27 Nisan 2018 Cuma

Yağlı xəmirdən asan tort




Pəhrizdə olsam da ara-sıra özümü mükafatlandırıram J
Sizə özümün əlavələrim də olan reseptimi təqdim etmək istəyirəm
Bu resept tortun kojasına vaxt itirmək istəməyənlər üçün sərfəlidir. Çünki mikserlə qarışdırmaq, içinin çiy qalmaq, qabarmamaq, yanmaq qayğılarından uzaq olursunuz beləcə. İstəsəniz yağlı xəmiri özünüz də əvvəldən edib buzluğa ata bilərsiniz, hansı ki istədiyiniz vaxt istifadə edə bilərsiniz. Amma məncə o qədər yağ istifadə edib yağlı xəmir düzəldincə, hazır yağlı xəmirlərdən istifadə etmək daha sərfəlidir. 6 manatlıq qablaşdırmalarda 20 ədəd yağlı xəmir olur. Daha kiçikləri isə 3 manata başa gəlir. Xudmani tort üçün kiçik qablaşdırmadan istifadə edə bilərsiniz. Mən “Pınar Milföy hamuru”dan istifadə etdim.

Lazım olacaq ərzaqlar:
Milföy xəmiri.
Krem üçün:

Süd,
Xama,
Qarğıdalı nişastası,
Yağ,
Şəkər tozu,
Vanil.
Əgər bu krem sizə çətin gəlirsə hazır qablaşdırmada olan qatılasdırılmış süd və paket marqarin yağından da istifadə edə bilərsiniz. Yağı otaq istiliyində yumşaldıb mikserlə çalın sonra malokonu əlavə edin. Yəqin hamı razılaşar ki,ən asan krem məhz budur.
Yuxarıda yazdığım kremin ərzaq miqdarların isə özüm yazmadım çünki o tortun həcminə görə, ağız dadınıza görə dəyişə bilər. Amma məsələn mən bir stəkan südə bir x.q kraxmal,1 x.q un,300 qr xama, 100 qr şəkər tozu, 100 qr yağ qatdım. Əgər tortunuzun həcmi böyükdürsə kreminiz də çox olmalıdır.
Bir şey də qeyd edim:
Südlə hazırladığım krem tortu həddindən artıq yumşaq edir. Yəni çox sürtməyinizə də ehtiyac olmayacaq.
Ilk öncə xəmirlərin yumşalmağını gözləyin. Və onların öz-özünə, otaq istiliyində yumşalmağına şərait yaradın. 

Yəni tez buzu açılsın deyə müdaxilə etməyin. Əgər düzbucaq tort ya kvadrat etmək istəyirsinizsə o zaman fətirləri öz formasında yayın, böyüdün. Yox dairəvi tort istəyirsinizsə o zaman xəmirləri kiçik kündələr şəklində yumrulayın sonra yayın.
Mən fətirləri kraxmalla yaydım. Sobanı yüksək dərəcədə qızdırıb üzləri çəhrayiyə çalana qədər qurutdum.

Kremi üçün unu, kraxmalı, şəkər tozunu bir qaba töküb qarısdırdım. Düyün olmamağına diqqət edin sonra südü əlavə etdim. Ocağın üstündə krem formasına düşənə qədər , qarışdırmanı dayandırmadan saxladım. Sonra yağı əlavə edib soyutdum. Daha sonra qaymağı əlavə edib mikserdən keçirtdim.
Qaymaq demişkən, hər dəfə evə gələn yağlı inək südlərinin üzlərini yığıb buzxanaya atırdım. Bu krem üçün məhz həmin qaymaq-xama, artıq hər nədirsə ondan istifadə etdim. Çox da gözəl oldu.
Fətirlərin bərkliyindən narahatsınızsa şərbət sürtub sonra kremləyin.

Belə tortlara fətirlərarası üçün qoz, banan çox dad verir.
Öz ovuntuları ilə də üstünü örtdüm. Istəyən bəzəyə də bilər. Sadəcə mən tortun üstündəki mənasız krem yığıntısını sevmirəm.
Nuş olsun!

Hiç yorum yok:

Yorum Gönder