2 Haziran 2018 Cumartesi

Musiqi ilə keçən səssizlik



Qışda bahardan danışmaq təkcə bir səsə yaraşar.İnsan sevgidən danışarkən əlbəttə ki,söz çox olacaq.Eşqin sabahına səsləyən,ömürdən keçən bir gözəl bahar.Fəsillər qədər qayda-qanunla işləmir ömür baharı.Onlar qaydasız və nizamsızdır.Bir getdimi bir də qayıtmaz...
Dönüşü olmayan,sonu uçurumlu yoldan danışır mənə.Min ilin yazılmamış düzənindən söz açır,saf sevgi axtara-axtara sonda tək qalmaq düzənindən söz açır mənə bu...Ha bir qanuna da işarə vurur:Aldatma,aldanarsan...
Aşiqlərin yuxusu-butasından danışır indi də.Sən yuxularıma gəlirsən,reallıqda yola getmədiyimiz məsələləri yuxuda elə gözəl yoluna qoyuruq ki,...Başlanğıc butadan olmayıb, amma davamı buta ilə gəlir.Buta da olmasa reallığın soyuqluğu,sərtliyi üşüdər bizi,məni.Ona görə də nə yaxşı ki,varmış bu buta.Butanın sehri uzun çəkmir amma bax elə indicə bitdi,2 dəqiqə 25 saniyə çəkdi sadəcə.
Indikinin nə demək istədiyini başa düşmürəm,onun dili olmur əlbəttə ki,amma yenə də başa düşmədim.İspanca dördə qədər sayandan sonra yaranan əcaiblik mənə nə verəcək?Heç nə,keçək bunu.Olsa-olsa şəhər toylarının ucuz,naşı diskotekasına yarayar bu.
Ala gözlər bir başqa aləmdir doğurdan da.Hələ üstəlik bu gözlərin sahibi səndən üz döndərmək fikrində olsa,sən də birnəfəsə yalvaracaqsan.Ona həsirətinlə hər zaman gözünün yollarda qalmasından danışacaqsan amma xeyri yoxdur.Gözlərini bir yana qoyub kirpiklərindən,qaşlarından danışacaqsan,tərifləyəcəksən,bənzədəcəksən-oxa,kamana bənzədəcəksən amma yenə də üz döndərəcək o alagöz...
Bu isə ayrılıqdan danışır mənə.Ayrılıq haqqında belə söhbətləri çox eşitmişik amma bu bir az fərqlidir.Görüşmədən,qovuşmadan olan ayrılıqdan danışır,bir–birimizi tanımadan yaranan ayrılıq.Ayrılıqdan sonra yarananlardan xəbərdarmıış kimi ayrılığın dadın edir.Ürəyinin mənlə döydüyünü,gözlərinin tək məni gördüyünü deyir.Bütün bunları ayrılıqdan sonra deyir.Adi həyatda görüşmədən yaranan ayrılığdan sonra ayrılmalı olmadığını başa düşən minlərlə insandan biri kimi ayrıldıq deyir...
Bunun mənə danışdıqlarını isə çoxdandır eşitmirdim.Əslində eşidirdim amma fikir vermirdim.Sonra hər kəlməsinə diqqət etdim,ötən sevgi tək unudulmuşların şikayətidir bu.Hər bir itən gündə izləməsindən söz salır və inandla,inacla səninəm deyir.İllərin əvəzindən danışır.İllər ötüb keçsə də mənim olduğunu deyir.Payızda ayrı düşən bir yarpaq kimi kimsəsizliyın ətri gəlir bundan.Payızda yarpaqların hamısını bir aqibət gözləyir əslində amma ən sona qalanı ən bəxtsizidir məncə...
Hər sən gələndə ağlıma içimdə nəsə ağrıyır.Nə eləmisən mənə?Bu səssizlik nədir?Yerinə sevə bilmərəm kimisə,razıyam tək-tənha tükənsin illərim amma yerinə sevə bilmərəm.Səndən uzaqda nəsə çatmır,nə bir təsəlli,nə də bir az ümid yoxdur.Axı nə etdin sən,nədir bu səssizlik?Sınamışam amma yenə də olmur...Başqa dilin hisslərini tərcümə etmək necə olurmuş?
Birbaşa mətləbə keçir,Səni çox özləmişəm deyir indi də.Bəlkə də dünyanın ən gözəl müraciətini edir;Gecə gözlüm mənim-Deyir.Payızın küləyi kimi,dənizləri keç gəl yenə də gedərsən razıyam.Olsaydım,mən əgər yağış olsaydım göz yaşlarına dönərdim.Olsaydım,əgər mən külək olsaydım ürəyində dolub orda sakitləşərdim,sabitləşərdim,əgər sevirsənsə dənizləri öt,keç yenə də qayıdarsan razıyam...
Bu isə...Dəniz gözlərim olmadığı üçün bu sözlərin mənə dəxlisi yoxdur,üstəlik ala gözlərin dəniz gözlər üçün seçidiyini biləndən sonra heç dəxlisi yoxdur amma necə olsa da bu da yüzlərlə hiss sahibinin dilindən danışır,həmişə başımın üstündə qal,getmə,yanımda qal “Əlvida”demə mənə fəryadı...yox olan zamana ağlayaram bir də.Yana-yana ağlayaram,səni başımın üstündə daşıyaram bir ömür,sənə qurban olaram amma əlvida demə mənə...Sən bunu kimsə üçün deyirsən və o “kimsənin”də kimsə üçünsə dediyini bilirsən...
Yalandan da olsa nə gözəl güldün o axşam mənə...
Nağılları kim sevmir ki?Hələ “biri var idi,biri yox idi”kəlməsi ilə başlayanda hansısa sehirli aləmə aparacağından xəbər verir...Bir rəssamın olmasından,oz sevgisinə görə dünyasını milyon qızıl gülə dəyişdiyindən danışır bu nağılda...Bir anlıq həqiqi xoşbəxtlik üçün ömürlük bədbəxtliyə dəyərmi?Bir qəlbi bir anlıq fəth etmək üçün özünü səfalətə atmağa dəyərmi?Bu ani xoşbəxliyi bizdən alan gecələr,qatarlar,gəmilər,zaman daha nələr nələr...Onlar çox qəddardırlar.Hər halda milyon qızıl gül haqqında nağılda bundan danışılır...Bəziləri xoşbəxtliyə ömür boyu pəncərədən baxır.Onu lap yaxından müşahidə edə bilir amma ətrini heç vaxt duya bilmir...


