5 Kasım 2018 Pazartesi

Virciniya Volf. “Təzə libas”




Bu hekayə digər yazıçıların əsərlərində rast gəlmədiyimiz bir mövzuya həsr olunub. Bütün qadınlara məlum, bütün bəşəriyyətə naməlum olan – necə görünürəm? – sualı. Başqaların nəzəri ilə özünə qiymət verməyin aparıb çıxartığı yer...
Bu sual aysberqin görünən tərəfidir.

Qadınlar bilir, bu, bəsit görünən narahatlığın altında yatan hər kəs tərəfində təqdir olunmaq istəyi, qarşı tərəfin bir kəlməsi ilə göyün 7-ci qatına qalxıb, yenə də bir kəlmə ilə o 7-ci qatdan yerə çırpılmaq, natamamlıq, yetərsizlik hissinə bürünmək kimi, dərin psixoloji müvazinətsizlik yatır.
“Moda demək kəsim demək idi, zövq demək idi, ən azından 30 ingilis lirası demək idi.  
Vircinia ilə Kafka yaradıcılığı arasında bir uyğunluq görürəm. Sanki Volf Kafkanın qadın formasıdır. Ikisinin də həşəratlara qarşı “xüsusi “ marağı var J
Fikirlərini daha rahat və daha dəhşətli formada ifadə etmək üçün Volf da bu hekayəsində həşəratların simvolik mövcudluğundan istifadə edib.

Əsərin qəhrəmanı, hər nə qədər özünə inamsız, kompleksli olsa da cahil bir qadın deyil. Əksinə, kitabxana yoluna tez- tez üz tutan, bütün məşhur yazıçıları mütaliə edən, oxumağı sevən, oxuyarkən yaratdığı buludlar üzərində dünyası, zövqsüz olduğunu düşündüyü paltarını geyinib ziyafətə gələrkən insanların baxışları ilə qarşılaşanda əzildiyi bu dünya ilə heç də uyğun gəlmir.
“İnsan həmişə belə əcaib şeylər fikirləşir, amma fikirləşdiyini yüksək səslə demirsə qəti qorxusu yoxdur...”
Bu qadınlar hamı kimi idi.
Hamı kimi bəsit, sıradan bir həyat yaşayır, heç bir dəyişiklik olmadan, bacısı kimi, anası kimi, xalası kimi ömür keçirdir...
Bu dəhşət idi...

Bunun fərqində olmaq daha dəhşət idi.
Bunun fərqində olub heç bir şeyi dəyişə bilməmək daha – daha dəhşət idi...
 “Damarlarında qan əvəzinə su dolaşan zavallı insanlar idi...”
Fincanın dibində fırlanıb duran bir milçək kimi. Bəzən bu milçək fincanın divarlarına dırmaşır, oradan çıxmağa cəhd edir. 
Amma 40 yaşına çatanda bu o qədər də çox olmurdu...

Bir qadın xəyal qurmaqdan vaz keçirsə, bu utanılası bir şeydir...

Hiç yorum yok:

Yorum Gönder