1 Ağustos 2017 Salı

Qurban Seid. "Altunsac" roman



Qurban Səidin "Altunsaç" romanını bir neçə gün əvvəl bitirdim. Düzünü deyim yazıçının əsərlərindən qaçıram. Bitib-tükənməyən imza davası, müəllif fərziyyələri adamı yorur. Hansı əsərin açırsan başlayır uzun-uzadı tarixi fərziyyələr ki, Qurban Səid kim olub, necə yazıb, bu qaynaq bunu deyir səhvdi, o tarixçi onu yazıb cədəngiyyatdır və s. Və i...
Sanki çox əhəmiyyəti var imiş kimi. Azacıq diqqəti olan oxucu başa düşər ki, nə xarici yazıçı, nə Azərbaycanda yaşamış əcnəbi o milli koloriti vere bilməz əsərlərə. Bunu yanlız damarlarında şərq qanı, soykökündə azərbayçançılıq ruhu olan biri edə bilər. "Əli və Nino"nu oxuyan hər kəs təstiq edər bunu. 

"Altunsaç"a gəlincə; "Əli və Nino"dan sonra Qurban Səid yaradıcılığından gözləntilərim artıbmış sən demə. Buna görə də əsər mənə bir qədər primitiv təhkiyə təsiri bağışladı. İdeyası bəşəri və o dövr üçün çox aktual idi. 
Şərqlə Qərbin qarşılaşdırılması, Avropayla Asiyanın müqaisəsi əsərdə məişət səhnələri fonunda verilib. Əsərin qəhrəmanı, qızılı saçlı Asiyadeh (adına fikir verin ) Avropada yaşayıb təhsil alsa da bütün ruhu, düşüncəsi ilə müsəlman qadını əqidəsi, türkcü təəssübkeşliyi, mühavizəkar düşüncəsi ilə seçilir. 
Əsər başdan-başa Avropayla Asiyanın, şərqlə qərbin, türklə digər millətlərin müqaisəsi üzərində qurulub. Asiyadeh aşiq olarkən özünə haqq qazandırmağı bacarır. Əslində vicdani baxımdan özünü buxovlanmış bilsə də( çünki o, artiq devrilmiş və Avropada mühacir həyatı yaşayan Osmanlı şəhzadəsi Əbdülkərimin deyiklisi idi) yeri gələndə qəti qərarla seçim ede bilir. Sevdiyi, fərqli düşüncədən, əqidədən, dindən olan adamla evlənməsinə heç nə maneə deyil. Asiyadeh eyni zamanda sədaqətli qadin, vicdanlı həyat yoldaşıdır. Deyiklisi onu aparmağa gələrkən "ərimi qoyub gedə bilmərəm" deyə qəti etiraz edir. 
Lakin vaxt keçdikcə həyat yoldaşı ilə aralarında olan ən az qitələr qədər fərqi və uçurumu hiss edir. Hassa onu sevir, qayğısına qalır, əzizləyir düzdür amma Hassa çox rahatdır. Arvadını kənar baxışlardan qorumur. Dostunun Asiyadehə sataşdığını eşidəndə bunu gülərək qarşılayır. Halbuki Asiyadeh güman edir ki, Hassa onu öldürməli idi. Çünki şəhzadə Əbdülkərim məhz elə edərdi. 

Birlikdə yaşadıqca Asiyadeh səhv etdiyini, Hassayla aralarında olan dünyagörüş fərqinin daha dərin olduğunu görür. Bir tərəfdən də şəhzadə ondan vəzifəsini yerinə yetirməyi, onunla evlənib getməyi tələb edir. Lakin ərini qoyub getmək, ona növbəti zərbəni vurmag Asiyadeh üçün asan deyil. Bəs o işin içindən necə çıxacag? Oxuyun, bilərsiz :)

Hiç yorum yok:

Yorum Gönder