Frans Kafkani əsərlərini oxumaq çətindir,
bilirəm amma “Milenaya məktublar”ı oxumamaq üçün bəhanə ola bilməz. Sözün qüdrətini,
fikrin gözəlliyini, gücünü dadmaq istəyənlər üçün bu əsər idealdır.
Hər cümləsində
estetika var. Hər sətrində heyranlıq duyacaqsınız, hər səhifəsini çevirdikcə “Bədiilik
belə olar!” deyəcəksiniz. Bu əsəri oxuduqca insan mesajı, telefonu bir kənara
atıb məktublaşmaq istəyir. Halbuki, bilirsən məsələ vasitədə deyil, ona yazan
insanların söz dünyasındadır.
Və bu məktublar hər cür dəbdəbədən uzaq, sujetdən
kənar, düşünülməmiş, planlaşdırılmamış bir hadisədir. Sadəcə məktubdurlar amma
dünya ədəbiyyatını öz romantik gücü ilə həbs etməyi bacarıb.
Bəzən bir birini əvəz edən mənalı
cümlələr, bəzən isə bütün uzun bir məktubun sonunda verilən p.s sualı:
Nədən üzgünsünüz??
Bir neçə il əvvəl oxumuşdum “Milenaya məktubları”
Amma indi qarşılaşdığım cümlələrinə baxarkən anlayıram ki, mən o əsəri
oxumamışam, göz gəzdirmişəm.
Yoxsa bir cümləsi qalardı yadımda. Bəlkə də
oxuyarkən poetikasına, həzinliyinə, gözəlliyinə o qədər aşiq olmuşam ki, o anı
yaşamaqdan başqa heç nə düşünməmişəm.
Hiç yorum yok:
Yorum Gönder