21 Aralık 2017 Perşembe

Rasputin- Ölümsüz adam-2

Rasputinin paytaxt həyatı çox rəngli keçirdi. Hər gün ziyafətlər, hər gecə balolar, insanların diqqət mərkəzində olmaq, saysız-hesabsız qadın pərəstişkarları ...Rasputin kələfin ucunu tamamilə itirmişdi. Ifrat dərəcədə sərxoş olana qədər içir, qeyri-adi hərəkətlər edir, öz hərəkətlərinə heç bir ölçü qoymur, demək olar ki, kefi istəyən hər şeyi edirdi. Bir tərəfdən Rasputinin sərhətsiz rəftarları, zadəgan ailələrin xanımlarını öz təsirinə salması, digər tərəfdən çarın ailəsi üzərindəki təsiri artıq öz əks-reaksiyasını doğururdu. Artıq qəzetlər müxtəlif karikaturalarla çarın arvadının bir keşiş, fırıldaqçı ilə əlbirliyi mövzusunda işarələr verirdi. Çar və ailəsinin isə Rasputinindən vaz keçmək fikri yox idi.
1912-ci ildə isə Alekseyin atdan yıxılma səbəbi ilə möhkəm qanaxması başladı. Həmin vaxt Rasputin paytaxtda deyildi. Çariça təcili teleqiramla Rasputinə vəziyyəti izah etdi. Rasputin cavabında isə dua yazılmış məktub, və həkimlərə nə etməli olduqlarını izah edən tapşırıq göndərdi. Nəticə müsbət oldu. Çarıça bundan sonra Rasputinin oğlu üçün nə dərəcədə vacib bir şəxs olduğu qənaətinə gəldi.
O zamanlar Rusiya gündəminin digər əhəmiyyətli mövzusu müharibə məsələsi idi.
Rasputin çarın müharibəyə qatılacağı təqdirdə bəlalarla üzləşəcəyini praqnoz etmişdi. Çar müharibəyə hazır deyildi və təcrübəsiz hazırlıqla çarlığa və rusiyaya həqiqətən bəla gətirdi. Bu zamanlar Rasputinin çariça Aleksandra ilə müttəfiqliyi daha da sıxlaşmışdı. Daha doğrusu, Rasputin Aleksandra üzərində nüfuzunu artırdı. Qısa müddətdə onun gizli və şəxsi məsləhətçisi oldu və həmçinin bəzi dövlət vəzifələrini öz namizədləri ilə doldurmağa razı etdi. Rus cəmiyyətinin ən yüksək dairələrində gücünü daha da inkişaf etdirmək üçün Rasputin siyasi mənafelərin verilməsinə qarşı yüksək səviyyəli qadınlarla əlaqəsini sıxlaşdırdı.
Likin Raspuitinin çar ailəsinin üzərindəki bu təsiri istər rusiya istərsə də ingilis agentlərinin  nəzərindən yayınmır, onları narahat edirdi. Məsələ onda idi ki, Rasputin çarı Almaniya ilə sülh bağlamağa razı salmağa çalışırdı. Bunun səbəbi ilk olaraq Rasputinin dindar ruhundan qaynaqlansa da digər tərəfdən milliyətçə Alman olan çariçanın təsiri də fərziyyə edilir.
Müharibənin ağır nəticəsi iqtisadi böhranda da öz təsirini göstərdi, insanlar bunun günahını Aleksandra və Rasputin ittifaqında görürdülər.
 Çarın Almaniya ilə anlaşmağı ingilətərəyə sərf etmirdi, çarı dilə tutan Rasputin üçün elə məhz o vaxtlar suiqəsd hökmü verildi.
12 iyul 1914-cü ildə Chionya Guseva adlı 33 yaşlı kəndli qadın bıçaqla Rasputinə sui-qəsd etməyə cəhd göstərdi. Rasputin ağır yaralanır və bir müddət Tümen şəhərindəki bir xəstəxanada müalicə alır.
Amma artıq qərar verilmişdi, Rasputin ölməli idi.
Ingilislərin bu barədə ən güclü müttəfiqi şahzadə Yusupov idi. Tipik üst təbəqə aristokratı olan Yusupov xanədan haqqında gəzən şayələrə səbr göstərə bilmir, Rasputinə fırıldaqçı, əxlaqsız bir əyyaş gözü ilə baxırdı. Əsl-zadə tez bir zamanda bu kəndlini  Raomanovlar ailəsindən birdəfəlik uzaqlaşdırmağın tədbirini tökməyə başlamışdı.
Yusupov ziyafət vermək adı ilə Rasputini evinə çağırır. Digər otaqda isə bu iş üçün əlbir olduğu İngilis agentlərinin olduğu fərziyyə olunur. Yusupov qonağın həm yeməyini həm də şərabını zəhərləyir. Tarixə qeyri-adi hadisə kimi düşmüş o gecənin möcüzəsi də məhz elə o andan başlayır.
Tarixçi Duqlas Smitin sözləri ilə desək, "30 dekabrda Yusupov evində həqiqətən nə baş verib?”  Rasputinin ölümündən bəhs edən Yusupovun xatirələrində söylədikləri hadisə, ən çox təsfilatı verilən hadisə halına gəlmişdir.
Rasputin çoxlu şərab içir, yemək yeyir. Lakin zəhərlənmir.
Qonağın halında heç bir dəyişiklik olmadığını görən Yusupov panikə qapılır, təxminən saat 2: 30-da digər otağa keçib vəziyyəti izah edir. Qısa müzakirələrdən sonra müttəfiqlər işi şansa buraxmamağı qərara alırlar; Yusupov əlində silah otağa qayıdır. Rusputinə öldürücü güllələr atır.
Sonra müttəfiqlərinin yanına gedib, “Şeytanı öldürdüyünü” deyir.  Rasputinin o gecə o evdən sağ çıxıb getdiyi görüntüsünü vermək üçün onun paltarlarından istifadə etməyi düşünürlər. Rasputinin meyidi olduğu otağa qayıdanda isə Yusupov sözün əsl mənasında şok yaşayır: meyidin üzərinə əyilib paltarlarını çıxarmaq istəyəndə Rasputin ona hücüm edib evdən çıxmağa müyəssər olur.
Yusupovun qorxu dolu səsinə digər otaqdakı “Qonaqlar” Rasputinin arxasıyca həyətə çıxır. Rasputin artıq dəmir hasarı keçmək üzrə idi. Bu an Purishkevich bir-birinin ardınca güllələr yağdırdı. Rasputin yıxıldı. Purishkevich lap yaxına gəlib son gülləni Rasputinin alnından vurdu. Onun ölə biləcəyinə inamını itirən müttəfiqlər, qarşılaşa biləcəkləri hər pis ehtimala qarşı cəsədi buz bağlanmış Neva çayına atdılar.

