2 Haziran 2018 Cumartesi

E.M.Remark. "Zəfər tağı"



Görkəmli Alman yazıçısı (bəzi mənbələrdə Avstriyalı olduğu qeyd olunur)Erix Mariya Remarkın 1946-cı ildə qələmə aldığı “Zəfər tağı” romanı dünya ədəbiyyatında özünəməxsus yer tutur. Əsərin baş qəhrəmanı cərrah Ravikin timsalında Faşist təqibçilərindən xilas olmaq üçün Fransaya pənah gətirmiş insanların acanacaqlı taleyindən bəhs olunur.

Ravik I dünya müharibəsində iştirak etmiş, Parisdə davam etdiyi həyatında qızıl əlləri ilə xəstələrinin rəğbətini qazanmış, az da olsa sadiq dostları olan,eyni zamanda daxilən hər zaman tənha bir insandır. Başqa sözlə, Ravik həm daxili, həm də xarici mühacirətdə yaşayır. O,Parisdə qeyri-qanuni yaşayır,gizli olaraq cərrahlıq edir, həbs oluncağı ilə bağlı daim narahatçılıq keçirir. Buna baxmayaraq hər şeyə laqeyd və biganə yanaşır. Əslində belə olduğunu fikirləşir və oxucuda ilk təəssürat məhz belə yaranır. Zaman keçdikcə sevgilisi Joan Madu ilə münasibətdə göstərdiyi humanizm diqqət çəksə də, qatı düşməni Haakeni öldürərkən soyuqqanlılığı və nifrəti ilə oxucunu heyrətləndirir.

Ravik saysız-hesabsız pisliklərlə, haqsızlıqlarla qarşılaşmış, amma nə insanlığını, nə ləyaqətini itirməmiş, ən çətin şəraitdə belə məhəbbət kimi zərif hissi qoruyub saxlaya bilmişdi. Sevgilisinin ona xəyanət etdiyini bildikdən sonra da bu hissi azalmır.
 Dünya ədəbiyyatında ikinci elə bir yazıçı yoxdur ki, hər tərəfə səpələnmiş mühacirlərin çətin həyatını belə inandırıcı və real boyalarla təsvir edə bilsin. Bunun səbəbi də Remarkın Ravik kimi mühacir həyatını yaşaması olmuşdur. Yazıçı yaşadıqlarını yazmış,yazdıqlarını yaşamışdır.
Roman həvəskarlarına bu kitabı oxumağı tövsiyyə edirəm, ən azından filminə baxmağa dəyər. 

Hiç yorum yok:

Yorum Gönder