Məşhur aktyor Leonardo Di Kaprionun təqdim etdiyi və o cümlədən də, bir çox tanınmış rejissorların iştirak etdiyi “Seldən əvvəl” (Before the Flood) sənədli filminin əsas qəhrəmanı da, Di Kaprio özüdür.
Filmin ərsəyə gəlməsində əsas məqsəd o cümlədən, sənədli filmdə göstərilən və cərəyan edən bütün hadisələr dünyada baş verən iqlim dəyişikliyi ilə əlaqədar olaraq insanları məlumatlandırmaqdır.
Beləliklə, sənədli film bütövlükdə Yer kürəsində baş verən, insanlıq üçün təhlükəli olan real təbiət və qlobal dəyişkənlikləri göz önünə gətirir.
Sənədli filmin ilk yayımı 2016-ci ildə “National Geographic Channel” kanalı tərəfindən həyata keçirilib.
Amerika Birləşmiş Ştatları istehsalı olan bəhs etdiyimiz bu filmdə həmçinin, Barak Obama, Papa İ. Fransisk, Bil Klinton, Con Kerri və Elon Mask kimi məşhurlar da könüllü olaraq yer almışlar.
Hiç yorum yok:
Yorum Gönder