12 Kasım 2017 Pazar

Əkrəm Əylisli “Daş yuxular”


Əkrəm Əylislinin “Daş yuxular” əsərinin səs-küyü yarandığı gündən diqqətimi çəkib. Nədənsə həmişə yazıçıya qarşı haqsızlıq olduğunu düşünmüşəm. Yaradıcı insan öz dünyasında müstəqil olmalıdır. Axı  görəsən bu qoca nə yazıb ki, belə “daş-qalaq” olundu?  Uzaq başı sülh tərəfdarı olub, uzaq başı “gəlin barışaq” deyib - düşüncəsi ilə kitabı oxumağa başladım. İlk səhifədə Lev Anninskinin ressenziyasın oxudum
-      "Hәr iki tәrәf etiraf etmәli, hәr iki tәrәfin adamları
qәlblәrindәki kin vә nifrәtin nәdәn qaynaqlandığına 
nәzәr salmalıdırlar. Ә.Әylislinin sәtrlәrindәn qan axan
romanının әsas mövzusu budur. Bu bәdbәxtliyin sonu 
varmı? Yerin yalnız bir әlcәsini cәnnәt bilәrәk, 
çaqqallar vә ilanlar mәskәn salan dağlar arasında 
kimsәylә ünsiyyәt saxlamadan, heç kәsә toxunmadan, 
bir kimsәyә qaynayıb qovuşmadan yaşamaq 
mümkünmü? Yox, әlbәttә, yox! Tәmaslar qaçılmazdır. 
Әn azı yer üzündә sevgi deyilәn bir qüdrәt var. Elә bir 
qüdrәt ki, hansı tәrәfin haqlı, hansı tәrәfin haqsız 
olduğunun fәrqinә varmır. Әn azı qarışıq sevgilәrdәn 
doğulan insanlar var. Vә nәhayәt adamların bir-
birindәn ayrı yaşaya, bir-birindәn qaçıb gizlәnә
bilmәdiyi mәhkumluq var. Bütün bunları bildiyinә görә
susmağı bacarmayan, sәsini içindә boğmağa gücü 
çatmayan yazıçının hәqiqәti demәkdәn ayrı bir yolu 
varmı? 
Әkrәm Әylisli әn doğru yolu tutaraq nifrәti 
yerindә oturdub."
Romanı oxumamışdan əvvəl gedən söz-söhbətə baxaraq özüm üçün mövqe təyin etmişdim, və yuxarıdakı cümlələri oxuyub, bir az da o ön təəssüratın gücü ilə fikirlərimi yazdım :
Bu ön söz, demək istədiyim hər şeyi deyir. Baxın, necə gözəl ifadə edib.
Məsələyə erməni-Azərbaycan çərçivəsində baxanda, əlbəttə, hər şeyi xocalı fonunda görəcəyik. Onun fonunda danışıb, yazacayıq. Onun kimi səhnələr gələcək gözümüzün qarşısına.  Amma  o çərçivədən kənar çıxsaq, dünyəvi aspektdən baxsaq- düz edib yazıb,  Düz yazib...
Müharibə etmək günah deyil? Bu mübahisəli sualdir, cavabı da birmənalı olmaz. Müharibəyə gedən hər kəsin içində vətən, nə bilim, millət dərdi var? Müharibədə hər şey qarşılıglı olur. Indi birinin şəraiti imkan verir çox adam öldürsün, birində o imkan ələ düşmür. Düşsə o da çox edər. Həm sanki ermənilər qolunu açıb bizi gözləyir. Biz barışmaq istəsək onlar o dəqiqə razı olacaq hə? Heç kimi öldürməmişik biz axı orda...
Nə düşmüsüz bu qocanın üstünə?
Bunu  Azərbaycan- Ermənistan çərçivəsindən yox, keçmişi olan, bu gün düşmən olan, gələcəyi iki söz sahibinin verəcəyi qərardan aslı olan istənilən iki qonşu xalqın çərçivəsindən baxaraq deyirəm.
Romanı başladıqdan sonra yenidən yuxarıdakı ressenziyaya qayıtdım və təəccüb etdim: bu fikirlər hansı roman haqqında yazılıb?