Səni ilk dəfə görəndə,o gülüş...Sən mənə kimi sevdiyimi,kiminlə olmaq istədiyimi xatırlatdın,heykəl kimi dayandım,səssiz,sözsüz...Səninlə ayrılmamış yenə də görüşmək istəyirəm nə qəribədir.Sənin saçlarının ətri olmadan nəfəs ala bilmərəm ki mən,ömürlük nəfəsim ol...İlk öpüş,dodaqlarında adım...Sadəcə bir kəlmə, amma ilk dəfə idi ki,adımla belə fəxr edirdim,ilk dəfə idi ki,qulağıma belə xoş gəlirdi adım...Səni itirməkdən qorxurdum-bu necə də gözəl hisdir.Göylərə,taleyə minnətdaram mən.Sənə həsr etdiyim üçün bunu minnətdaram onlara...
Yaxşı üzənlər bilirlər necə təhlükəlidir okeanda aysberq.Mənsə bütün dünyanı unuduram səninlə,sevginə okean kimi baş vururam,sənsə elə soyuqsan...Okeandakı aysberq kimi,Bütün sirlərin qara sulara qərq olub.Kimsən sən,şirin qar nağılı ya öldürücü buz?Xoşbəxtlik ya bədbəxtlik?Sevinc ya kədər?Anlamağa çalışıram kimsən sən-aysberq ya insan?Ya taleyim ol ya da çəkil yolumdan!

Hiç yorum yok:

Yorum Gönder