Rövşən Abdullaoğlunun "Abaddon" romanın oxudum. Son zamanlar müəllifin 2 kitabı haqqında çox eşidirdim ("Bu şəhərdə kimsə yoxdur" , " Reslər üzərində uzanmış adam")
Hələ ki heç birini oxumamışam. Yazıçının yaradıcılığı ilə ilk tanışlığım məhz "Aboddon"la oldu.
Mən belə başa düşdüm ki, müəllif çox gəzir, çox öyrənir,informasiya cəhətdən boldur. Tutaq ki, gedir İrlandiyaya, ora haqqında çox məlumat əldə edir və öyrəndiklərini oxucularla paylaşmaq istəyir. Bir sujet uydurur, o sujet fonunda bildiklərini oxucuya ötürür. Sadəcə həm informasiyaya aludə olduğundan, həm də bədii istedadın azlığından yazdıqları ədəbi tələblərə cavab vermir. Müəllif öyrəndiklərini publisist formada kitab şəklində yazsaydı daha düzgün olardı amma onda da alıb oxuyan olmazdı təbii ki😊
İlk təəssürat aldadıcı ola bilər. Bəlkə də digər əsərləri daha uğurludur amma bir roman mənə kifayət edir ki, yazıçının üslubu haqqında qərar verim.
Digər tərəfdən müəllifin intellektual yanaşmaları, şərq bilgisi, fəlsəfi-psixoloji nüansları, yersiz uzunçuluq və sözçülükdən uzaq qaçması onun müsbət cəhətlərindən sayıla bilər. Roman həqiqətən dizaynda göstərildiyi kimi- intelkektual,detektiv,psixoloji romandır. Çatışmayan bir şey var: o da bədiilik. 😊
Bir məsələni də qeyd edim; "Abaddon"da qatilin şəxsiyyət parçalanmasından əziyyət çəkdiyi göstərilir. 1 il əvvəl @xayalamuradın "Adsız" romanında ilk dəfə bu barədə oxumasaydım indi yəqin ki mənim üçün qaranlıq məqamlar çox olacaqdı.
Hiç yorum yok:
Yorum Gönder