16 Ağustos 2018 Perşembe

Antuan de Sent Ekzüperi."Balaca şahzadə"

"Gözlər kordur, ürəklə görmək lazımdır...."
Antuan de Sent Ekzüperi.
"Balaca şəhzadə" deyərkən yadıma orta məktəbdə oxuduğum ilk bədii mətnlətdən bəlkə də, birincisi olan o məşhur fil-şlyapa məsələsi düşür. Xatırlıyıram ki, şəkli də var idi. Çöldən sadəcə bir şlyapa, daxildən isə fil udmuş əfi..

Əsəri tam oxumaq bu günlərə qismət imiş . Audio versiyada dinlədim və məndə belə bir fikir yarandı ki,bu əsəri ən yaxşısı elə audio dinləməkdir. Bəlkə də oxuyarkən o həzinliyi tam qavraya bilmərik deyə. Audio versiyada isə fonda geden musiqi əsəri, onun məzmun və ideyasını, yumşaqlığını, sevgi və sədaqətini tamamlayır.
Bu əsərdə adi, kiçik hadisələrdən qlobal problerdən bəhs olumurmuş söhbət açılır. Bəlkə də elə məsələ də bundadır: bizim kiçik hadisələr dediyimiz əslində dünyanı döndürən qüvvələr. Həyatın mərkəzində, hadisələrin gedişinə səbəb, təkan olan məhvumlar; sədaqət, şöhrətpərəstlik, idarəçilik həristliyi, mənəmlik arzusu, bağlanmaq, əhilləşmək, mübarizə aparmaq, sevmək, ayrılmaq, xatirələr, kədər, ümid və s ....
Bütün bunları uşaq dili ilə, dərin fəlsəfə və zərifliklə təsvir edib yazıçı. 

Şəhzadə 6 planet gəzir. Hər planetdə bir insanla tanış olur. O insanların və peşələrin simasında bəşəriyyətdə mövcud olan mənfi cəhətləri özünəməxsus eyhamla tənqid edir. "Balaca şəhzadə" sadəcə oxuyub bitirməli olduğunuz kitab deyil, ara-sıra vərəqləyib zövq aldığınız bir estetik yazı missiyası daşıyır...

Hiç yorum yok:

Yorum Gönder