Axı burda sevgi, sülh toxumları yoxdur. Burda yenə nifrət var. Sadəcə fərq ondadır ki, bizim yazıçı ünvanları dəyiş-düyüş edib. Tutaq ki, erməni azərbaycanlını döydü, əzdi, öldürdü əvəzinə olub azərbaycanlı ermənini döydü, əzdi, öldürdü. Daha bunun nəyi sülh oldu? Sən yenə nifrət toxumu səpirsən. Hansı ağilla Nobelə ümid edirdin?
139 səhifəlik əsər əslində 2-3 saatlıq vaxt tələb edir amma, bu vaxt 5-6 saat oldu. Çünki oxuduqca, hər kəlmə, hər cümlə insanda bir şeylər demək ehtiyacı hiss etdirdi.
-      “Ürәyi dilindәdi. Belә
qarışıq zamanda da dilini dinc qoymur. Ermәni yox ey, pis
biz özümüzük, deyir. Qorxub çәkinmir. Hәr yerdә deyir
bunu - teatrda, çayxanada.
Bele olan halda biz pisikse ermeni bizle niye dost qardas oldun? O boyda pislik etmisik olara.
Nuvariş onda da, elә indi dә zәrrә qәdәr şübhә
etmirdi ki, bu intihar başqa bir kәsin yox, hәmin o şuşalı
heyvәrәnin "әl işidir". Tamamilә mümkündür ki, Şahqacar
Әrmağanov şәxsәn özü, şәxsәn öz әli ilә Qreta
Sәrkisovnanı eyvandan tullayıb aşağı. İndiki zaman belә
zamandır. İstәsәn eyvandan gündә yüz ermәni tullaya
bilәrsәn. Fәrq etmәz, lap müsәlman at, bir kimsә gözün
üstә qaşın var demәyәcәk.”
Yəni bizdə belə, idealları olan insanlar var? Bakının mərkəzində birini sırf ermənidir deyə balkondan aşağı atmaq beyninə sahib cəsarətli adam var? Yəni o zaman Azərbaycanda belə birlik var idi ki, biri ermənini öldürür, məhkəmə, polis də buna göz yumurdu ki, sağ ol, öldürdüyün ermənidirsə o zaman no problem? Üstəlik evi də hədiyyə edirlər?
Ən azı, o adamın son qəpiyinəcən soyardilar…
 Millətimi tanımasam deyərəm nə yaxşı, həmrəy xalq imiş bunlar...
Romanda təxəyüllə təəssüratın fərqi hiss olunur. Yəni o xəstəxana söhbəti nə qədər uydurma görünürdüsə, Elçibəylə olan xatirələr o qədər yaşanmışların təəssüratı kimi görünür. Yəqin Əkrəm müəllimin belə xatirələri var…
-      Doktor Abasәliyev o ermәnilәri çox tәriflәyir. Onlar kimi mәdәni,
vicdanlı, z
әhmәtkeş insanlar dünyanın heç harasında ola
bilm
әz”
Mən heç vaxt Erməniyə rast gəlməmişəm. Amma tərəfsiz, siyasətdən uzaq, millətpərəstliyi sıfır olan adamlardan həmişə Ermənilər haqqında yuxarıda yazıçının rəvayətindən fərqli şeylər eşitmişəm.
-      “Doktor Fәrzaninin dünyagörüşündәki dәyişikliyin
әsası vardır. Bu әsas ondan ibarәt idi ki, şәhәrin
müs
әlman әhalisi ermәnilәrә qarşı misli görünmәmiş
q
әddarlıq törәtmişdilәr, halbuki o, ermәnilәrin haçansa,
kim
ә qarşısa belә qәddarcasına davrandıqlarını nә
görmüş, n
ә dә eşitmişdi.”
Baxın, bu da yazıçının mənə cavabı. Deyir nə görmüşəm, nə eşitmişəm. Bunu deyən obraz da, nə təsadüfdirsə İrandan gəlmədir…
Mən istənilən fikrə acgöz insanam. Heç istəmərəm birinin həqiqət deyə sırıdığı yalana aldanım. Mənə maraqlıdır, Əkrəm müəllim doğrudanmı belə düşünür? Ermənilər heç bir vəhşilik törətməyib? Bəs bizə göstərilənləri kim edib? O danışılan söhbətlərdəki baş qəhrəmanlar kimdir? Indiyə qədər aldanmışıq biz? Halaldi, yazıçı ürəyimə şübhə toxumu səpməyi bacardı.
