25 Nisan 2018 Çarşamba

Çexovun hekayələri


Kitabxanamda kirilcə olan nəşrlər var, hansı ki, onları oxumaq daha rahat gəlir mənə. Bəlkə də o vaxtın kitab çapına qoyulan tələblərdən irəli gəlir bu. Keyfiyyət fərqi hiss olunur. 
Bu gün "Dünya uşaq ədəbiyyatı kitabxanası" külliyatından Çexov və Qorkinin hekayələrindən ibarət kitaba göz gəzdirdim. Çexovun "Dərd" adlı hekayəsi diqqətimi çəkdi. 
Əsərdə yaxşı sənətkar olmasına baxmayaraq əyyaşlığına görə həyatını məhv etmiş dülgər Qriqori Petrovun ömründən yalnız bir neçə saat oxucuya əks etdirilir lakin bu qısa vaxt ərzində yaşlı dülgər, onun 40 illik ömür gün yoldaşının keçirdiyi həyat butun həssaslığı ilə oxucuya çatır. 

Dülgər ailə həyatı qurduqdan sonra içkiyə qurşanıb. Hər gün evə sərxoş gəlir, arvadını söyür, döyür dava-dalaş salır. Və ömrün keçib getdiyini anlamır. Hər zaman elə fikidləşir ki, hələ həyatı qabağdadır, hələ çox iş görə bilər, buna vaxtı da var, gücü qüvvəsi də. Lakin Qriqori bir gün evə gələndə arvadının vəziyyətinin pis olduğunu görür. Çovğunlu havada onu həkimə çatdırmaq istəyən dülgər yol boyu öz-özünə danışır. Yaşadığı həyata, ötüb keçən ömrünə nəzər salır. Əslində əlində olan neçə şansı boşuna itirdiyini anlayır. Kirşəyə baxıb arvadının ölməsi ilə üzləşmək iztəməyən qoca "kaş onca ildə ömrüm olsaydı, on il də birlikdə yaşaya bilsəydik kaş ki " deyir.

Kəskin hava şəraitində yolda qalan Qriqori gözlərini xəstəxanada açır. Arvadını basdırmaq lazım olduğunu, hələ görməli çox işi olduğunu təkrar edən dülgər heç gözləmədiyi pis bir surprizlə daha qarşılaşır....


Hekayə ustası Çexovun "kiçik insanların böyük dünyaları"ndan xəbər verən bu hekayəsi həyatın hər anını sonmuş kimi yaşamağı, daha mənalı,faydalı işlərə sərf etməyi təbliğ edir. "hələ vaxtım çoxdur" deməklə özümüzə necə pislik edirik əslində...


Hiç yorum yok:

Yorum Gönder