Onun cəsədi, yanvarın 1-də çayda, atıldığı yerdən  təxminən 200 metr aralı buzun altında tapıldı. Cəsədin ekspertizasına cərrah Dr Dmitri Kosorotov rəhbərlik edirdi. Kosorotovun yazdığı hesabatda Rasputidin zəhərləndiyinə dair heç bir işarə yoxdur. Ölüm səbəbi isə boğulması göstərilirdi. Burdan belə bir nəticə çıxır ki, Rasputin nə zəhərlənmədən, nə də güllə yaralarından ölməmişdi. Uşaq vaxtı bacı və qardaşını itirərkən sağ çıxdığı sular bu dəfə ona qarşı mərhəmətli olmamışdı.
Rasputin 2 yanvarda torpağa verildi. Dəfn mərasiminə yalnız kral ailəsi və bir neçə şəxs  qatıldı. Rassputinin həyat yoldaşı və uşaqlar dəvət olunmamışdı. Onun qəbrinin  çar tərəfdarlarının birləşmə nöqtəsi, ibadət yeri ola bilmək ehtimalı ilə, 1817- ci il çarın devrilməsi ilə əskərlər tərəfindən dağıdılıb, cəsədi yandırılmışdı.
Rasputinin qızı Maria Rasputin (Matryona Rasputina) (1898-1977), oktyabr inqilabından sonra Fransaya köç etmiş, sonra da ABŞ-da rəqqas və sirkdə pələng məşqçisi kimi çalışmışdır.

Bir neçə il əvvəl Rasputin haqqında filim çəklişlərinə hazırlıq gedib. Rasputinin rolunu isə Leonardo Di Caprio oynayacağı fərziyyə olunub. Internetdə məşhurun Rasputin obrazında maraqlı şəkilləri var.  

Hiç yorum yok:

Yorum Gönder