-      “Qәribәdir, gör neçә aydır,
Bakı küç
әlәrindә nәinki gecә, hәtta gündüzlәr dә tәk,
yaxud qoşa ged
әn adamlar gözә dәymir. İndi adamlar
sürü olublar, kütl
ә olublar. Ağzına gәlәni danışmaq
hakimiyy
әti, qışqırmaq, mәdh etmәk ixtiyarı kütlәyә
m
әxsusdur. Әn qәribәsi dә bu idi ki, bu qışqıran
insanların ov m
әrasimlәrindә işlәtdiklәri sözün sayından
çox deyildi.
Azadlıq!
İstefa!
Qarabağ!”
Dünyanın hər yerində mitinq olub, hər yerində insanlar azadlıq üçün, haqq-ədalət üçün küçələrə çıxıb, hər yerdə qışqırıb. Və hər yerdə bu kütlə qəhrəman kimi dəyərləndirilib. Təbii ki, söhbət mənəvi çəkisi olan toplaşmalardan gedir.
 Mən görməmişəm, rast gəlməmişəm, kimsə Səttərxanın arxasıyca gedən, bağıran kütləyə vəhşi yığını desin. Mən oxumamışam kimsə Janna Darkin başının dəstəsinə barbar desin. Mən eşitməmişəm kimsə 300 spartalını ironiya ilə xatırlasın, Spartakı söysün, ilk dəfədir görürəm ki, bir insan ( bir millətin nümayəndəsi deməyəcəm, çünki, o yükü kiminsə boynuna qoymağı sevmirəm) birləşən öz həmvətənlərinə ikrah hissi bəsləsin.
Mən onun arqumentini başa düşməyə çalışıram, amma arqumenti nədir, onu daha bilmirəmki.
 Bəlkə kimsə deyər, yuxarıda sadaladıqlarım tarixdə nəyəsə nail olub öz fəaliyyətləri ilə. Axı o illərdə meydanlara tökülən, bağıran, çığıran azərbaycanlılar da müstəqilliyə nail oldular. Hər nəyə nail oldularsa heç, axı etiraz etmək qabliyyətlərin göstərdilər. Əməldə etiraz etdilər, sözdə yox. Indi bizim ən çox da bacarmadıgımız bir iş...
-      “Son vaxtlar bu adamlar bәsit lüğәt tәrkibini daha üç
k
әlmә ilә zәnginlәşdirmişdilәr.
Erm
әnisәn!
Ölm
әlisәn!
V
әssalam!”
Belə bir şüar var idimi?J)) Harda olub o? Kim eşidib?
“Olmayib!” hökmünü vermirəm. Soruşuram var idi? Olubmu? Kim eşidib? Kim görüb? Mən görməmişəm. O vaxt uşaq idim. Amma az- çox xatirimdə qalıb bəzi şeylər. Danışanlar da var. Belə şüarı ilk dəfədir eşidirəm.
-      “Eçmiәdzinә yollanmaq,
tör
әtdiklәri әmәlә görә müsәlmanların bağışlanılmasını
dil
әmәk niyyәti Saday Sadıqlının ürәyindә Sumqayıt
hadis
әlәrindәn sonra, gecәlәrin birindә baş qaldırmışdı.”
Əkrəm müəllimi təbrik edirəm. Bunu dilə gətirmək, etiraf etmək, qebul etmək hər oğulun işi deyil. Çox cəsarətli addımdır.
Bədii əsər olduğu üçün, təxəyyül məhsulu olma ehtimalı üçün tarixi sənəd fakt filan istəyim oyanmadi…
-      “İş onda deyil, indiki ermәnilәr necәdir,
әsas mәsәlә budur ki, biz necәyik. Sadayın keçmişdәki vә
ya indiki erm
әniylә nә işi. Onu düşündürәn bizim
mill
әtimizdir.”
