2001-ci ildə Florensiya və Piza ətrafında araşdırmalar aparan amerikalı arxieoloq qrupu məşhur nağılbaz Karlo Kollodi'nin (1826-1890) (qəbirdə yazıçının əsl soyadı- Lorenzini yazılıb) qəbrinin qarşısında bir neçə dəqiqə dayanır və artıq getməyə hazırlaşarkən təsadüfən üzəridə bu sözlər yazılmış qəbir daşına rast gəlirlər: “Pinokkio Sançes, 1790-1834”.
"Pinokkio əsl insandı, yoxsa təsadüf?" - alimlər bu cür sirrdən yan keçə bilməzdilər. Bütün müəmallara son qoymaq üçün meyitin eksqumasiyası edilməsinə qərar verilir. Bunun üçün ən məşhur həkim-ekskumoloq Cefri Fikşn dəvət olunur.
Nəticələr sadəcə inanılmaz idi:
Sançesin yarısı həqiqətən də taxtadan ibarət idi: ayaqların yerinə taxtadan hazırlanan protez və ən əsası burun əvəzinə taxtadan düzəldilmiş detal! Protezlərin birində usta Karlo Bestulcinin imzası var idi. Böyük sirrin açılmasına hələ çox var idi. Buna aid kilsə yazılıları alimlər tərəfindən tapılmış və onlar ipin bir ucunu tutaraq sirrin açılmasına doğru irəlləmişlər.1790-cı ildə Sançeslərin ailəsində doğulan körpəyə Toskan dilindən tərcümədə “şam fındığı” mənasını verən Pinokkio adı verilir. O, öz həmyaşıdlarından heç nə ilə fərqlənmirdi, onlar kimi oynayır, qaçır, əylənirdi, lakin onun boyu həmyaşıdları kimi artmırdı. Vaxt keçdi və hər şey aydın oldu: Pinokkio liliputdu. Onun boyu heç zaman 130 sm-dən hündür olmayacaq. Buna baxmayaraq, o, İtaliyanın müstəqillik uğrunda apardığı müharibəyə qoşulur. 18 yaşında alayın təbilçisi olur. Sançes üçün müharibə 15 il davam etdi, lakin səbirsizliklə gözlənilən qayıdış o qədər də sevincli olmadı. Sançes Florensiyaya şikəst qayıtdı. Ayaqsız liliputun əfsanə həkim Karlo Bestulci ilə qarşılaşmasaydı onun həyatının necə ağır olacağını təsəvvür etmək çətin olmaz. Pinokkionun artıq itirəcəyi heç bir şey yox idi, ona görə də o Bestulcinin onun bədəni üzərindəki təcrübələrə heç bir etiraz etmirdi. Bertuci onun üçün taxtadan düzəldilmiş ayaq protezi və hətta burun üçün taxtadan çıxıntı da hazırladı. Yaş 30-u keçdən sonra yenidən həyata yarı-taxta şəklində olsa belə qayıtmaq Pinokkio üçün böyük xoşbəxtlik idi. Tezliklə, o, marionet kimi sirk ustasına çevrilir və bazarlarda öz ətrafında yüzlərlə insanı yığırdı. Lakin, bir dəfə tryuk zamanı o səhvə yol verir, və yerə çırpılaraq dünyasınə dəyişir. Karlo Lorezini (Kollodi) 1826-cı ildə anadan olub, ona görə də onun haradasa yarmarkaların birində taxta adamı görmə ehtimalı olub. Valideyinlərinin təkidi ilə Karlo seminariyanı bitirmiş, sonra isə kitab mağazasında işə düzəlmişdi. Karlo daha sonra özünü müxbir kimi sınamışdı. O, teatr tənqidçisi və siyasi köşə yazarı idi. Nəşriyyatın xahişi ilə Şarl Perronun əsərlərini italyacanaya tərcümə etmişdi. Tərcümə ideal alınmışdı, tərcümədən sonra müəyyən oldu ki, Karlo Kollodinin uşaqlar üçün çox anlaşılan olan gözəl yazı dili var. Lakin məsələ başqa idi: Kollodi özü uşaqları sevmirdi, ona görə də “Pinokkionun macəraları. Taxta kuklanın hekayəsi.” nağılının ilk hissəsini “Uşaqlar üçün qəzet”də yazarkən yazıya həvəssiz, pula ehtiyacdan başlamışdı. Yazıçı burada da özünəməxsus fikri saxlamaq üçün qəhrəmana dəcəllik və yalançılıq xüsusiyyətlərini qatır. O, hesab edir ki, bəlkə uşaqlar bu hekayədən dərs götürər. Lakin, fikir o qədər də uğurla baş tutmadı, oxucular Pinokkionu çox sevdilər və Kolladio Pinokkionu “öldürəndə” qəzetin redaksiyası xahiş məktubları ilə doldu. Kolladio narazı şəkildə Pinokkionun kukladan insana dönməyi haqqda yeni hissə yazmağa məcbur oldu. Nağıl yazıçıya dünya şöhrəti gətirdi, əsər 260 dilə tərcümə olunmuşdu.
Həqiqəti açan məktub
Hər şey ayrı-ayrılıqdan aydın olsa da, bir-birlərinə bu cür bağlı olan iki florensiyalının bir qəbirstanlıqda necə basdırıldığı aydın deyildi. Alimlər axtarışları dayanmaq niyyətində deyildilər. Onlar, arxivləri, əlyazmaları araşdıraraq yeni bir şey tapmaq istəyirdilər. Bir dəfə alimlərin qaldığı otelə yerli qəzetin müxbiri gələrək sevincli şəkildə bildirir: “Mən Karlo Lorezininin nəslindənəm, bizdə məktubu məhv etmək olmaz.” Məktub Karlo Kollodiyə məxsus idi. Alimlər məktubu açaraq oxumağa başladılar: “Əziz kuzenim, sən məndən mənim planlarım haqda soruşursan. Keçən məktubların birində mən sənə bədbəxt və çox cəsur adam haqda danışmışdım- Pinokkio Sançes. Çox istəyirəm ki, onun haqqında yazım. Əvvəlcə, ciddi roman yazmaq istəyirdim, lakin nəyəsə görə uşaq nağılı yazmağa başladım. Niyə məhz nağıl? Özüm bilmirəm. Axı Pinokkionun həyatı nağıl kimi deyil, əsl faciə kimi olub. Sonda nə çıxacaq, bilmirəm...” Ekspertiza məktubun Karlo Kollodiyə aid olduğunu təsdiq etdi. Bununla da Kollodi və Pinokkio arasındakı əlaqənin üstü açıldı. Pinokkio haqqında kitab 500-dən çox nəşrlə çap olunub, Pinokkionun özü isə İtaliyanın ən məşhur simvollarından birinə çevrildi.
Hiç yorum yok:
Yorum Gönder