16 Ağustos 2018 Perşembe

"Mənim dalğa ilə keçən ömrüm"


Meksikali diplomat-şair , Nobel mükafatlı Oktavio Pas.
Pas gözəl, ruhu oxşayan şeirləri ilə dünya poetik cərgəsində öz yerini almışdır.
Bu günlərdə Oktavio Pasin “Dalğa ilə keçən ömrüm” hekayəsini dinlədim. Əsər bitdikdən sonra ilk qənaətim bu oldu: yazıçı sadəcə necə gözəl yazdığını göstərmək istəyib. Daha sonra isə hekayəni təkrar dinlədim və düşünürəm ki, yazıçı bu dəfə məqsədinə çatmışdı.
Hekyənin sujeti bir qədər qeyri-adi və fərqli hesab oluna bilər: bir kişi okeanın sahilində gəzişib evə qayıtmaq istəyəndə dalğalardan biri ona qoşulur və onun evinə gedir. Beləliklə onların birgə həyatı başlayır. Əlbəttə, bu asan iş deyil.
Adam və dalğanın ehtiraslı, ürəkaçan sevgisi fonunda qadın və kişi münasibətlərinin dərinliyindəki ən incə məqamları belə xırdalayan yazıçı, qadın psixologiyasını, tələbkarlığını, hər zaman qane olmamasını, daha artığını, daha çoxunu istəməsini özünəməxsus formada ifadə etmişdir.

Dalğa əvvəlcə təklikdən, yalnızlıqdan şikayətlənir. Adam ona həmdəm ola biləcək balıqlar gətirir, onu rahatlada biləcək ortam düzəldir. Amma dalğanın tələbləri bitmir, istəkləri hüdudsuzdur. Üstəlik balıqlarla səmimi dostluğu adamı qısqandırır, dalğa qəsdən ona əziyət verir.  Dalğanın yatmayan təlatümü adamı yorur, onda dalğaya qarşı olan heyranlığı nifrət və qorxu ilə əvəzlənir. Adam evini tərk edir, qayıdanda isə tək qalmış dalğanın buza döndüyünü görür. Bundan sonra o yalnız restoranlarda içkiləri soyudacaq buz parçası olmaq işinə yaraya bilər…

Pas qadın təbiətindəki ehtiras, təlatüm, tələbkarlıq, emosiyanallığı dalğanın üzərinə uğurla köçürmüşdür. Bu dalğa sevən, çırpınan qadını təmsil edir. Münasibətlərdə bir tərəfin digər tərəfi həbs etmək, sorğuya çəkmək, məhdudlaşdırmaq cəhdlərinə toxunub. Azadlıq və tutqu arasındakı o incə xətti göstərib.
Iki insanın arasında olan bağları həssas, sevgi, erotic, incə tərəflərdən təhlil edən Pas, bu münasibətlərdə kişilərin hər zaman bir az daha istəksiz olduğunu işarə edir. Adam dalğaya tabe olur, onunla münasibətə ilk növbətə özü can atmır, ondakı emosiyanallığdan qorxur, boğulmaqdan ehtiyyat edir.  Ayrılanda da o qədər də tərəddüd etmir.
Bu bəlkə də bütün bəşəriyyətin sevgi və münasibət yanaşması, amili deyil lakin məhz Pas belə görür, belə düşünür. Onun yaratdığı bu iki sevgili arasında erotica var, lakin romantika yoxdur. Tərəflərdən biri digərinin arzusunu həyata keçirmək üçün bəzi fədakarlıqlar edir amma bir yerə qədər…

Iki insanın çəmiyyət çərçivəsinə sığmayan münasibətində məhz bu amilin də hansı çətinliklər yaratdığına işarə vurur.
Oktavio Pasın bu hekayəsi ideyasını dolayı və metaforla çatdırmaq baxımından çox uğurludur.

Hiç yorum yok:

Yorum Gönder