Xalid
Hüseynin iki romanının sevərək oxumuşdum . Üçüncü roman isə o qədər də xoşuma gəlməmişdi.
Bu gün romana təkrar nəzər saldım. Bir qədər haqsızlıq etdiyimi anladım. Bəlkə
də vaxtilə bəyənmədiyim bütün əsərlərə ikinci şansı versəm fərqli təəssüratım
yaranar. “Və dağlardan səda gəldi”
yazıçının digər iki əsərindən fərqlənir. Əslində ilk 100 səhifədəki mövzu,
hadisələr, Nəbi dayının məktubu- bütün bunlarda problem yoxdur. Yenə Xalid
Hüseynin maraqlı və şirin təhkiyəsi özünü büruzə verir. Lakin əsərin amerikanların
Əfqanstandakı “fədakar” fəaliyyəti, əfqanlı İdrisin öz keçmişi ilə indisi
arasındakı fərqi, bu fərqin onun həyatında yavaş-yavaş yaratdığı boşluq bütün
bunlar əsərdə o qədər yamaq təsiri bağışlayır ki, sanki ilk 100 səhifəni Xalid
Hüseyin, digər səhifələri isə redaktoru yazıb)))
Yazıçının
bütün əsərlərində əfqanlıların yaşamındakı
həyat mücadiləsi, içtənlik, keçmişə bağlılıq, müxtəlif insanlar və
onların ilk baxışdan sıradan görünən, hər birisinin bir romana mövzu olacaq
taleləri öz əksinin həqiqi insan hissiyyatı ilə əks olunur. Sadəcə düşünürəm
ki, Xalid Hüseyin bu romanda əhvalatı tez yekunlaşdırıb, davamını gətirə bilməyib
və dəxlisiz mövzuları əlavə etməklə bir əlaqə yaratmağa çalışsa da, hər nə qədər
keçmişdən insanları qarşımıza çıxartsa da (Məsələn İdrislə Abdullanın tanışlığı)
yenə də bir tutarsızlıq özünü göstərir. Bəlkə də yazıçı sadəcə əfqanlıların
başa düşəcəyi bir məsələyə (viran qoyulmuş şəhərlərinə qayıdıb, dağıdılmış yurdlarını
görən iki əmioğlunun hərəsinin bunu bir formada dəyərləndirməsi) toxunub. Istənilən
halda Xalid Hüseyni oxumaq zövqvericidir.
Hiç yorum yok:
Yorum Gönder