Super! Yazıçı məhz bu cümlələrlə özünə ünvanlanmış ola biləcək bütün "bəs necə olur?!..." lara cavab vermiş olur. Daha doğrusu elə olduğun zənn edir. Özünü sakitləşdirir. Obyektiv olduğunu düşünür. Arqumentini ortaya qoyur.
  Belə olan halda məndə belə bir sual yaranır; əgər yazıçının dərdi ermənini bizdən üstün tutmaq yox, özümüzün qüsurların göstərib tərbiyə etməkdirsə niyə məhs bunu erməni ilə müqaisəli şəkildə edir? Etsin, iranla, efqanla, rusla, əlbəttə- rusla. Axı erməni ilə müqaisə həssas nöqtədir. Axı Bizi müqaisə edib qüsuru göstərmir, konkret faklar ortaya qoyub bunu erməni yox, azərbaycanlı edib deyir. Deməli, məqsəd tərbiyə etmək deyil, haqsız çıxarmaq. Ortada bir mübahisə var və bu mübahisədə tərəf tutur. Əgər millətin halına yanırsa tərəf tutmaz, obyektiv olar. Amma açıq- aşkar tətəf tutur. Bəs deyirdin onun dərdi erməni deyil ? Insan nifrət etdiyinin islah olmasını istəməz. Əksinə, sevdiyinin islah olmağını istəyər. Nifrət etdiyinin isə sadəcə qüsurun deyər. Həm də qabarda- qabarda. Birin üstünə beşin qoya- qoya.
 Yazıçının bu əsərdə nifrəti, ikrahı seçdiyi cümlələrdən, fikrinin ifadə tərzindən tökülür.
-       taxtabaş qara-
qışqırıqçılardan f
әrqlәnir.
Görəsən, 90-cı illərdə baş verən hadisələrə qarşı susub otursaydı millət, yazıçının ürəyincə olardımı? Bütün baş verən, və verəcəyi ehtimal olan hadisələrə laqeyid qalmayıb səsini ucaldan insanlar taxtabaş olursa, buna göz yumub sadəcə öz mənafeyi üçün həyatını yaşayan insanlara münasibəti necədir Əkrəm müəllimin, görəsən?

Romanın bir yerində islam dini, onun qaydaları, sünnət və s. məsələlər  haqqında düşüncələr var. Daha doğrusu, uzun illər Rusiyada savadlı cərrah kimi tanınan həkim indi Bakının uçuq-sökük xəstəxanasında ən primitiv (spirt, perekis və s) ehtiyacların ödənmədiyi bir xəstəxanada Sadayı əməliyyat edir,( o Saday ki, erməninin döyülməyinə göz yuma bilməyib özünü ortaya atıb, nəticədə şil-küt olub, o Saday ki, uzun müddətdir müsəlmanların ermənilərə qarşı etdiyi vəhşiliyə görə vicdan əzabı cəkir) o həkim niyə Rusiyada rahat işində, evində, ailəsi ilə qalmayıb Bakıda tənha yaşayır bilirsiz? Çünki oğlunu məcbur sünnət edib, çünki rus arvadı sünnətə qarşı çıxarkən belə bir söz deyib “ sizin peyğəmbər Allahdan ağıllıdır? Və oğlu da bu məcburiyyətə görə atasıyla yadlaşıb, uzaqlaşıb.  Nəticədə cərrah dözə bilməyib Bakıya üz tutub, amma indi peşmandır. O dinə, o Allaha görə ailəsindən uzaqlaşmağına peşmandir. Yazıçı bunu açıq şəkildə ifadə edir. Eyni zamanda belə cümlələrə rast gəlirəm az sonra:
-      “Eyni kilsәnin rәsmini neçә dәfә çәkmәk olar, İlahi? Bәlkә kilsә
m
әsәlәnin gözә görünәn tәrәfidi? Bәlkә o sәhәrlәr vә
axşam üstü yuxarıda, günb
әzdә nur saçan Allah
t
әbәssümünü görür vә inanır ki, onu fırça ilә kağıza
köçürm
әk olar? 
