hisləri qarşılıqlı
idi ya yox, bilmədim.
Belə bir muzeyin həqiqətən var olması bu əsərin həssas
olan yeganə nüansıdır. Muzeyin ziyarətçiləri kifayət qədərdir.
Füsunun əşyaları,
onu xatırladan hər xırda detal böyük həssaslıqla toplanıb mühavizə olunur və
muzeyə gələnlər sadiq sevgilinin hər insanda rast gəlmədiyimiz sədaqəti ilə
heyrətlə tanış olur.
Digər tərəfdən əsərin bəhs edildiyi dövrdə şərqlə qərbin
arasında qalan türklərin həyatlarındakı qarmaşa, tərəddüd öz əksini ustalıqla
tapıb. Ailə, evlilik, qohumluq və digər münasibətlərdə hansı amilin daha vacib
olması haqqında geniş fikir mübadilələri aparılıb.
Hiç yorum yok:
Yorum Gönder