Uğurumuzun təməlini qoymaq üçün müasir dövrün tələblərinin öhdəsindən gəlməyi bacarmalıyıq. Bu tələblər əslində bacarıqdır və bu bacarıqlar uğurumuzun yolunda əsas şərtdir. Əsl hədəfimizin nə olmasından aslı olmayaraq müəyyən standart amillərə sahib olmalıyıq. Ilk öncə:
1.Kompyuter istifadəsi
Müasir zamanın ən əsas uğur açarını-kompyuter istifadəsini bacarmaq təşkil edir.Onun vasitəsi ilə musiqi tərtib edə,şəkil çəkə bilərsiz. Kompyuter həyatımız üçün gəlir mənbəyi də ola bilər. Məsələn, evinizdə oturub,bir kompyuter proqramı hazırlayıb dünyaya sata bilərsiz. İlk hədəfiniz şəxsi kompyuter əldə etmək olmalıdır. Daha sonra “on barmaq” yazmağı, windows kimi hamının istifadə etdiyi proqramı bilməli,word,excell,access kimi kurs tələb edən proqramlara yiyələnməlisiniz.Kompyuterin imkanlarından yazışmalarda,yazılı əlaqələrinizdə istifadə edin.Çat,oyun kimi baş qarışdıran lazımsız məşğuliyyətlərdən isə uzaq olun.
2.İnternet istifadəsi
Daimi bir e-maile ünvanınız olsun.Peşəkar da olmasa ən azından ödənişsiz bir web sayt açın özünüzə.Bu sizin bacarığınızın itməsini əngəlləyər və günün istənilən zamanında sizinlə əlaqə saxlamaq imkanı verər.Eyni zamanda,ətrafınızla geniş ünsiyyət imkanları açar. Bunlarla yanaşı,internetdən hər cür axtarış və məlumatlarınızı genişləndirmək üçün də istifadə edə bilərsiz.
Dünyanın bütün pisliklərini qidalandıran ən böyük təhlükə də elə internetin özüdür.Çağdaş dövrümüzdə şeytanın ən qorxunc tələləri internetdədir.İnternet böyük etibarıızı bir an içində məhv edə bilər.Pisliklərdən qoruna bilməyəcəksinizsə interneti heç tanımasanız yaxşıdır.
Əgər vaxtilə hansısa xarici dili öyrənmək xüsusi istedad sayılırdısa,indi artıq ingilis dilini bilmək adi xüsusiyyətdir.İnternetdə,səyahətdə hər yerdə xaricilərlə yazılı və şifahi ünsiyyətdə istifadə edə biləcəyiniz dil-zəmanəmizin ən çox yayılımış dili-İngilis dilidir.Öz fikirlərinizi ifadə edəcək,dünyaya çatdıracaq səviyyədə İngilis dilinə yiyələnməlisiniz və bu xüsusiyyəti hər zaman genişləndirməlisiniz.
4.Fikirlərinizin yazılı ifadəsi
Uğurunuzu təyin edən bacarığın başında ünsiyyət gəlirsə,fikirlərinizi uzaqdakı insanlara və gələcək nəsillərə çatdırmaq üçün lazım olan ən birinci vasitə -fikirlərinizin yazılı ifadəsidir.Yazmaq bacarığınız zənninizin itiliyindən və bilik bazanızdan xəbər verir.Sizə uzaq olan insanlarla yazışmaqla əlaqə qura bilərsiz,iş axtaranda,işləyərkən yazıdan istifadə edəcəksiniz.Bir yerdə işlədiyiniz insanlara yazınızla verə biləcəyiniz dəstək çox böyükdür.
5.Danışıq qabliyyəti
Bərabər olduğunuz və yaxud qarşılarına çıxdığınız insanlarla nitqiniz vasitəsi ilə ünsiyyətdə olursunuz.Təsirli cümlələrinizi qısa,mənalı,aydın,sistemli,inandırıcı sözlərlə qura bilərsiz.Məhz bu istedadınızın nəticəsində inkişafınızı,kollektivdə fərqlənməyi,uğur qazanmağı təyin edə bilərsiz.Nitq qabliyyətiniz,danışmaq bacarığınız sizi,cəmiyyət arasında ideyalarınızı yaymaq,fikirlərinizi çatdırmaq üçün əvəzsiz rola malikdir.
6.Güclü və iti beyin
Həyatda qazanmaq istədiyimiz və hədəfində olduğunuz uğurlara çatmaq üçün beyninizi ciddi şəkildə qorumalısınız.Yaddaşınızı gücləndirməli,məntiqinizi,düşünmək və nəticə çıxartmaq bacarığınızı genişləndirməlisiniz.Bu xüsusiyyət sizin inkişafınız üçün çox əhəmiyyətlidir.İlk öncə beyninizin gücünə inanmalısınız.”Super beyin” insan olacağınız günün xəyalıyla həyəcanlanmalısınız.
Son dövrlərdə insanlarda psixoloji və fiziki xəstəliklər geniş yayılıb.Müxtəlif viruslar peyda olub və xəstəlik insanların getdikcə böyüyən probleminə çevrilir.Buna görə də psixoloji və fiziki sağlamlığınızı necə qoruyacağınıza,qidalanmağınıza,yuxunuza,istirahətinizə diqqət yetirməli,həyatınızı sistemə salmalısınız.Fiziki xəstəlik bəzən,insana psixoloji olaraq yeni bir fəaliyyət əzmi qazandırır,öz həyatına yenidən nəzər salmağa səbəb olur.Amma,əvəzində uzun sürən,əsasən də ruhi xəstəlik insanı uğursuzluğa sürükləyir.
8.İman və əxlaq
Bu dünyada qazandığımız hər şeyi itirdiyimiz gündən sonra nə olacaq?Dünya həyatımız qədər qısa deyil.Ən böyük qələbəmiz,qazancımız ulu yaradanı tanıyıb sevərək,yüksək əxlaqa sahib olmağımızdır.Allahı və axirəti təbliğ edən əsərləri oxuyub mənəviyyatımızı inkişaf etdirməyi ən birinci hədəfimiz təyin etməliyik.
Yuxarıda sadalanan xüsusiyyətləri yaşayışımızın içinə tətbiq etməliyik.Dünyada özümüzəməxsuz iz qoymağımız yalnız bu bacarığımızdan sayəsində mümkün olacaq.Hətta özümüzə şəxsi hədəflər təyin etmiş olsaq belə,sırf bu bacarığlara sahib olmağımız ,faydalı həyat yaşamağımıza, ideallarımıza çatmağımıza və həyatın zirvəsinə qalxmağımıza kömək olacaq.Uğurlar!
Hiç yorum yok:
Yorum Gönder