Belı çıxır ki, Allahın təbəssümü məscitdə yox, kilsədə olur? Belə çıxır ki, Allah var amma məscitdə yox kilsədə? Allahla problemi yox imiş yazıçının, müsəlmanlarla problemi var imiş. Mən isə sevinmişdim. Sırf dinə qarşı, (fəqi yoxdur hansı din) çıxır deyə sevinmişdim. Sən demə yazıçının dərdi bəşəri məsələ deyilmiş. Onun davası dinlə, Allahla yox, onun davası müsəlmançılıqladır. Belə olan halda mən yenə qeyri-obyektivlik görürəm. Mən yenə qərəz, nifrət, kin görürəm. Ortada qərəz varsa ortaq münasibətdən, ədalətli yanaşmadan söz gedə bilməz. Mənsə buna ümid edirdim.
Bundan sonra gələn hissəni isə gərək oxuyasınız. Qısa olaraq deyim ki, Saday və qaynatası hələ illər əvvəl iki qonşu kimi Əylisin küçələrində, həyətlərində gəzib dərdləşirlər, nəticə bu olur ki, bu Əylisdə heç bir müsəlman rahat gün görmür. Niyə? Çünki hər biri amansızlıqla neçə-neçə günahsız ermənini qanına qəltan edib, evinə, yurduna sahib çıxıb. Onların ruhu indi müsəlmanlara rahatlıq vermir.
Mən bir şeyi anlamıram, madam ki, belə mehriban, dinc yaşayırmışlar, niyə birdən-birə belə vəhşilik törədiblər? Sadəcə kiminsə evinə sahib çıxmaq üçün onun başını kəsmək potensialına malik neçə azərbaycanlı ola bilər? Özü də,yazıçıya inansaq, bu kütləvi şəkildə olub. Adi insan kiminsə sözüylə şirnikləşib neçə illərin qonşusu, mehriban yaşadığı adamın ailəsini xəncərdən keçirir. Bunu edən qaçaq deyil, quldur deyil adi vətəndaşlardır. Əkrəm müəllimə inansaq. Əgər belədirsə onda bütün Əylis kəndinin adamları manyak imiş.
-      Әhvalat belә olub: Әylisin ermәni әhalisinin nәinki
gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda,
Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin
qapısını döyür, ermәniyә dә, müsәlmana da bildirir ki,
bәs, barışıq olacaq, bu sәbәbdәn hamı yığışsın filan
ermәninin hәyәtinә. Camaat deyilәn yerә yığışır, türk
әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin
ayrı tәrәfindә sıraya düzür. Qәfil hardansa әmr eşidilir:
"Atәş". Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri
ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә qәtlә
yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya
xәncәrlә başını üzürlәr, ya da birbәbir süngüdәn keçirirlәr.
Qırdıqların elә hәyәtdә, bağçada xәndәk qazıb üstünü
torpaqlayırlar. Tövlәdә, evdә gizlәnәn ermәnilәri isә elә oradaca od vurub diri-diri yandırırlar. Hәmin dәhşәtli gün
evdәn bayıra çıxmağa ürәk elәmәyәn müsәlman arvadları
sonralar xatırlayırdılar: "Bir hәftә arxlardan qırmızı qan
axdı". "Әdif bәy qarğa kimi qara atın üstündә oturmuşdu,
"Atәş" deyib bağırdı, atını qamçılaya-qamçılaya çapıb
getdi. 
Nə Ədif imiş bu amma. Kimdir bu Ədif? Nəçiymiş? Hardaymış, nəylə məşğul imiş, fəaliyyəti nəymiş? Hər şeyi dəqiqliyi ilə bilən Əkrəm müəllim yəqin onun haqqında da məlumata malikdir.
Əgər məsələ keçmişdirsə onda deyəcək sözüm yoxdur. Onun mübahisəsini etmək məntiqsiz olardı. Ilk gülləni kim atıb, ilk kim ölüb, ilk kim öldürüb. Günah kimdədir, kim- kimin evini, məscidini,kilsəsinini dağıdıb? Kim günahkar olub? Bunları təyin etmək çətindir. Əkrəm müəllim yazmasaydı belə yenə eyni münasibəti göstərərdim.
