16 Ağustos 2018 Perşembe

Şeytanı gördüm-I Saw the Devil 2010 film (Türkcə Dublajlı)



Hər vaxtınız xeyir
Yay fəsli uzun günü ilə avantajlı olsa da, dəniz, gəzinti, istirahət deyərkən kitab oxmaga çox vaxt qalmır. Mən də təskinliyi filmlərə baxmaqda görürəm. ☺ 
Hərçənd, gözəl ideyalı, peşəkar heyətli film elə kitab qədər zövqverici və faydalıdır. Bu günlərdə baxdığım filmlərin içində 8 il əvvəl çəkilən də var, ən son "Oskar" mükafatlısı da. 
İlk növbədə " I saw the Devil" haqqında. 
Film barədə çox tərif eşitmişdim ona görə də baxacaqlarım siyahısında başda yer almışdı. Koreya istehsali, hər nə qədər qorxulu sujeti, gərgin səhnələri olsa da , Asiya həzinliyi, sentementalizmi bu filmdən də yan keçməyib. Koreya kinomatoqrafiyasına xas romantik toxunuşlar az da olsa filmdə öz yerini tapıb.
Filmdə üstüörtülü bir mesaj hiss etdim, bəzən hansısa qatil, manyak cəzalananda cəmiyyətdə müxtəlif fikirlər yaranır və bəziləri onları cəmiyyətə qazandırmağın tərəfdarı olurlar. Bu filmdə dəfələrlə cəzadan qurtarmağına baxmayaraq "pis adam" öz əməllərindən bir an olsun vaz keçmir. Bu da həmin şansın yersiz olduğuna işarədir. Qəhrəmanımızın onu birdəfəlik yox, addım-addım cəzalandırması məncə hər tamaşıçının ürəyinə yağ kimi yayıllr.
 Bəzi səhnələrdə şişirtmə, inandırıcılığın azlığı da var. Məsələn filmin "pis adam"ı istədiyi vaxt istədiyi yerdə istədiyi həngaməni çıxarır və ortada nədənsə həmişə heç kim olmur. Bizim romantik, nişanlısının intiqamını alan "yaxşı adam"ımız isə ondan bir müddət sonra həmin məkana gələndə də zərərçəkən hələ də tək və köməksizdir ortalıqda yenə heç kim yoxdur...
Digər tərəfdən bədheybətlə savaşarkən bədheybətə çevrilməyin addım-addım prossesi bütün ağrılığı ilə filmdə öz əksini tapıb. Filmin ən təsirli səhnələrindən biri, fikrimcə, ən son, hər şey bitdikdən sonra qəhrəmanımızın sübh vaxtı küçədə addımlayərkən ruh halının təsviridir. Yalnız həmin an nişanlısını, doğulmamış uşağını itirən polis kədəri ilə baş-başa qalır. Artıq alacaq bir intiqamı da yoxdur


             

Hiç yorum yok:

Yorum Gönder