28 Mart 2017 Salı

Hər işdə bir xeyir var

Gəmi qəzasına düşən bir səyyahı dalğalar insan ayağı dəyməmiş adaya atır. O, gəmidəki sərnişinlərin arasında sağ qalan yeganə sərnişin idi və xilas olmaq üçün gecə-gündüz fasiləsiz şəkildə Tanrıya yalvarır, hansısa gəmini görə bilmək ümidi ilə gözlərini üfüqdən çəkmirdi.
Günlərlə nəticəsiz davam edən dua və gözləyişdən sonra o, əlacsız qalıb dalğaların sahilə vurduğu gəmi qırıntılarından özünə sığınacaq düzəldir və burada yaşamağa başlayır. Ancaq, uğursuzluqlar onun yaxasından əl çəkmirdi. Bir gün ov axtarışından geri qayıdanda sığınacağının ildırım düşməsi nəticəsində yandığını görür. Daha da qorxulusu isə sığınacağın içərisində gizlətdiyi gəmidən qalma lazımlı əşyaların da yanmağı idi. Artıq heç nəyi qalmamışdı.
Qəzəbini saxlaya bilməyən səyyah məyusluq içərisində qışqıraraq ağlayır:
– Tanrım, mənə qarşı nə üçün belə qəddar davrandın?
Ertəsi gün o, gəmi səsinin fitinə oyandı. Budur, onu xilas etməyə gələn bir gəmi adanın yanında lövbər atmışdı.
– Mənim burada olduğumu haradan bildiniz? – deyə onu xilas etməyə gələn dənizçilərdən soruşdu.
– Biz od siqnalını görüb bura gəldik, – deyə dənizçilər cavab verdilər.
menbe: coaching.az

Hiç yorum yok:

Yorum Gönder