24 Aralık 2017 Pazar

Nil Karaibrahimgil “Kelebeğin hayat sırları”


Belə kitablar adətən ağır mənəvi sarsıntı keçirəndən sonra beyni dincəltmək, yaxud təsir gücü çox olan ciddi bir kitab oxuyandan sonra onu həzm etmək üçün lazım olur. Mən bu janrda olan kitablara adətən, öz aləmimdə "status janri " deyirem. 
Çünki ordakı abzaslardan çox gözəl tweetlər çıxır)))
Bu janra Türk ədəbiyyatında daha çox rast gəlmişəm. Ilk əvvəl Ahmet Batmanin “Soğuk kahve”, “Sabah uykum” ve s. Bizdə Əziz Yaqubzadənin “Ona” kitabı həmçinin.
Belə kitablarda adətən vahid sujet xətti olmur. Yazıçının fikirləri, romantik düşüncələri, özü ilə monoloqu, insanlara çatdırmaq istədiyi sözləri yer alır.
Əslində, bütün janrda olan əsərlərdə biz dünyaya müvəqqəti də olsa yazıçının gözü ilə baxırıq. Razılaşıb, razılaşmamağımız öz yerində. Sadəcə, sujet xətti, məzmunu olan əsərlər müəyyən mənada qəlibə salinir. “Status janrı”nda olan əsərlərdə isə yazıçı sözünü evirib çevirməyə, surətin dilindən bəzəməyə ehtiyac görmür, oxucu ilə birbaşa kontakta girir.
Bu janrda kitab yazan insanların bəziləri yazıçı deyil, başqa peşənin adamı olurlar. Buna baxmayaraq öz fiirlərini kitab şəklində oxuculara çatdırmaq cəsarəti göstərirlər. Bu kateqoriyadan olan Nil Karaibrahimgilin “Kelebeğin hayat sırları” kitabı bütünlükdə düşüncələrdən ibarət olmayıb, müəyyən mənada sujetə malik olsa da, status janrini özündə saxlayır. Kitabda xanım müğənni-yazar bol-bol tövsiyyələr, məsləhətlər verir. Öz yaşadıqlarının təcrübələrini bölüşür. Bol romantik və sentemental düşüncələrin yer aldığı kitab oxumaq ucun yağışlı hava, isti otaq həzin musiqi tələb edir)))
Nil kitabında bəzən elə nüanslara toxunub ki, insan oxuduqca təəccüb edir. Peşəsindən dolayı həyatı çox hərəkətli keçdiyini düşündüyümüz ətrafındakı insanların üzünə belə baxmadığını təxmin yürütdüyümüz insanlar sən demə onları bizdən daha yaxşı görürlərmiş.
Kitabda eyni zamanda uşaqların kiçik dünyasındakı qorxuları duymağın nə qədər əhəmiyyətli olduğu irəli sürülür.
Başqalarını öz tərəzimizlə ölçub hökm vermək, haqlı çıxmağa həvəskarlıq, haqsız çıxmayacağımız ehtimalına inanmaq və s məsələlər kitabda öz əksini tapıb

1 yorum: