26 Mayıs 2018 Cumartesi

Corc Oruell "Heyvanıstan"





Bu günlərdə Corc Oruellin "Heyvanıstan" romanına təkrar nəzər saldım.  Xatırlayıram ki, pdf varyantda oxuduğum ilk kitab olmuşdu 8 il əvvəl. O zaman kitabın dünya ədəbiyyatındakı yerini, səviyyəsini bilmirdim təbii ki, yenə də dəyişik mövzuda, fərqli üslübda gəlmişdi mənə və çox maraqla oxumuşdum. Kitab həddindən artıq uğurlu sarkazm, alleqorik ümumilləşməylə yazılıb. Bəlkə də öz janrında ən mükəmməl əsərdir. Çox ciddi, bəşəri mövzuların bir fermada, məşhur siyasətçi və diktatorların isə heyvanların timsalında bu qədər hərtərəfli və ustalıqla təsvir olunması dünya ədəbiyyatında bir ilk idi. Oruellin nəzərindən heç bir şey yayınmayıb, oktyabr inqilabından tutmuş ikinci dünya müharibəsi, Faşist -Sovet qarşıdurması, Qərb və Avropanın ikili siyasəti, kilsənin passiv fəaliyyəti, Qərb intellektuallarının sovet sevgisi, ziyalı və şairlərin məşəqqətli həyatı, Çarı devirən rəiyyətin Stalindən umduğu və gördüyü xəyal qırıqlığı, vətəndaş müharibəsi və daha nələr nələr...
Təsəvvür edin ki, bütün bunlar bir fermada, heyvanların həyatı üzərindən təsvir olunur. Müəllifin nə qədər ustalıqla bunları ifadə etməsi onun bütün bu mövzularda geniş, hərtərəfli bilgiyə sahib olduğunun göstəricisidir və bu üstünlük hər bir oxucuda böyük heyranlıq oyadır. "Heyvanıstan" Corc Oruellin digər irihəcimli və dünyaca məşhur "1984" romanına hazırlıq xarakteri daşıyıb. Hansı ki, illərdir oxumağı gözə ala bilmirəm. Amma bu yay o romanın da oxuyacaglarım cədvəlində qarşısında + olacağını ümid edirəm

Hiç yorum yok:

Yorum Gönder