Hərçənd, yazıçı birmənalı olaraq erməniləri zərərçəkən göstərir. Olsun. Bildiyi bir şey var bəlkə. Bəlkə bizim bilmədiyimiz tarixi faktlar məlumdur ona, bəlkə dədə-babasının gözü qarşısında olub, danışıblar öyrənib. Keçmişə aid təəssuratına sözüm yoxdur. Bəs bu gün? Bu günkü azırbaycanlılara olan nifrətinin səbəbi nədir bəs? Yəqin yazıçı illər keçsə də, fikirləşir ki, bu azərbaycanlıların xisləti dəyişməyib, onlar o vaxt Əylisdə etdiklərini bu gün də Sumqayıtda edirlər…
-      Әlbәtdә, onun limonlarıdı. Haykanuşdan savayı bu
k
әnddә kimin belә limonları ola bilәr?”
Lənkəran-Astara tərəflərinə də limonları yəqin elə haykanuşlar gətirib hə? J
Yaxşı ki, Əkrəm müəllim cənublu deyil)) biz tərəfdə də çoxlu uçmuş tiklilər, ocaqlar var)))
-      "Qәribәdir, Saday Sadıqlının nәsil-kökündә bircә
damla da erm
әni qanı olmadığı halda ..."
Nədənsə inanmadım buna
-      “ona görә azәrbaycanlıya tüpürürlәr ki bizi türk hesab elәyirlәr. Bir deyәn yoxdur ki, әgәr sizi türk
qırıbsa, gedin davanızı da türkl
ә elәyin.”
Həə… sən demə ermənilerin bizə olan "azacıq qeyri-etik" hərəkətinin səbəbi də türklər imiş. Yəni ermənilər azərbaycanlıya nifrət etmir, etsə də buna türk səbəb olur. Yəni türklər bir ermənilərə haqsızlıq etdiyi üçün günahkardır, bir də ermənilərin nifrətini qazanıb bizi o nifrətə ortaq edib ünvan etdikləri üçün günahkardır
-      “Düz deyirsәn, - cavab verdi, ermәnilәr öz
Allahlarından heç vaxt üz dönd
әrmirlәr."
Bir erməni qədər də olmadı Əkrəm müəllim...
-      “Dokror Abdasәliyev tәsdiqlәyir,
әgәr qәtlә yetrilәn hәr ermәninin
adına bir şam yandırılsa,
o şamların işığı ayın işığını
kölg
әdә qoyar.”
Əsərin dil üslubu, bədiiliyi çox gözəldir. Təhkiyə çox axıcı və estetikdir. Siz hələ bu cümlədəki poetikliyə baxın… görəsən bu erməni xalqının sayı nə qədər olub? Əkrəm müəllimin indiyə qədər ölən, öldürülən ermənilərin siyahısına baxsaq, indi gərək yer üzündə bir dənə belə olsun erməni qalmazdı…
-      “Televizorun sәsini azaltmışdı, sıx saqqallı, iri
sif
әtli bir kişi ekranda әl-qol ata-ata nәsә deyirdi. Yeri
g
әlmişkәn, ekrandakı o idi, şair Xәlilullah Xәlilov. Lelin vә
partiyaya ithaf etdiyi şeirl
әrin hesabına otuz ildәn artıq bir
müdd
әtdә orta mәkdәb dәrsliklәrindә yer almışdı. Ancaq
onun şeirl
әri vә adı o dәrsi öyrәnәn uşaqların yaddaşında
heç birc
ә il duruş gәtirә bilmir, unudulurdu. İndi bu şair
dönüb olmuşdu Uluruh Türkm
әnmәkan, yüz minlәrlә
insan n
әinki Lelin meydanında, әn ucqar kәndlәrdә -
toyda, ölü yerind
ә şairin "Qarabağ - gözümdә çıraq"
poemasını
әzbәr söylәyirdilәr.”
Məncə bu daş Xəlil Rza Ulutürkün ünvanına atılıb J

 Son sətirlərə qədər kilsə haqqında o qədər şirin təəssüratlar verdi ki, yazıçı, bu cür gözəl bədii əsər üçün ona yanlız kilsədən son mənzilə yola salınmağını arzulamaq olar. Allah arzusuna çatdırsın.

1 yorum: