13 Ağustos 2017 Pazar

"Başa düşülməməyim aydınlığımdandır..."


Azərbaycan ədəbiyyatına hər zaman yeni ədəbi qüvvələrin axını olmuşdur. ”60-cı illər nəsli”nin nümayəndələri bu baxımdan özünəməxsus cəhətlərlə seçilirdi. Amma  istedad  cəhətdən  Allahın  heç  nə  əsirgəmədiyi  bu  yenilikçi  yazıçılardan  cəmiyyət  və  dövrün  tənqidçiləri  obyektiv  fikri  və  sağlam tənqidi  əsirgəmişdilər. Bu nəslin ən görkəmli nümayəndələrindən biri olan Ə. Kərim  də  belə   taleyi  yaşayan  şairlərimizdən  biri  idi. Bəzən  düşünürsən :şairlərimizə  laiq  olmadıqları  soyuq  və  haqsız  münasibət, onların  əsərlərinin  təhlili  zamanı  bilərəkdən  yaxud  bilməyərəkdən  yol  verilən  yanlışlıqların səbəbi nə  olur? Məhz  düşüncədəki  əsas  düyün  də  budur: bilərəkdən  yaxud  bilməyərəkdən? Kiminsə  istedadını  etiraf  etmək  yəni  bu  qədər  çətindir? Bəlkə  də  məsələ  sadəcə  “bilməyərəkdən”  irəli  gəlirdi.  Axı təbiət  ən  həssas  həyat  hadissələrini  hiss  edib  onları  yüksək  sənətkarlıqla  ifadə  edərək  yazmaq   bacarığını  hər  kəsə  vermədiyi  kimi, bu  əsərləri  duyub  qiymətləndirmək  bacarığını  da  hər  adama  nəsib etmir. Əslində Ə. Kərimin bir şair kimi öhdəsinə böyük missiya düşürdü. Çünki  bu  dövrlərdə  şeirimizdə  müəyyən  mənada  durğunluğ  hökm  sürürdü.  Artıq  elə  bir  məqam  yetişmişdi  ki,  oxucular , tənqidçilər ,hətta  yazıçıların  özləri  belə, standart  mövzu  və  ideyalardan  bezimişdilər  və  ədəbiyyatımızda  yeni  nəfəsə  ehtiyac açıq-aydın  hiss  olunurdu. Məhz  bu  zamanlar  şairin yaradıcılığı  Azərbaycan  poeziyası  üçün  sanki  göydəndüşmə  oldu. Onun  əsərləri  zamanın  güzgüsü , çoxmilyonlu kütlənin hisslərinin ifadəsi olmalı idi. Ə.Kərim  təbiətindəki həssaslıq  dövrün  bu  tələblərinə  cavab  verirdi.  Ə.  Kərim  dəsti –xətti  özü özlüyündə  böyük  bir  ədəbi  hadisə  idi. Və bu kortəbii, təsadüfi şəkildə yaranmamışdı. Yüzillər  boyu Azərbaycan ədəbiyyatında mövcud  olan  yüksək  sənətkarlq  ənənəsi  buna  zəmin  yaradırdı.
Onun üslubu Azərbaycan  poeziyasında  ilk  dəfə  rast  gəlinən  bir  yenilik  idi .Və təbiidir ki, hər  hər  zaman  olduğu  kimi  bu  yenilik  də  hamı tərəfindən birmənalı  qarşılanmadı. Lakin bu  yenilik  çoxillik  tarixi  olan  Azərbaycan  poeziyasının  ənənələrini  bəyənməmək , yaxud  da qamçılamaq  məqsədi  daşımırdı .Əslinə  baxsaq şair bu yeniliyə imza  atdığının  fərqinə  belə varmırdı. Onun məqsədi  necə  olur olsun  yeni bir  üsul yaratmaq  deyildi .Və bu novatorluq  şairin  məqsədindən  deyil, isdedadından  doğan  bir  yenilik  idi.
Şairin mövzu əlvanlığı ,mövzulara yanaşma  tərzi  də çox maraqlı  və  orijinaldır . Bəzən  eyni  mövzuya müxtəlif  şairlərin  yaradıcılığında  rast  gəlmək  mümkündür. Lakin  Əli Kərimin  mövzulara  özünəməxsus  yanaşma tərzi var idi. Bəzən  vaxtilə işlənmiş  mövzulara  yenidən qayıtmaqla tamamilə yeni ruhlu əsərlər yaradıb onu özünküləşdirir. Məsələn, Süleyman Rüstəmin  dillər  əzbərinə  çevrilmiş  “Ana və poçtaliyon“  şeirindən  sonra yenidən poçtaliyon mövzusuna  qayıtmağın  böyük məsuliyyət  tələb etməsinə baxmayaraq Ə. Kərim bu  məsuliyyəti  cəsarətlə öz üzərinə götürdü  və  öhdəsindən də  yüksək  sənətkarlığla  gəldi .
  

