Çox hissəsi okean suyunun altında qalıb görünməyən və üzən,təhlükəli eyni zamanda əsrarəngiz buz kütləsi
Mütəmadi soyuq olan bölgələrdə qarın üst-üstə yağması nəticəsində yaranan qar dağlarından zamanla nəhəng buz kütlələri ayrılıb okeana düşür.Bu hadisə böyük gurultu və çalxalanmaya səbəb olur.Aysberqlər suda öz müvazinətini itirmədən üzə bilir.
Aysberqin ölçüsü bəzən çox böyük ola bilir.Belə ki,1956-cı ildə qeydə alınmış,Sakit okeanın cənubunda üzən aysbergin eni 97,uzunu 335 km olub ki,bu ölçü də (335x97=32.495) ermənistanın ərazisindən böyükdür.
Dəniz nəqliyyatı üçün böyük təhlükə olan aysberqin adı 1912-ci ildə elə ilk səfərindəcə okeanın dibinə qərq etdiyi "Titanic"lə qoşa çəkilir."görüşdən" 2 saat 40 dəqiqə sonra 2224 sərnişindən yalnız 711 nəfəri sağ qala bilmişdi.
Aysberqin rəngi adətən ağ-şəffaf olur.
Amma bəzən mavi rəngə çalan aysberqlərə də rast gəlmək mümkündür.
Aysberqlərin suyu çox şirin olur,su qıtlığı çəkən ölkələr buz parçaların vasitəsi ilə bu problemi həll etməyi planlaşdırırlar
Hiç yorum yok:
Yorum Gönder