Qonşunun hasara çəkilmiş həyətində ev əvəzinə at üçün yaşayış məskəni var. Hər səhər açılan kimi hansısa gözəgörünməz (şəxsən mən görməmişəm) o atı gətirib dörd divarın içinə salır. Və at bütün günü gözünü dörd çevrəsindəki daş hasarlara dikə-dikə təmbəl-təmbəl yerdən ot qırıntılarını qoparıb həvəsisz şəkildə çeynəyir. O qədər kədərli, laqeyid görünür ki, az qalıram atı çağıram sual verəm, sənin dədə-baban niyə ta qədimdən bu insanoğluna tabe oldu? Heç nifrətlə baxma o yan bu yana. Günah sənin ulu babandadır. Heç zürafəni gətirib qonşumuzdakı hasara salmırlar. Olsa-olsa hansısa lüks zooparkda xanım-xatun münasibəti görür. Səni ona da rəva bilmirlər. Ən yaxşı halda yük daşıyacaqsan. Və bunun günahı sənin o ilk insana tabe olan ilk ulu babandadır.
At etiraz əlaməti olaraq durduğu yerdən tərpənmir. Külək boynundakı “Saçlarını” yellətməsə tuncdan heykəl zənn edərəm.
Buxovunu başqasının əlinə vermək lazım deyil. Nə olur olsun azad olmalısan.
Bəlkə də mən səhv başa düşürəm. Bu at özünü dünyanın ən xoşbəxti hesab edir. Yemək dərdi çəkmir, canavar dərdi çəkmir. Bəlkə də ona sərf edir bu həyat. Sərbəst olmasın, əvəzində qarnı tox, canı rahat olsun. Varsın qohum-əqrabası ilə görüşə bilməsin, sonsuz yamaclarda sürətlə, ürəyi istədiyi qədər qaça bilməsin, amma yenə də qarnı tox olsun. Olsun, arada kimsə gəlib onun quyruğundan çəkişdirsin, çubuqla ayaqlarına çəksin, başına qapaz vursun, amma eybi yox, qarnı tox olsun. Bəlkə də o, buna görə özünü şanslı hiss edir. Ərinin boyunduruğu altında pul içində üzən qızlar kimi...

Bezen azad olmaq da insana bela getirir,neyinki xoshbextlik...
YanıtlaSil