Çox təəssüf ki, oxuduğum kitablar
barəsində gec yazmağa başladım Yəni bu prosses 5-6 il əvvəldən başlasaydı indi
unutduğum o gözəl əsərlərin çoxu ilə sizi tanış edərdim.
Azərbaycan ədəbiyyatında nadir
hallarda hansısa əsəri bəyənirəm. Bir də mənim təkrar-təkrar vərəqlədiyim
kitablar var, hansı ki, o beş kitab haqqında ayrıca post yazmağı düşünürəm.
Təkrar oxuduğum o beş kitabdan
biri bizim öz yazıçımıza aiddir.
Arif Abdullazadənin
1986-cı ildə “Gənclik” nəşriyyatında çapdan çıxan “Duyum” adlı kitabına müəllifin
iki romanı daxildir:
1.
“Duyum”
2.
“İşıq zolağı”
Çox təəssüf ki, bu
kitab haqqında demək olar ki, heç bir məlumat yoxdur internetdə. Halbuki, mənim
fikrimcə, həm janrına, həm üslubuna, həm də mövzusuna görə ön sıralarda gələ
biləcək kitabdır. Kitabdakı romanların ikisi də özünəməxsus yazı tərzi ilə
seçilir. Amma mənim diqqətimi daha çox “Duyum” çəkdi.
Tək yaşayan bir
adamın həyatından bir neçə günün əks etdirən əsərdə bir də fantastik çalarlar
var, hansı ki, əsərin soyuqluğuna (Əsər çox soyuq təsir bağışlayır. Sanki
dünyanın ən soyuqqanlı adamının söhbətinə qulaq asırsınız. Və bu soyuqluq əsərə
əsrarəngiz ruh verir. ) hərarət qatır.
Hər nə qədər
inandırıcı olmasa da, başqa planetdən gələn səs sujetə əlavə maraq və axıcılıq
qatır.
Bu tək yaşayan, orta
yaşlı, boşanmış kişi öz xarakterinə görə hər gün rastlaşdığımız insanlardan
seçilir. Əsər boyu yazıçı sıx-sıx onun daxili aləmini oxucu üçün məhz hadisələrə
yanaşma tərzindən istifadə edərək açır.
Əsərlə tanışlıqann
sonra Arif Abdullazadə haqqında bir az araşdırma etdim. Şair, nasir, tərcüməçi,
bir müddət Türkiyədə fəaliyyət göstərmişdir. 2002-ci ildə vəfat edib. Eyni
soyadı daşımağımız bəlkə də yazıçını bir addım da mənə doğmalaşdırmışdı.
(amma bu inandırıcı
olmadı çünki Ç. Abdullayev yaradıcılığına bu qədər antipatia hardandır?)
Onu da qeyd edim ki,
əsər boyu mən baş qəhrəmanın adını öyrənə bilmədim. Çünki o qədər qeyri-adi bir
təhkiyə forması seçib ki, yazıçı, standart roman təhkiyə üsulunu alt-üst edib.
Əsərin qəhrəmanı 70-80 –cı illər azərbaycanlılar arasında mövcud olan daxili tənhalıq
sindromundan əziyyət çəkir. Lakin yazıçı bizi onun yeknəsək sualları ilə
yormur, oxucu qəhrəmanın daxili qaranlığında itib-batmır. Əksinə tənhalığın
içindən saf, riyasız bir dünya ilə tanış olur.
Müxtəsər, oxucular,
gözəl bir əsər oxumaq istəyirsinizsə və bu əsərlərin məhz özümüzdən olan biri tərəfindən
yazıldığı zövqünü də yaşamaq istəyirsinizsə o zaman Arif Abdullazadə
yaradıcılığı ilə, xüsusilə də “Duyum” romanı ilə tanış olmağınızı tövsiyə edirəm.
bu roman da, Arif Abdullazadə yaradıcılığı bütövlükdə, təssüf ki, lazımı dərəcədə işıqlandırılmayıb hələ də. inşallah, tezliklə bu müəllifi az da olsa açmağaa cəhd elədiyim kitab işıq üzü görəcək
YanıtlaSilUğurlar sizə))
YanıtlaSil