Tolstoyun
indiyə qədər oxuduğum əsərləri onu dünya ədəbiyyatına, tanıdan
və sevdirən əsərlər olub. “Anna Karenina”, Hərb və sülh”, “Kreyser sonatası” və
s.
Bu əsərlərdə
yazıçı mövzunu dünyəvi əhatədən götürmüş, hərtərəfli aspektdən xırdalamışdır.
Tolstoyun yaradıcılığının müəyyən düvründən sonra əsərlərində dini təsirin hökm
sürdüyünü oxumuş, eşitmişdim. Son günlərdə oxuduğum hekayəsi “Yoxsul kəndlinin
oğlu” bu cəhəti qabarıq şəkildə özündə əks etdirir.
Hekayədən
yalnız bu nəticəni çıxarmaq olar, fikrimcə, pislik edən insanı cəzalandırma,
yalanının üstünü açma, xəyanətə uğrayan insanı xəbərdar etmə, oğrunu ifşa etmə
və s...
Çünki onda
vəziyyət daha da pisləşir. Oğrular çoxalar, xəyanət artar, bir sözlə, pislik
varsa, və sən onu gördünsəgözünü yum və müdaxilə etmə. Əks təqdirdə pislik
artar, çoxalar.
Bu hər nə
qədər gülünc fikir kimi görünsə də, yazıçı müxtəlif misallar gətirərək
arqumentini əsaslandırmağa çalışır.
Hekayənin
digər ideyası yuxarıdakına nisbətən daha məntiqlidir:
“Günahı
necə təmizləyim?
Rast gəldiyin
pislik qədər yaxşılıq edərək. “
Amma
Tolstoy pislik etməklə, pis niyətli olmağı qarışıdırb sanki. Həm bu hekayəyə
inansaq, rus kəndlisi bir öküzü əkin sahəsindən çıxara bilməyəcək qədər
bacarıqsız, rus qadını masanın üstünü təmizləmək istəyirsə, təmiz bir əskidən
istifadə etməli olduğunu bilməyəcək qədər cahil, rus işçisi həsir toxumaq istəyirsə
onu harasa söykəməli olduğunu bilməyəcək qədər ağılsızdırlar.
Amma bunun
pisliklə bir əlaqəsi yoxdur. Tolstoya görə pisliyə müdaxilə etmək, onu ifşa etmək
pisliyin artması ilə nəticələnəcək.
Düzünü düsəm,
məncə, hətta Tolstoy özü belə bu əsərdə nə demək istədiyinin dəqiq bilmir.
O,
insanlara kortəbii şəkildə yaxşılıq etməyə, pisliklərə müdaxilə etməməyə
çağırır. Buna qarşı edə biləcəkləri yeganə şey, hər pislik gördüklərində bir
yaxşılıq etməli olduqlarıdır.
Hiç yorum yok:
Yorum Gönder