10 Ekim 2018 Çarşamba

Paula Hawkins "Qaranlıq sular"


Paula Hawkinsin "Qatardakı qız" romanı ən tez oxuduğum romanlardan biri idi. 6 saat ərzində roman bitmişdi. " Qaranlıq sular" isə tam əksinə, gec bitənlər siyahısına düşdü. Ən son Umberto Econun " Qızılgülün adı" əsəri fasilələrle bir aya bitmişdi.
Əsərin çətinliyi eyni hadisənin, eyni səhnənin müxtəlif personajların dilindən səslənməsidir.
Ilk 100 səhifə çox cansıxıcı, qarmaqarışıq, söz yığını təsiri bağışlayaraq 2 aya oxundu. Digər 300 səhifə isə 2 gün vaxtımı aldı. Bu zaman artıq adrenalin öz təsirini göstərirdi.
Bu qədər bəsit bir roman üçün qeyd cədvəli tutacağım ağlıma gəlməmişdi.
Səbəbin biri əsəri fasilələrlə oxumaığım,( təbii olaraq surətlərin adı yadımdan çıxırdı) digəri isə adların bir-birinə bənzəməsi idi. Bir neçə ailə, bir-biri ilə əlaqəli, ata-ana və onların bir, ya iki övladı. Hər kəsin də adı nədənsə iki ya üç hecalı. Sonra da kim kimin bacısı, anası, xalası idi deyə baş sındırırdım...bir də surətlərin yaş ve görünüş məsələsində çətinlik çəkdim. Müellif bu tərəfdən çox uöursuz idi. Halbuki "Qatardaki qiz" da bu nüans cox ustalıqla aparılmısdı. 

Əsərin mövzusu "günahkar, əzabkeş qadınların öz həyatlarına son verdikləri ölüm gölü haqqında, orada inthar etmiş,(ən azından elə bilinən) qadınların həyatına işıq salıb, yaşadıqlarını addım-addım qaranlıq sudan işığa çəkməkdən bəhs olunur. Ailədaxili münasibətlərdə , valideyin- övlad münasibətlərində bir-birini, övladını tanıdığını iddia edən, düşünən insanların Əslində nə qədər yanıldığı, bir evin içində doğma insanların hərəsinin öz gizli dünyası olduğu ortaya çıxır. Əsər Nelin cinayət işi ilə başlasa da, 200 il əvvələ qədər gedib tarixdə bu göldə həyatına son verilmiş digər qadınların da səbəbləri araşdırılır. 

Bacısı ilə arasında dərin uçurum olan Julies onun intihar xəbərindən sonra bacısı qızı Lenanı tək buraxmamaq üçün məcbur illər əvvəl tərk etdiyi evə qayıdır. Bu zaman nəinki digər gənc qız Katenin intihar səbəbi aydınlaışır, eyni zamanda Nel ve Julia arasında dilə tökülməyən düşmənliyin, incikliyin əslində bir yanlış anlamadan ibarət olduğu məlum olur. Julies bacısına haqsızlıq edirmiş bu illər ərzində. Amma artıq çox gecdir, Nel yoxdur.
Julianin tək təsəllisi Nelin qızına analıq etməsidir.
Bəs Nel- enerji dolu,macərapərəst bu qadın, bütün həyatını araşdırmasına həsr etdiyi bu göldə intiharmı edib yoxsa cinayətəmi qurban gedib? Maraqlansaz kitabı oxuyun
Əsərdən bəzi parçaları təqdim edirəm:

Valideyinlərin öz uşaqlarını tanımaqlarına, uşaqlarını anladıqlarına inanmaqlarının nə qəribə olduğunu düşündüm... On səkkiz, ya da on beş, ya da on iki yaşında
olmaq necə bir şeydir, xatırlamırlarmı? Bəlkə də uşaqları olandan sonra uşaq olmağı unudurlar.
İnsan, kimse görmezse acısının azalacağını, daha az aşağılanacağı­nı düşünür.
Lena’nın sesi buz kesti. “Seni anlamıyorum. Her zaman
kadını suçlamayı tercih eden senin gibi kadınları anlamıyorum. İki insan bir yanlış yapıyorsa ve bunlardan biri kadınsa, yanlış hemen kadına yüklenir, değil mi?”
“Hayır, Lena, öyle değil-”
“Evet, öyle. Birinin bir ilişkisi varsa, adamın karısı neden hemen ikinci kadından nefret eder? Neden kocasından nefret etmez? Onu daima seveceğine, daima onunla olacağına
söz verip ona ihanet eden, kocası. Neden lanet bir uçurumdan atılan kocalar olmuyor?”

Hiç yorum yok:

Yorum Gönder