13 Kasım 2017 Pazartesi

Cənnət nə zaman mövcud olur?



“Allahın ədalət tərəzisi o qədər həssas və dəqiqdir ki, gün gələcək buynuzsuz qoyun buynuzlu qoyundan öz haqqını istəyəcək...”
Başqa zamanda, başqa məkanda, başqa formada da olsa, nə vaxtsa, istər indi, istər xeyli müddət sonra, istər bu həyatda, istərsə də keçmiş və gələcək həyatımızda etdiklərimizin əvəzini ödəyirik, ödəyəcəyik...
Heç nə cavabsız qalmayacaq. Əgər bu gün nəyinsə əziyyətini çəkiriksə, deməli keçmiş həyatımızda bu və digər formada kimisə incitmiş, əziyyət vermişik.
“Bu işgəncəyə laiq olacaq nə etdim?! Sualı boşuna yaranmır. Adətən bu sualı özümüzə verərkən cavabın olmadığını düşünürük. Yəni sualı veririrk amma bu sual ritorik (cavabı tələb olunmayan) xarakter daşıyır.
Sualı özümüzə verirmiş kimi görünsək də, əslində ətrafa verilən bir sual olur, və sualdan daha çox üsyan kimi səslənir. Belə anlarda sualımızın bizə sərf etməyən cavabını eşitmək variantı ağlımızın ucundan belə keçmir.
Gözəl anlar, pozitiv dəqiqələr vaxtı “Buna laiq olacaq nə etmişəm?” sualı isə heç yadımıza düşmür. Amma fərəhsiz bir şeylə qarşılaşdığımızda çox rahatlıqla bu sualı özümüzə veririk. Bəzən cavabı tapılmır. Bu da bizi sanki haqlı çıxardır.  
Bu zaman həyatımızı bizə obyektiv şəkildə əks etdirən birinə ehtiyac var...
Əgər bütün ədalətli düşüncə və rəftarlarınıza rəğmən hələ də cavab tapa bilmirsinizsə deməli cavabı bu dünyada, hazırkı yaşadığımız həyatda axtarmaq lazım deyil. Səbəb keçmişdə yaşadığımız həyat, göstərdiyimiz insanlıq  və rəftardan qaynaqlanır.
Cənnət nə zaman mövcud olur?
Yaşadığımız həyatı cəhənnəmlə müqaisə edib cənnət axtarışında olarkən bilmirik ki, kin və nifrətdən xilas olan gün dünya cənnətə dönəcək. Bu öz-özünə baş verir? Yox..
Dünyada şərin və zülmün olmaması üçün bir addım atmadığımız halda hansı haqla cənnət arzulaya bilərik? Öz içimizdəki qaranlıqdan xilas olmadan cənnətdən heç bir pay düşməyəcək bizə...   

1 yorum: