45 dəqiqəlik audio yazılı
hekayə demək olar. Müəllifin digər əsərləri kimi axıcı, getdikcə artan maraq və
həyəcan fonunda intellektual partlama xüsusiyyətli bir əsərdir. Detektiv
əsərləri oxuyarkən oxucu beynini, diqqətini digər zamanlara nisbətən daha da
gərginliklə cəmləyir, ilk səhifələrdəcə “Kim eləyib?” sualını müəllifdən əvvəl tapmağa çalışır. Nəticədə bədii
əsərin gözəlliyi keçir ikinci plana. (zatən detektiv əsrdə buna rast gəlinmir)
Hər zaman düşünmüşəm ki,
oxucuların detekdiv ədəbiyyata həvəsinin çox olmağının səbəbi özlərini daha
ağıllı hiss etmələrinə təkan verən materialın əllərinin altında olmasıdır.
Beynin alt təbəqəsindəki zəka deposu sirkələnir, oxucunun diqqəti “tətikdə”
qalır.
Bəzi detektiv əsərin
sonu, başlayarkən yaratdığı həyəcanı
təmin etmir. Heç göləmədiyimiz halda, elə ilk həmlədən cinayət ortaya çıxır.
Uzun-uzadı qaç-qova ehtiyac qalmır. A. K. Doylun bu əsərində də eyni formada
oldu.
Digər detektiv ədəbiyyat
nümunələri kimi bu əsərdə də güclü söz portretindən istifadə olunub. Surətlərin
şəxsiyyətlərinin tamamlamaq üçün, yazıçı, çox uğurla onların bədii təsvirini
vermiş, bunu əsərdə tutduqları mövqedən dolayı onlara biçdiyi xarakteri
aydınlatmaq məqsədi ilə etmişdir.
Bu əsərdə müasir “polisiyə”
deyilən ədəbiyyatda rast gəldiyimiz yerli – yersiz adam öldürmə, sırf sujeti
daha qorxunc, maraqlı, kəskin etmək üçün saysız-hesabsız meytləri ortaya
çıxarmaq kimi xüsusiyyətlərə rast gəlmədim.
Detektiv əsər yazmaq üçün
hökmən kimisə öldürmək lazım deyil, insan zəkasını hərəkətə keçirəcək hər
hadisə detektiv əsər mövzusu ola bilər.
Hiç yorum yok:
Yorum Gönder