21 Nisan 2018 Cumartesi

Yaxşı ki, o ev boşdur...




Noyabrn ikinci günu var bir də...
Saatın 8:14 göstərdiyi vaxt. Dünənki günəşdən sonra havanın yağişa boğulmağı. “Baxın, mən həm onu, həm bunu ustalıqla bacarıram” deyib öyünməsi kimi.
İsti radiatora söykənib çöldəki soyuğu hiss etmirəm fikrinin yaratdığı həzz.
Qarşıdakı hündür evin düz gözümün içinə baxan pəncərəsi.
Yaxşı ki, heç kim yaşamır orda. Yoxsa xəyallara dalıb baxdığım o pəncərədən birinin sənə baxdığını görməyi düşün...

Indi gəl izahat ver də ))
Bəlkə də kimsə var orda, hər halda mən görməmişəm. Ən dramatik halda silsilə qətllər törədən birinin gizli yuvasi...))
Mənimlə o ev arasında 4 qat var:
Biri pəncərə. Qarşıya baxmaq istəyəndə qarşıma çıxan ilk maneə o olur.
Pəncərəyə çırpılan yağış, çırpılarkən yaratdığı sərt səs. Adam heç inana bilmir ,ki o səs yumşaq, balaca bir su damlasının yaratdığı səsdir. Necə çırpırsa özünü pəncərəyə, sanki bir an öncə göydən, buluddan xilas olmaq istəyir. Sanki nəsə demək istəyir...

Bir də çölün soyuğu, evin istisi içərdən pəncərəyə duman qoyur. O dumana yazdığın sözlər, çəkdiyin səkillər başqa mövzudur.
Bu gün onu silib qarşıya baxmaq istəyirəm, alınmır. Dumanı siləndə də pəncərənin çölündən naxış salan damlalar mane olur.
Ərinmədən pəncərəni açıram. Bir anlıq yağışın buz dənəcikləri kimi sərt və soyuq damcıları üzümə çırpılır...
Nə xoş qoxusu var...

Tez pənçərəni əlimlə silib örtürəm. Az müddətə də olsa təmiz, izsiz qalacaq və mən qarşı evə baxa biləcəm.
Olmur...
Bu dəfə də havadakı tutqunluq imkan vermir aydın görüntüyə. Səhərin ən təmiz çağı, amma şəvəq qaralan vaxtdır sanki.
Olsun. Bir azdan açılar hava, təmizlənər.
Dördüncü maneə var, hansı ki, o heç vaxt aradan qalxmır...
O məndədir. Ruhumda...
Yaxşı ki, o evdə heç kim yaşamır...

Hiç yorum yok:

Yorum Gönder