   Yenə poçtaliyonu  Göyçayımızın
 Çinarlı yollarla gəlib şən keçir.
       Düşünür “Gör neçə oğlanın,qızın
     Eşqi,məhəbbəti əlimdən keçir”.
Və  yaxud  da əksər şairlərin yaradıcılığında  rast gəldiyimiz  məhəbbət  mövzusuna da Əli  Kərim  çox incə və  özünəməxsus  şəkildə  yanaşmışdır.  Şairin  məhəbbətə həsr  etdiyi şeirlərindən danışarkən  şübhəsiz  ilk  növbədə  yada düşən “İki  sevgi “  şeiridir. Öz  oxucusuna  təkrarsız  estetik  zövq  bəxş edən bu  əsərin  elə  ilk  misraları  ilə  tanış  olarkən  diqqətimizi  çəkən  əsas məqam   şairin  öz  hisslərini  çatdırmaq  üçün  seçdiyi  ifadə  tərzidir . O dövrlərdə Azərbaycan  ədəbiyyatında  çox da  geniş  yayılmayan  sərbəst şeir  förmasında  yazılmış  bu  əsər  maraqlı  müqaisə  şəkli , yerində və  ustalıqla  işlədilmiş  bənzətmələrlə  orijinallıq  kəsb  edir . Nəticədə  şair  bədii  sənətkarlıq  baxımından  çox  mükəmməl  əsər  yaratmağa nail  olmuşdur.  Əsərin  digər  özəl  cəhəti  dilinin  çox  sadə, axıcı  olmasıdır. Şeirdə xəlqilik  o qədər  yüksəkdir ki , sanki  bir  folklor  nümünəsi imiş  kimi  dillər  əzbəri  olmuş  və  yaddaşlara  hopmuşdur  ki, bu  da  şairin söz  zənginliyindən  xəbər  verir .


Gözəl qız, sən  saf  susan,
İki  qəlb arzususan.
Mənsə  səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdıği
                        Dodaq su sevən kimi.
                        O isə səni sevir,
                        Rahatca bardaş qurub,
                       -Kabab üstən sərin su pis olmaz-deyən kimi...
Gözəl qız, sn işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
İynənin ucu boyda işığa həsrət qalan göz
işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda
Işıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin!
Qısılmasın nəfəsin!
Mən ki, səni sevirəm
Bakıdan, Daşkəsəndən gələn bir səda kimi
Səs kimi,
Qüdrət kimi!
O isə səni sevir,
Bir otaq küncündəki
Qəmli sükunət kimi!
Bu o, bu mən, bu da sən...
De görək nə deyirsən.
Ancaq yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm,
Nöqtə, nöqtə, və nöqtə...
Ə. Kərim  bəzən  vaxtilə  işlənmiş  mövzulara təzədən qayıdır,onlara  ta-
mamilə  fərqli  aspektlərdən  yanaşmaqla  bütövlükdə  yeni  ruhlu  əsər-
lər yaradırdı.   Şairin  bu  səpkidə  şeirlərinin  sayı  olduqca  çoxdur.məs-ələn : “ Babəkin  qolları” , “Metronun  yaylı  qapıları”,  “Əllər”. Və  s.
“Babəkin  qolları “ şeirində  diqqəti  daha  çox  xalq  qəhrəmanı  Babəkə deyil , onu  qəhrəman  edən  qollarına  yönəldir
           Qolu  sındırılmış  Babək,
             Yurdu  yandırılmış  Babək,
          Ölübən-dirilən  Babək;
         Qollarını  görməyəndə
              Azca  rahat  olan  Babək;
                     Deyən  Babək:- Aman  dostlar,
                  Hücum  çəkin  qoşun-qoşun,
               Orda  mənsiz qılınc  çalan
             Qollarımla  bir  vuruşun.
Müəyyən zamanlarda eyni mövzulara toxunmaq bəzən şairlər arasında dəb halına çevrilmişdi.Lakin Ə.Kərim yaradıcılığında rast gəldiyimiz o  mövzular təbiiliyi ilə  seçilirdi. Şair mözuya o qədər həssaslıqla yanaşırdı ki, oxucu bu fikirlərin ürəkdən gələn hiss olduğuna inanırdı. Çünkü şair şeirlərinin hər birindəki mövzulara sadəcə dəb  xatirinə deyil, həqiqi vətəndaş narahatçılığı ilə yanaşır və oxucusuna çatdırırdı.
Ə. Kərim bir şair kimi öz vəzifəsini laiqincə yerinə yetirdi. Sonrakı nəsillərin üzərinə düşən isə onun yaradıcılığını laiqli şəkildi təhlil etməkdir. C.Yusiflinin sözü ilə desək, ”Bizə elə gəlir ki, Ə. Kərim haqqında ən gözəl əsərlər bundan sonra yaranacaq...”

Hiç yorum yok:

Yorum Gönder