16 Ağustos 2018 Perşembe

Cek London

Azərbaycan oxucularının əcnəbi yazarlar içində sevdiyi müəlliflərdən ilk sırada olanlardan biri heç şübhəsiz Cek Londondur. 
C. Londonu digər məsləkdaşlarından fərqləndirən bir neçə cəhət var. İlk növbədə yazıçının hələ uşaq yaşlarından həyatın ən çətin üzünü görməsi, istər fiziki, istətsə də mənəvi-psixoloji çətinliklərlə böyüməsi, yaşının hər mərhələsində daxili məni ilə tək qalması yazdığı bütün əsərlərə təsir göstərmiş. Oxuculara heyran edən yazıçının qələmindən çıxan hər cümlənin həyatla, reallıqla uyğunlaşması, ağrının, sevincin, hətta soyuğun belə kitab səhifələrindən hiss olunması, yaşatması idi. Qızıl arzusu ilə yollara düşüb hər cür insan, tale, hadisə ilə tanış olan yazıçı nəticədə gələcəkdə oxucularına təqdim edəcəyi bol ədəbi məhsullarla geri qayıtmışdı. Alyaska səfəri Cek Londonun bütün yaradıcılığını təsirləndirmiş, istiqamət vermişdir.

Gördükləri nəinki onu yaxşı yazıçı etmiş, eyni zamanda başqalarının çətin həyatına, məşəqqətli aslılığına həssaslıqla yanaşan bir insana çevirmişdir. Varlanandan sonra torpaq almış, işçi qüvvəsi yığaraq plantasiya salmış, insanlara faydalı olmağa çalışmışdır. Amma eyni Martin kimi o da ruhunu sakitləşdirə bilməmişdir.
Yazıçının "Martin İden","Dəmir daban" romanları, "Əcdadların harayı"," Ağ diş","Mekiskalı","Ağır əlcəklər" povestləri, "Həyat eşqi" "Tonqal"," Təzə qan"," Yol ayrıcında" və s hekayələri bütün dövrlərin ən təsirli əsərlərindən hesab oluna bilər. 

Hiç yorum yok:

Yorum Gönder